Zuxuloba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Yuxarı Qələnxur kənd inzibati-ərazi vahidi tərkibindəki Zuxuloba kəndi Şirvanovka kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir.[1]
Zuxuloba | |
---|---|
41°42′36″ şm. e. 48°29′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Yaşayış məntəqəsi Zuxul kəndindən çıxmış ailələrin oba yerində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Zıtxul (kənd adı) və oba sözlərindən düzəlib, "Zuxul kəndinin obası" mənasındadır.[2]
Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 121 nəfər əhali yaşayır.[3]
Qusar rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |