Avaranqışlaq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Avaran kənd inzibati-ərazi vahidi tərkibindəki Avaranqışlaq kəndi Kuzunqışlaq kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir.[2]
Avaranqışlaq | |
---|---|
41°29′ şm. e. 48°34′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 355 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Oykonim Avaran (kənd adı) və qışlaq sözlərindən düzəlib, "Avaran kəndinin qışlağı" deməkdir. Avaran kəndinə məxsus keçmiş qışlaq yerində məskunlaşma nəticəsində bu yaşayış məntəqəsi meydana gəlmişdir.[3]
Kənd Qusarçayın sahilində, düzənlikdə yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 490 nəfər yaşayır.[4]
Qusar rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |