Lətifə Əliyeva (tarixçi)

Lətifə Əliyeva (1947, Bakı) — Tarix elmləri doktor. 4 kitabın tərtibatçısı, 4 monoqrafiyanın, 1 dərs vəsaitinin, 2 proqramın, 40-dan çox elmi məqalənin müəllifidir.[1]

Lətifə Əliyeva
Lətifə Ağaqasım qızı Əliyeva
Doğum tarixi
Doğum yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmlər doktoru
İş yeri Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində elmi işlər üzrə direktor müavini (2007 - 2016)
Təhsili Bakı Dövlət Universiteti
Mükafatları "Tərəqqi" medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1947-ci ildə Bakıda hərbçi ailəsində anadan olub. 1954–1965-ci illərdə Sabirabad şəhər rus orta məktəbində oxuyub. 1965–1969-cu illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində oxuyub. 1969–1989-cu illərdə Azərbaycan KP MK-nın elmi şöbəsi olan Partiya Tarixi İnstitutunda elmi işçi vəzifəsində çalışıb.[2] 1989–1998-ci illərdə Bakı Dövlət Universitetinin Siyasi tarix kafedrasında kabinet müdiri və müəllim vəzifəsində işləyib. 1998-ci ildən BDU-nun tarix fakültəsinin Azərbaycan tarixi kafedrasında (humanitar fakültələr üzrə) baş müəllim, dosent vəzifəsində çalışır.2000–2010-cu illərdə həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş müəllim işləyib.[3] L. A. Əliyeva 2007–2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.[4]

elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1997-ci ildə "70-ci illərdə Azərbaycan sənayesində ixtiraçılar və səmərələşdirçilər hərəkatı (1969–1982-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.[5] 2017-ci ildə "Şimali Azərbaycanda qadınların vəziyyəti (1900–1922-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. L. A. Əliyeva 4 kitabın tərtibatçısı, 4 monoqrafiyanın, 1 dərs vəsaitinin, 2 proqramın, 40-dan çox elmi məqalənin müəllifidir.[6] Məqalələrin 7-si xarici dölətlərdə: ABŞ, Türkiyə, İspaniya, Rusiya, Ukrayna, MoldovaGürcüstanda elmi jurnallarda dərc edilmişdir. L. A. Əliyeva Almaniyada, Polşada, RusiyadaAzərbaycanda keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir.[7] L. Əliyeva 2019-cu ildə Fransanın Milli Asambleyasında geniş elmi məruzə ilə çıxış etmişdir.[8]

  • 1982-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı;
  • 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı;
  • 2018-ci ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" Azərbaycan Respublikasının yubiley medalı;
  • 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi yubiley medalı.
  1. "Kamilləşən, müdrikləşən ömrün nuru - LƏTİFƏ ƏLİYEVA". ZiM.Az | "ZİYA" İnformasiya Mərkəzi (rus). 2024-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-29.
  2. "İsmayıllı: BDU-nun tarix elmləri doktoru kitablarını mərkəzə hədiyyə edib » Shimal News". Shimal News (az.). 1 avqust 2023.
  3. "Azərbaycan Sahibkarlar Konfederasiyası üzvləri "Gənc Qızların Təhsilinə Dəstək" kampaniyasına qoşulublar – ASK" (az.). 12 oktyabr 2021. 2024-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-29.
  4. "Sabirabad 80 illik yubileyini bayram etdi". sabirabad-ih.gov.az (az.). 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-29.
  5. "Azərbaycanda Qızlar Məktəbinin yaranmasının 120 illik yubileyi münasibətilə tədbir keçirilib". Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (az.).
  6. "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura". ictimaishura.az (az.). 2024-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-29.
  7. "Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib". ganja-ih.gov.az (az.).
  8. "Bakı Dövlət Universiteti". bsu.edu.az. 2024-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-29.