Müqəddəs Nina qız gimnaziyasının binası — "Müqəddəs Nina" xeyriyyə cəmiyyətinin 1861-ci ildə Bakıda açdığı qız məktəbinin[1] bu binası memar Dmitri Buynovun layihəsi əsasında 1886-1888-ci illərdə tikilib. 1895-ci ildə binada təmir işləri aparılır və ona 2-ci mərtəbə, sovet dövründə 3-cü mərtəbə, 2009-2010-cu illər əsaslı təmir və yenidənqurma zamanı isə mansar üslubunda 4-cü mərtəbə əlavə edilir.
Müqəddəs Nina qız gimnaziyasının binası | |
---|---|
Баку. Женское учебное заведение Св. Нины | |
| |
40°21′59″ şm. e. 49°49′51″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Aidiyyatı | Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi |
Memar | Dmitri Buynov |
İstinad nöm. | 3292 |
Kateqoriya | bina |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1886-cı ildə "Müqəddəs Nina" qızlar gimnaziyası İçərişəhərin qala divarlarına yaxın yerdə, əvvəllər xırman yeri olmuş bir sahədə memar Dmitri Buynovun layihəsi əsasında ikimərtəbəli məktəb binası üçün tikintinin əsası qoyuldu. 1888-ci il oktyabr ayının 15-dən isə cəmiyyət öz fəaliyyətini, geniş, hündür otaqları olan məktəb binasında davam etdirmişdi. Bu məktəb binasının tikintisinin başa çatması üçün xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə, eyni zamanda bir neçə Bakı milyonçusu onunla bərabər böyük vəsait sərf etmişdilər.
1895-ci ildə müəssisəyə gimnaziya statusu verilir, binada təmir işləri aparılır və burada ikinci mərtəbə inşa olunur.[2]
1919-cu ildə AXC-nin təhsil və maarif nazirliyinin qərarı ilə Müqəddəs Nina qadın təhsil müəssisəsi Azərbaycan Birinci Milli Qadın Gimnaziyası adlandırılıb. 1919-cu ilin oktyabrından bu binada uşaq bağçası, sonra isə uşaq bağçasına rəhbər hazırlanması kursları fəaliyyət göstərib.
1918–1920-ci illərdə ADR dövründə bu binada hərbi akademiya fəaliyyət göstərmişdir. Məşhur generallar S. Mehmandarov akademiyanın direktoru, Ə. Şıxlinski isə onun müavini vəzifəsində çalışmışdır.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra binada 1921-ci ildə yeniyetmələr üçün ilk Azərbaycan hərbi məktəbi kimi qurulmuş və Suvorov Hərbi İnternat Məktəblərinin prototipi olmuşdur. 1928-ci ildən isə binada Qızıl Ordunun Zaqafqaziya Hərbi-Hazırlıq Məktəbi yerləşirdi. Bu məktəb [3]
Binada 1933–1937-ci illərdə 14 nömrəli beynəlmiləl məktəb fəaliyyət göstərmişdir. Ancaq 1937-dən 2009-cu ilin may ayına qədər davamlı olaraq burada məşhur 132[a](Azərbaycandilli) və 134 (rusdilli) saylı orta məktəbləri fəaliyyət göstərmişdir.
Binada fəaliyyət göstərən 134 saylı məktəb 1999-cu ildən YUNESKO-nun assosiativ məktəblər şəbəkəsinə daxildir. Azərbaycanda ilk dəfə 2007-ci ildə 134 saylı orta məktəbin nəzdində fransız təmayüllü Beynəlxalq Təhsil Kompleksi yaradılmışdır.
2009-2010-cu illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi tapşırığı ilə bina əsaslı şəkildə yenidən quruldu və 132–134 nömrəli Təhsil Kompleksi adı ilə fəaliyyətini davam etdirir.