Məhərrəm Həsənov

Məhərrəm Səməd oğlu Həsənov (26 avqust 1954, Mincivan, Zəngilan rayonu8 noyabr 2020, Bakı) — AMEA-nın H. Əliyev adına Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent.

Məhərrəm Həsənov
Məhərrəm Səməd oğlu Həsənov
Doğum tarixi
Doğum yeri Mincivan, Zəngilan rayonu, Azərbaycan SSR
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi coğrafiya
Elmi dərəcəsi coğrafiya üzrə fəlsəfə doktoru
Elmi adı dosent
İş yeri Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu
Təhsili Azərbaycan Dövlət Pedaqoji İnstitutu
Elmi rəhbəri akademik B.Ə.Budaqov
Mükafatları

Məhərrəm Həsənov 1954-cü il avqust ayının 26-da Zəngilan rayonunun Minçivan qəsəbəsidə doğulub.[1] Azərbərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) fakültəsini bitirşmişdir. 5411.01 — ixtisas şifri ilə "Kiçik Qafqazda payızlıq buğdanın inkişafına, məhsuldarlığına və məhsulun keyfiyyətinə meteoroloji elementlərin təsiri" adlı namizədlik dissertasiyanı müdafiə edərək Coğrafiya elmləri namizədi elmi dərəcəsini almışdır.[2]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Elmi fəaliyyəti "Aqroiqlim ehtiyatlarından daha səmərəli istifadə", "İqlim ehtiyatlarının yenidən qiymətləndirilməsi" və "Gözlənilən iqlim dəyişmələrinin aqroiqlim ehtiyatlarının və təbii-zonaların sərhədlərinə təsirinin tədqiqi" istiqamətində olmuşdur.

50-yə qədər xaricdə çıxmış elmi əsərləri, 3 beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələri vardır.

3 dissertanta və 1 doktoranta elmi rəhbərlik etmişdir.

Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətini davam etdirmişdir.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN Sərəncamı — Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndininə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə, Azərbaycan elminin inkişafında xidmətlərinə görə — Azərbaycan Respublikasının "Tərəqqi" medalı — 2015[3]
  • Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN Sərəncamı: — 2016-cı il üçün elm və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatı — 2016-cı il "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyasına görə -Azərbaycan Respublikasının Dövlət Mükafatı[4]

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Kiçik Qafqazda payızlıq buğdanın məhsuldarlığının iqlimlə əlaqəsi – 1999 (monoqrafiya)
  • Gözlənilən iqlim dəyişmələrinin Azərbaycan əhalisi və ətraf mühitə təsirinin qiymətləndirilməsi
  • Kür-Araz vilayətinin isti ehtiyatları və ondan istifadə haqqında ACC əsərləri, VIII c. B. 2003
  • Naxçıvan MR-da müşahidə edilən zərərli atmosfer hadisələri. ACC əsərləri, X c. B. 2006.
  • Azərbaycanda iqlim dəyişmələrinin bitkiçiliyə gözlənilən təsirinin qiymətləndirilməsi.
  • ACC əsərləri, XII s. Bakı, 2008.
  • Гидротехнические сооружения: состояние, опасность, последствия. Материалы международной научно-практической конференции. Казахыстан, Алматы, 2013.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • 1. Aqroiqlim ehtiyatlarından daha səmərəli istifadə.
  • 2. İqlim ehtiyatlarının yenidən qiymətləndirilməsi.
  • 3. Gözlənilən iqlim dəyişmələrinin aqroiqlim ehtiyatlarının və təbii zonaların sərhədlərinə təsirinin tədqiqi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Hacı Əli Sobulu. Sobu ensiklopediyası. Bakı: Zərdabi Nəşr MMC. 2023. səh. 156. ISBN 978-9952-553-66-6.
  2. Azərbaycanın coğrafiyaçı alimləri, Elm Nəşriyyatı, 203 — səhifə. 2013-cü il. 134-cü səh.
  3. "Arxivlənmiş surət". 2020-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
  4. "Arxivlənmiş surət". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.