Məmmədbağır Bağırov

Məmmədbağır Bağırzadə (21 iyul 1950, Nardaran30 oktyabr 2005, Bakı) — müğənni, bəstəkar. Azərbaycanın xalq artisti (2002).

Məmmədbağır Bağırzadə
Ümumi məlumatlar
Digər adı Məmmədbağır Bağırov
Doğum tarixi 21 iyul 1950(1950-07-21)
Doğum yeri
Vəfat tarixi 30 oktyabr 2005(2005-10-30) (55 yaşında)
Vəfat yeri
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Məmmədbağır Bağırzadə 21 iyul 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlmişdir.[1]

Məmmədbağır Bağırzadənin sənət yolu toylardan və el şənliklərindən başlamışdır. O adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edirdi. Xüsusilə də, şairə Zivər Ağayeva ilə qurduğu yaradıcılıq əlaqələri nəticəsində Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş etmişdir.

Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olmuşdur. Müğənninin repertuarına Oqtay Kazıminin, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi.

30 oktyabr 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir. Nardaran qəbristanlığında dəfn edilmişdir

  1. "Gedən nəfəs, qalan səsdir". 2016-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]