Talın rayonu

Talin rayonuQərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Talın mahalı ərazisində rayon. Mərkəzi Talın şəhəridir.

Rayon
Talın rayonu
İnzibati mərkəz Talin
Tarixi və coğrafiyası
Yaradılıb 09.09.1930
Ləğv edilib 11 aprel 1995
Sahəsi
  • 1.336 km²
Əhalisi
Əhalisi 39 578[1] (1989) nəfər
Talın rayonu xəritədə
Talın rayonu xəritədə

Talin rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1288 kv km-dir. Rayon mərkəzi Yuxarı Talın qəsəbəsidir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 74 km-dir. Talın rayonunun bir tərəfindən Arpaçay (dəyişdirilmiş adı Axuryan) axır. Alagöz dağının bir hissəsi və Qaraburun yaylası da Talın rayonu ərazisinə düşür.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Düzkənd Baroj 03.01.1935
Zorba Sorik 03.01.1935
Quldərviş Vosgetas 03.01.1935
Pirmələk Areq 03.01.1935
Siçanlı Avtona 03.01.1935
Şıxhacı Şqarşik 03.01.1935
Yuxarı Pirtikan Tsaxkasar 02.03.1946
Aşağı Pirtikan Dzorakyuğ 02.03.1946
Yuxarı Ağcaqala Verin Bazmaberd 12.11.1946
Aşağı Ağcaqala Nerkin Bazmaberd 12.11.1946
Adyaman Qarnhovit 12.11.1946
Gözlü Akunk 12.11.1946
Dədəli Yeğnik 12.11.1946
Yaşıl Kakavadzor 12.11.1946
Yuxarı Qaraqoymaz Verin Sasunaşen 12.11.1946
Aşağı Qaraqoymaz Nerkin Sasunaşen 12.11.1946
Qarqulaq Getap 12.11.1946
Qırmızılı Karmraşen 12.11.1946
Qılçatax Suser 12.11.1946
Susuz Tsamakasar 12.11.1946
Aynalı Davdaşen 12.11.1946
Alagöz Araqats 31.07.1950
Mehriban Katiaxpyur 19.04.1950
Məsdərə Dalarik 21.01.1965
Əhəngçi Zovasar 25.01.1978
Yuxarı Talın Talın 25.01.1978
Aşağı Talın Daştadem 25.01.1978
Sabunçu Hatsaşen 25.01.1978

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]
  • Quldərviş – 1918-ci il. Kəndin 400 nəfərdən artıq əhalisi işgəncələrlə öldürülmüş, salamat qalanlar isə daglarla Türkiyənin müxtəlif vilayətlərinə qaçmışlar. Kəndə ermənilər sahiblənmişlər.
  • Əkərək – 1918-ci il. 670 nəfər əhalisi ollmuşdur. Daşnak hökumətinin fitvası ilə bandit dəsələri kəndi dagıtmış, əhalinin böyük hissəsini qırmış, salamat quraranları Türkiyəyə qaçmaga məcbur emişlər. Qaçqınlar yolda böyük tələfat vermişlər. Dərhal kəndə gəlmə ermənilər doldurulmuş, kəndin azərbaycanlı əhalisi haqda bilgi əldə edilməmişdir.
  1. "Всесоюзная перепись населения 1989 г. Численность населения союзных республик СССР и их территориальных единиц по полу: Армянская ССР (по переписи 1989 года) — Еженедельная демографическая газета Демоскоп Weekly". Archived from the original on 2014-12-22. İstifadə tarixi: 29 iyul 2015..

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]