Rahib Seyidağa oğlu Əliyev (12 iyul 1945, Bakı – 28 mart 2024[1][2], Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006).
Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, çox gənc yaşlarından Sovet hakimiyyəti dövründə fəaliyyət göstərən xalq teatrlarında, eləcə də 1950-ci ilin sonlarından dram dərnəklərində aktyor kimi çıxış etmiş, bir sıra obrazlar yaratmışdır.[3] Aktyor 1965-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsinə daxil olmuş, 1969-cu ildə oranı bitirmişdir. Hələ institutda oxuyarkən 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuş və həmin tarixdən etibarən fasiləsiz olaraq bu teatrda çalışmışdır. Rahib Əliyev 18 sentyabr 1968-ci ildən rəsmi olaraq öz aktyorluq karyerasına başlamışdır. 1974-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü idi.[4]
Rahib Əliyev 28 mart 2024-cü ildə vəfat edib.[5]
Rahib Əliyev Gənc Tamaşaçılar Teatrının səhnəsində 70-dən artıq obraz yaratmışdır. Onun yaratdığı Cəbi, Vəzir, Aşıq, Mirzə Salman, Hərbi geyimli, Babaşov, Tülkü, Baba, Dünyagörmüş, İsmayıl, Molla Əsədulla, Molla Xudaverdi, Kərəmli, Bəkir Eniştə, Fərəcov, Aramış Aşotoviç, Vəzir, Ancelo, Qoca, Rəhim kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.[6]
Rahib Əliyev 60 illik dövrü əhatə edən yaradıcılığında dəfələrlə fəxri fərmanlarla, mükafatlarla və döş nişanları ilə təltif olunmuşdur. Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə 16 may 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, 2011, 2013, 2014, 2015, 2016, 2017, 2018-ci illərdə də Prezident mükafatına layiq görülüb.
2005 və 2015-ci illərdə Rahib Əliyevin Gənc Tamaşaçılar Teatrında 60 və 70 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir.[7]
Azərbaycan Respublikasının əməkdar artisti Rahib Əliyev Azərbaycan teatrında bir çox özunəməxsus obrazlar yaratmışdır.[8]
- Markone ("Ovod", Etel Lilian Voyniç)
- Mələmə ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli)
- Fərzəli bəy ("Nəsrəddin", Yusif Əzimzadə)
- Şeyx ("Komsomol" poeması, İsgəndər Coşqun)
- Vəzir ("Əlvida, Hindistan", Qeybulla Rəsulov)
- Məhəmməd ("Bakı komissarları", İsgəndər Coşqun)
- Qazı ("Danabaş kəndinin məktəbi", Cəlil Məmmədquluzadə)
- Bəkdəmirov ("Şirinbala bal yığır", Salam Qədirzadə)
- Bəy ("Qaraca qız", Süleyman Sani Axundov, Abdulla Şaiq)
- Cəbi ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov)
- Vəzir ("Sirli dəyirman", Firuz Məmmədov)
- Aşıq ("Yolda", Hüseyn Arif)
- Mirzə Salman ("Mahmud və Məryəm", Elçin)
- Hərbi geyimli, məktəb direktoru ("Mənim ağ göyərçinim", Tamara Vəliyeva)
- Babaşov ("Sağlıq olsun", İsi Məlikzadə)
- Tülkü ("Cücələrim", Tofiq Mütəllibov)
- Baba ("Açıl, bənövşəm açıl", İsgəndər Coşqun)
- Dünyagörmüş ("Qarışqa şıllaq atdı", Qılman İlkin)
- İsmayıl ("Olmuş əhvalat", Aqşin Babayev)
- Molla Əsədulla ("Ağ dəvə", Elçin)
- Molla Xudaverdi, Kərəməli ("Hacı Qara", Mirzə Fətəli Axundzadə)
- Bəkir Eniştə — ("Mustafa", Orxan Asena)
- Fərəcov ("Sən həmişə mənimləsən" İlyas Əfəndiyev)
- Aramis Aşotoviç ("Yaddaş ağrısı" Hüseynbala Mirələmov)
- Vəzir ("Molla Nəsrəddin və Əmir Teymurun filləri", Əjdər Ol)
- Ancelo ("Səhvlər komediyası", Vilyam Şekspir)
- Rəhim ("Pəri cadu", Əbdürrəhim Bəy Haqverdiyev)
- Qoca ("Məhəbbət bir bəladır", Əhməd Orucoğlu)
- Şeyx Əbuzər ("Şeyx Sənan", Hüseyn Cavid)
- Mister Sauyrberi ("Oliver Tvistin macəraları", Çarlz Dikkens)
- Ata, İbrahim ("Əcəl atı", Vaqif Əlixanlı)
- Qazı ("Müsyö Jordan və dərviş Məstəli şah", M. F. Axundzadə)
- Mer ("III Riçard", Vilyam Şekspir)
- Yazıçı ("Miras" H. Mirələmov)
- Molla Qasım ("Dan yeri söküləndə", İftixar Piriyev)
- Ulduzlar sönmür (film, 1971)
- Anlamaq istəyirəm (film, 1980)-rol: yeməkxanadakı müştəri
- Yol əhvalatı (film, 1980)
- Yaramaz (film, 1988)
- Yaşa, qızıl balıq (film, 1988)
- Qətl günü (film, 1990)
- Fəryad (film, 1993)
- Köpək (film, 1994)
- Nə gözəldir bu dünya... (film, 1999)
- Bir anın həqiqəti (film, 2003)
- Güllələnmə təxirə salınır!... (film, 2002)
- Yeni həyat (2005)
- Yoxlama (film, 2006)
- Biz qayıdacağıq (film, 2007)
- Cavid ömrü (film, 2007)
- Seçilən (film, 2008)
- Adam (film, 2010)
- Mürafiə vəkillərinin hekayəti (film, 2011)
- Axırıncı dayanacaq (film, 2014)
-
Rahib Əliyev
-
-
"Kiçik torpaqda üç gün"
Rahib Əliyev, Tofiq Hüseynov
-
"Komsomol poeması"
Rahib Əliyev, Osman Hacıbəyov, Hüseynağa Sadıqov
-
Rahib Əliyev və Mirvari Novruzova
Azərbaycan televiziyasının tamaşası
-
Rahib Əliyev və Bəhram Bağırzadə
"Axırıncı dayanacaq" filminin çəkilişində
-
"Yaddaş ağrısı"
Rahib Əliyev "Aramis Aşotoviç" rolunda
-
"Yaddaş ağrısı"
Rahib Əliyev və Elxan Hacıoğlu
-
Rahib Əliyev
-
Rahib Əliyev
-
Rahib Əliyev
Azərbaycan televiziyasının tamaşası
-
Rahib Əliyev
Azərbaycan televiziyasının tamaşası