Məxfurə (Mariya) Frolovna Yermakova (rus. Мария Фроловна Ермакова; 1901, Bakı – 1982, Bakı) — Azərbaycanın ilk aktrisalarından biri, Azərbaycan SSR əməkdar artisti (1936).
Məxfurə Yermakova | |
---|---|
Doğum tarixi | 1901 |
Doğum yeri | |
Vəfat tarixi | 1982 |
Vəfat yeri | |
Fəaliyyəti | teatr aktrisası |
Fəaliyyət illəri | 1918-ci ildən |
Teatr |
Akademik Milli Dram Teatrı (1920–1925); Bakı Türk İşçi Teatrı (1925–1932); Gəncə Dövlət Dram Teatrı (1933–1946); Gənc Tamaşaçılar Teatrı (1946–1982) |
Mükafatları |
Məxfurə Yermakova 1901-ci ildən Bakıda anadan olmuşdur. Əsl adı Mariya olsa da səhnəyə ilk addımından "Məxfurə" təxəllüsü ilə çıxış edib. Milliyyətcə rus olsa da, azərbaycanca səlis və aydın danışa bilirdi.[1]
Məxfurə Yermakova 1918-ci ildə Azərbaycan səhnəsində milli aktrisaların olmadığı bir dövrdə "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" truppasına daxil olub. Az müddət Tiflisə gedib və oranın dram dəstəsində bir neçə tamaşada iştirak edib. 1920-ci ilin iyun ayında hazırkı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına daxil olub. 1925–1932-ci illərdə Bakı Türk İşçi Teatrında, 1933–1946-cı illərdə Gəncə Dövlət Dram Teatrında, 1946–1982-ci illərdə isə Gənc Tamaşaçılar Teatrında işləyib.[1]
Məxfurə Yermakova 1982-ci ildə Bakıda vəfat etmişdir.
Milli Dram Teatrında oynadığı əsas rollar
İşçi teatrında ifa etdiyi bədii personajlar
Gəncə teatrında səhnəyə çıxdığı obrazlar
Gənc Tamaşaçılar Teatrındakı rolları