Maldiv adalarında nəqliyyat — İlk növbədə ölkədə dəniz və aviasiya nəqliyyatı yaranmışdır. Bu da ölkənin coğrafiyası ilə bağlıdır. Maldiv respublikası bir neçə mərcan adasında yerləşmişdir və 300 km²-dən az sahəyə malikdir. Ölkənin əhalisinin sayı 400000 nəfərdən azdır.[1] Respublikada bu səbəblərdən dəmiryol nəqliyyatı fəaliyyət göstərmir. Həmçinin faktiki olaraq ictimai nəqliyyat yoxdur.
2013-cü ildə avtomobil yollarının ümumi uzunluğu 88 kilometr təşkil edirdi. Onlardan 60 kilometri Male və Vilinqile adalarında yerləşmiş, ölkənin paytaxtı olan Male şəhərinin payına düşürdü. İki başqa region da, yəni Addu və Laamu atolları da avtomobil yollarına malikdir. Yolların əsas örtüyü — sıxlaşdırılmış mərcanlardır. 2009-cu ildə Dünya Bankının məlumatına görə, maldivlilərin avtomobillə təmin olunması hər 1000 nəfərə 24 avtomobil təşkil edir.[2] Onlardan yarısı sərnişinlərin daşınması üçün nəzərdə tutulurmuşdur.[3]
2013-cü il məlumatlarına görə Maldiv adaları doqquz aeroporta malikdir. Beton örtüklü aeroportlardan İbrahim Nəsir adına beynəlxalq hava limanıdır. Hava limanı ölkənin paytaxtının yaxınlığındakı Xulule adasında yerləşmişdir. Burada yerləşən digər hava limanı isə Qan beynəlxalq hava limanıdır. Hava limanı Maledən 478 kilometr məsafədə, Addu mərcan adalarının eyni adlı adasında yerləşmişdir.[4]
Milli avişirkət olan Maldivian şirkəti Island Aviation Services dövlət nəqliyyat kompaniyasının filialıdır.[5] 1976-cı ildən 2000-ci ilə qədər fəaliyyət göstərən və müflisliklə əlaqədar olaraq bağlanmış olan Air Maldives şirkəti milli aviaşirkətdir.
2010-cu ildə Dünya Bankının məlumatına görə dünya aviaşirkətləri Maldiv adalarına 5000-dən çox uçuş həyata keçirmişdir.[6] Demək olar ki, 80 min sərnişin buraya səfər etmişdir.[7] Yük əmtəə dövriyyəsi 310 min tonnokilometr təşkil edir.[8]
Daxili əlaqə hava limanlarından başqa hidroplanlarla həyata keçirilir. Trans Maldivian Airways şirkəti və şəxsi sahibkar şirkətləri bu hidroplanları təşkil edir.
Yegane dəniz limanı ölkənin paytaxtı olan Male şəhərində yerləşmişdir. 2010-cu il məlumatlarına görə Maldiv adaları 1000 tondan daha çox su təzyiqinə malik 18 gəmiyə malikdir:
Maldiv şirkətlərinə məxsus olan 4 gəmi başqa ölkələrdə qeyd edilmişdir[1].
Adaların arasında əlaqə sərnişin gəmiləri ilə həyata keçirilir. Doni yerli nəqliyyatın əsas növüdür. Doni dizel mühərrikləriylə hal-hazırda təkmilləşdirilmiş ənənəvi çoxməqsədli gəmi növüdür. Vedisin böyük qayıqları isə mərcan adalarına uzun müddətli səyahətlər üçün istifadə olunur.