Küveytdə nəqliyyat — Relsdən başqa bütün nəqliyyat növlərinə Küveytdə rast gəlmək olar. Avtomobil nəqliyyatı ölkədə əsas rolu oynayır. İctimai avtobuslar əhəmiyyətli yerə malikdir. Küveyt İran körfəzinin sahilində bir neçə limana malikdir. Küveytdə 7 hava limanı fəaliyyət göstərir. Onlardan ən böyüyü Küveyt Beynəlxalq Hava limanıdır.
Küveyt dəmir yolu infrastrukturuna malik deyil. Ancaq avtomobil hərəkətinin intensivliyinin artımı bir neçə dəmir yolu layihəsinin yaranmasına gətirib çıxarmışdır.[1] Əl-Küveyt Gulf Railway yolunun son stansiyalarından biri olmalıdır. Bu dəmir yolunun 2000 kilometri bir neçə körfəz ölkələrini bir-biri ilə bağlayacaqdır.[2] Paytaxt metrosunun dörd xəttinin tikintisi başqa perspektivli layihədir.[3] Metronun ümumi uzunluğu 160 kilometr təşkil edəcək və 69 stansiyadan ibarət olacaq.[4]
Küveyt avtomobillərlə yüksək təmin olunmuş ölkələrdəndir[5]: 2,25 insana 1 avtomobil düşür. Avtomobil nəqliyyatı ölkədə əsas yeri tutur. 2010-cu ildə asfalt döşənmiş və qrunt yollarının ümumi ölçüsü 6 608 kilometr təşkil edirdi.[6] Gündüz yollar üzrə hərəkət nəqliyyat vasitələrinin miqdarına görə çətinlik yaradır. Xüsusilə bu hala Əl-Küveytdə rast gəlmək olar.[7]
Küveytdə yol-nəqliyyat hadisələri nəticəsində yaranan ölüm faizi dünyada ən yüksək göstəricilərdən hesab olunur. Hər il bir neçə yüz insan həlak olur və minlərlə insan xəsarət alır.[8] 2012-ci il ilk yarımillikdə yol hərəkəti qaydalarının pozulması üçün yazılmış cərimələrin miqdarı qeydiyyatda olan nəqliyyat vasitələrinin sayını ötmüşdür.[9]
Dəmiryolu nəqliyyatının yoxluğunda ictimai daşınmalar demək olar ki, avtobus marşrutlarının hesabına tamamilə təmin olunur. 1962-ci ildə dövlət Kuwait Public Transportation Company şirkətini yaratmışdır. Bu şirkət avtobusları yerli və xarici marşrutlara əvəz edir.[10] CityBus aparıcı şəxsi avtobus şirkətidiк. Bütün ölkə üzrə təxminən 20 marşrut xidmət edir.[11] Başqa şəxsi avtobus şirkəti 2006-cı ildə əsasını qoyulmuş Kuwait Gulf Link Public Transport Services şirkətidir. Bir neçə daxili və beynəlxalq marşrutlara nəzarət edir.[12]
İran körfəzində yerləşən Küveytin əsas limanları aşağıdakılardır[6]:
2010-cu ildə Küveytin ticarət flotu 34 gəmidən (su təzyiqi 1000 t və daha çox) ibarət idi. Onlar arasında: 2 balker, 3 skotovoz, 6 konteyner, maye qaz üçün 4 tanker, 19 neft daşıyan tanker var. Küveytə aid olan 45 gəmi başqa ölkələrdə qeyd edilmişdir.
2013-cü il məlumatlarına görə Küveyt 7 beynəlxalq hava limanına malikdir. Həmçinin dördü beton örtüyə malikdir. Ölkədə 4 helikopter meydanı yerləşir. Küveyt Hava Limanı yeganə vətəndaş daşıyan Küveyt hava limanıdır.
Kuwait Airways şirkəti Küveytin milli aviaşirkəti hesab olunur.[13] Loukoster Jazeera Airways Küveytin başqa aviaşirkətidir.
2013-cü il məlumatlarına görə Küveyt 261 kilometr qaz kəməri borularına malikdir. Neft məhsulları üçün 540 kilometr neft kəməri və 57 kilometr boru kəməri fəaliyyət göstərir.[6]