Livanda nəqliyyat — İnkişaf səviyyəsinin böyük diapazonuyla fərqlənir. Rəfiq Həriri adına Beynəlxalq Hava Limanı ilə yanaşı avtomobil yolları ölkənin paytaxtı olan Beyrut şəhərinə qədər gəlib çıxır. Digər ərazilərdəki yollar isə pis vəziyyətdədir. 1975 və 1990-ci illər arasında vətəndaş müharibəsi və İsraillə İkinci Livan müharibəsi nəqliyyat infrastrukturuna ciddi zərər vurmuşdur.
Livan əsasən geniş yol şəbəkəsinə malik ölkələrdən hesab olunur. Ancaq pis xidmətə görə bəzi sahələr və məskunlaşılmamış yerlər təhlükəli ola bilərlər. Həmçinin yollar həyəcan siqnalları nəticəsində xəbərdarlıqsız bağlana bilərlər.[1] Livanın əsas yolları aşağıdakılardır:
Livanın əsas yollarının bir hissəsi avtomagistral yollarına çevirilmişdir. Onlara aşağıdakılar aiddir:
Livanın yol şəbəkəsinin ümumi uzunluğu 2005-ci ilin məlumatlarına görə, 6970 kilometr təşkil edir.[2]
1923-cü ildə Nairn Transport Company şirkəti Dəməşq, Beyrut, Hayfa və Bağdad şəhərləri arasında avtobus xidməti açmışdır.
Hal-hazırda Beyrut Livan şəhərləri ilə və Suriyanın böyük şəhərləri ilə müntəzəm avtobus xidmətinə malikdir. Livanda bir çox şəxsi avtobus şirkəti fəaliyyət göstərir. Office des Chemins de Fer et des Transports en Commun dövlət şirkəti buna misaldır.[3]
Avtobuslar ictimai nəqliyyatın məşhur və ucuz vasitəsidir. Onlar tələbərin istəyinə görə istənilən yerdə dayana bilərlər.
Avtobuslardan başqa adi taksilər də insanlar üçün əlçatandır. Adidən fərqli olaraq marşrut taksisinin sürücüsü təyinat nöqtəsini elan edir və eyni istiqamətdə sərnişinləri seçə bilir.[4]
Livan üçün müəyyənləşdirilmiş gediş haqqının yoxluğu tipikdir. Qiymət səfərdən əvvəl razılıq əsasında müəyyən olunur. Lisenziyalı taksilərin qeydiyyat nömrələri qırmızı lövhəciyi ilə digərlərindən fərqlənir.
Livan Aralıq dənizinin sahilində iki əsas dəniz limanına malikdir:
2010-cu il məlumatlarına əsasən Livanın ticarət flotu 29 gəmidən təşkil olunmuşdur:
Livan şirkətlərinə aid olan 34 gəmi başqa ölkələrdə qeyd edilmişdir.[2]
Beyrutun limanı vasitəsilə Kiprlə bərə əlaqəsi saxlanılır.
Livanın dəmir yolları ölkənin bütün hissələrini bir-birilə birləşdirir. Ancaq hal-hazırda 1980-ci illərdə alınmış zərbələrə görə və İsraillə müharibə səbəbindən 2006-cı ildən istifadə olunmur.[2] Rəsmən dəmir yolları Office des Chemins de Fer et des Transports en Commun dövlət şirkəti tərəfindən tənzim olunur.
Dəmir yollarının ümumi uzunluğu 401 kilometr təşkil edir. Ondan 319 kilometri standart üzrə (1435 mm), 82 kilometri isə dar dəmir yolu üzrə (1050 mm) hazırlanmışdır.
1968-ci ilin sentyabrına qədər şəhərdaxili rels nəqliyyatı Beyrut şəhərinin tramvayları ilə həyata keçirildi. Hal-hazırda avtomobillərin miqdarının artımı ilə və tıxacların yaranmasıyla əlaqədar, həmçinin terror hücumlarıyla bağlı olaraq alternativ ictimai nəqliyyat kimi tramvayı dirçəltmək fikri təklif edilir.
Livanın əsas hava limanı Beyrutun cənub şəhər ətrafında yerləşən Rəfiq Həriri adına Beynəlxalq Havalimanıdır. Livanlılar hava nəqliyyatı infrastrukturunun inkişafının dərəcəsinə görə 51-ci yeri tutur.[5]
2013-cü ilin məlumatlarına görə Livanda haav limanlarının ümumi sayı 8-dir. Onlardan 5-i beton örtüklüdür. 1-i isə helikopterlərin uçuş sahəsidir.
Rəfiq Həriri hava livanına əsaslanan Middle East Airlines şirkəti Livanın milli aviaşirkətidir.
2013-cü ilin məlumatlarına görə Livan 88 kilometr qaz kəməri sisteminə malikdir.
1965-ci ildə Livanın kurort şəhəri olan Cuniyə şəhəri ilə Xaris şəhərini birləşdirən kanat yolu hərəkət edir.