Mario Püzo (ing. Mario Puzo) — italyan əsilli ABŞ yazıçısı, ssenaristi və tənqidçisi.
Mario Püzo | |
---|---|
ing. Mario Puzo | |
Doğum adı | Mario Canluici Püzo |
Təxəllüsü | Mario Kleri |
Doğum tarixi | |
Doğum yeri | Manhetten, Nyu-York, ABŞ |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Qərbi Bey Şor, Nyu-York, ABŞ |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Həyat yoldaşı | Erika Püzo |
Uşağı | 5 |
Təhsili | ali |
Fəaliyyəti | romançı, ssenarist, yazıçı, fantastika yazıçısı[d], diplomat |
Fəaliyyət illəri | 1955-1999 |
Əsərlərinin dili | ingilis dili |
İstiqamət |
ssenari roman |
Janr | detektiv |
Tanınmış əsəri | |
Mükafatları | |
mariopuzo.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Mario Püzo 15 oktyabr 1920-ci ildə italyan mühacir ailəsində anadan olmuşdur. İkinci dünya müharibəsi zamanı ABŞ Hərbi Hava Qüvvələrinin tərkibində Şərqi Asiya və Almaniyada xidmət etmişdir. Nyu-York Yeni Məktəbində və Kolumbiya Universitetində oxumuşdur.
Təxminən iyirmi il ABŞ-nin Nyu-Yorkda və xaricdəki dövlət idarələrində işləmişdir. 1963-cü ildən o, ştatdankənar jurnalist kimi fəaliyyətə başladı və peşəkar ədəbiyyatçı oldu.
Mario Püzonun ilk kitabı "Zülmət meydanı" 1955-ci ildə işıq üzü görmüşdür. Romandakı hadisələr müharibədən sonrakı Almaniyada baş verir. Hadisələrin mərkəzində Amerika əsgəri ilə alman qızının məhəbbəti dayanır. Yazıçının növbəti romanı "Xoşbəxt mühacir" 1965-ci ildə çap olundu. Roman ABŞ-də Böyük böhran dövründə italyan mühacirlərin ağır həyatından bəhs edirdi. Bu iki kitab Rusiyada ilk dəfə 1990-cı illərdə çap olundu.
Yazıçıya geniş dünya şöhrətini 1969-cu ildə işıq üzü görən "Xaç atası" romanı qazandırdı. Bu əsərdə italyan mafiyasının dərin köklərindən, qanunlarından, rüşvətxorluqdan, zorakılıqdan və alicənab qanqster don Karleonedən bəhs edirdi. 1970-ci illərdə bu roman bestsellerə çevrildi. 1972-ci ildə Mario Püzonun özünün ssenarisi əsasında kinorejissor Frensis Ford Koppola eyniadlı film çəkdi.
Mario Püzo 2 iyul 1999-cu ildə ürək çatışmazlığından Lonq-Aylenddəki evində vəfat etmişdir.
Mario Püzonun "Omerta" romanı onun ölümündən sonra, 2000-ci ildə çap olundu[2]. "Ailə" adlı sonuncu romanı isə həyat yoldaşı Kerol Cino tərəfindən tamamlanmış və 2001-ci ildə işıq üzü görmüşdür.