Marqaret Senqer (ing. Margaret Sanger; 14 sentyabr 1879[1][2][…], Korninq[d], Nyu-York ştatı[3] – 6 sentyabr 1966[1][2][…], Tuson, Arizona) – ABŞ-də doğuma nəzarət hərəkatının lideri.[4]
Marqaret Senqer | |
---|---|
Doğum tarixi | 14 sentyabr 1879[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 6 sentyabr 1966[1][2][…] (86 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri |
|
Uşağı | 3 |
Partnyoru | |
Fəaliyyəti | tibb bacısı, sex columnist[d], aktivist, sindikatçı[d], qadın hüquqları fəalı[d], kinorejissor, yazıçı, maarifçi |
Vikianbarda əlaqəli mediafayllar |
1879-cu ildə Nyu-York ştatının Korninq şəhərində doğulmuşdur.[4] 1966-cı ildə Arizona ştatının Tuson şəhərində ölmüşdür.[4]
1921-ci ilin iyununda Senqerin müəllifi olduğu bir məqalə Yaponiyanın "Kaizo" jurnalında çap olunmuşdur.[4] Nəşriyyatın dəvəti ilə 1922-ci ilin martında Yaponiyaya gələrək burada bir sıra mühazirələr vermişdir.[4] Polis tərəfindən ciddi şəkildə izlənilsə də, Tokio və Yokohamada 8 mühazirə verə bilmişdir.[4] Lakin müxalifəti nəzərə alaraq Kioto, Osaka və Kobedə planlaşdırdığı mühazirələri verməmiş, Yaponiyanı aprel ayından erkəndən tərk etmişdir.[4]
Senqerin Yaponiyadakı fəaliyyəti böyük marağa səbəb olmuş və Yaponiyada doğuma nəzarət hərəkatının yaranmasına təkan vermişdir.[4] Hamiləliyin qarşısını almaq yollarından bəhs etdiyi "Ailə məhdudiyyəti" traktatı Yamamoto Senci tərəfindən tərcümə edilərək nəşr olunmuşdur.[4] 1954-cü ildə ikinci dəfə Tokioya səyahət edərək Yaponiya Ailə Planlaşdırması Federasiyasının quruluş mərasimində iştirak etmişdir.[4]