Medal of Honor (oyun, 1999)

Medal of Honor (azərb. Şərəf Medalı‎) — DreamWorks Interactive tərəfindən hazırlanmış və Electronic Arts tərəfindən yalnız PlayStation oyun konsolu üçün nəşr olunan birinci şəxs atıcı videooyunu. 31 oktyabr 1999 tarixində satışa çıxarılan oyun, Medal of Honor videooyun ardıcıllığının ilk epizodudur. Oyunun hekayəsi rejissor və prodüser olan Stiven Spilberq tərəfindən yazılmışdır.[1] Oyunun bəstəkarı Maykl Cakkinodur.[2][3]

Medal of Honor
Loqonun şəkli
"Medal of Honor" videooyununun Avropadakı afişası
"Medal of Honor" videooyununun Avropadakı afişası
Hazırlayan DreamWorks Interactive
Yayımlayan Electronic Arts
Seriya Medal of Honor
Buraxılış tarixi 31 oktyabr, 1999
Sonuncu versiya
  • 1.00
Sonuncu beta-versiya
  • 1.00
Janrlar Birinci şəxs atıcı
Yaş reytinqləri ESRB: TMature
Rejissorlar Stiven Spilberq
Dizaynerlər Stiven Spilberq
Ssenaristlər Piter Hirşmann
Bəstəkarlar Maykl Cakkino
Texniki məlumat
Platformalar PlayStation
Oyun rejimləri Birnəfərli oyun
Çoxnəfərli oyun
Daşıyıcılar CD-ROM
İdarəetmə Qeympad
Rəsmi saytı

Oyunun hekayəsi 12 iyun 1944 ilə 25 mart 1945 tarixləri arasında, İkinci Dünya müharibəsinin son mərhələlərində keçir. Oyunun baş qəhrəmanı hərbi nəqliyyat korpusunun pilotu olan Ceyms Patterson, akademiyada bir kursu tamamlaya bilməmiş və cəbhəyə çağırılmışdır. 6 iyun 1944-cü il gecəsi, Antihitler Komandanlığı Normandiyada eniş etmək üçün müharibə tarixinin ən iddialı aviasiya əməliyyatlarından birini etdi. Ancaq əməliyyatın nəticəsi faciəvi idi. Çoxlu sayda təyyarə vuruldu və əsgərlər alman ordusunun mərkəzinə düşdü. O təyyarələrdən birinin pilotu Leytenant Ceyms Patterson idi. O, yaralı yoldaşlarını alman patrullarından cəsarətlə müdafiə və çox sayda düşmənləri məhv etdi. Axırda Ceyms və yoldaşları ABŞ hərbi paraşütçüləri tərəfindən xilas edildi. Ceyms Patterson cəbhədəki hərbi fəaliyyətibə ABŞ Konqresi tərəfindən Amerika Birləşmiş Ştatlarının ən yüksək hərbi mükafatı olan Şərəf Medalına layiq görüldü. Daha sonra ona, Strateji Xidmətlər İdarəsinə (abr. SXİ) qoşulmaq təklifi gəlir. Bu təklifi qəbul etsə Fransa cəbhəsində hərbi aviasiya fəaliyyəti göstərəcək, qəbul etməsə otaqda danışılanları heç kimə deməyəcək. Hekayənin sonrası haqda bir məlumat verilmir, ancaq ilk missiyada paraşütdən düşməsi leytenantın təklifi qəbul etdiyini göstərir.[4]

Sağlamlıq, kompas ətrafındakı yaşıl bir dairə ilə göstərilir ki, bu həm getdiyiniz istiqamətinizi, həm də sizə dəyən güllələrin gəldiyi yeri göstərir. Əgər qəhrəman yaralanmağa başlasa, dairə getdikcə qırmızı rəngə çevriləcək və qövsvari formada olacaq. Sağlamlıq, bəzən düşmənlərdən düşən müxtəlif dəyərlərdən və ya su bankalarından ibarət ilk yardım dəstləri ilə təmin edilir.

Əsgərin vəsaiti M1 GarandBAR tüfənglərindən, Springfield M1903 snayper tüfəngindən, ThompsonMP 40 avtomatik silahlarından, susdurcusu olan Walther P38Colt M1911 tapançalarından, əl qumbaralarından və bazukalardan ibarətdir. Bəzi missiyalarda Brauninq M2 kimi stasionar ağır pulemyotlardan istifadə etmək mümkündür. Silahların atəş radiusu məhduddur, amma döyüş sursatı sonsuzdur və onları yenidən yükləməyə ehtiyac yoxdur.

Oyun 7 missiya üçün olan 24 yarusdan ibarətdir. Koordinator Manon Batist hər bir tapşırığın məqsədini, vəzifələrini və yerləşdiyi mövqə haqda məlumat verir. Missiyasının uğurla başa çatması üçün məcburi şərt, yarusda olan bütün vəzifələrin tam yerinə yetirilməsidir. Əgər bir vəzifə belə yerinə yetirilməsə, missiya uğursuz sayılacaq və təkrardan başlayacaq.

Süni intellekt

[redaktə | mənbəni redaktə et]

Düşmən -də realist vərdişlər yoxdur, lakin bəzi imkanlar sayəsində onlar layiqli müqavimət göstərə bilirlər:

  • Düşmənlər künclərdə və hasarlarda gizlənə bilərlər.
  • Bombaya qarşı özlərini müdafiə etmə qabiliyyəti — Düşmən əsgərləri bəzən yaxınlıqlarına atılmış bombaları oyunçuya geri atırlar.
  • Ətraf mühitin interaktiv elementlərindən istifadə edə bilərlər (pulemyot daxil olmaqla).

Missiyaların siyahısı

[redaktə | mənbəni redaktə et]
  1. Zabit G-3-ü xilas edin. Fransa. Dyubbison. 12 iyun, 1944.
  2. "Greta" dəmiryolu silahını məhv edin. Fransa. Normandiya. 15 iyun, 1944.
  3. U 4901 dənizaltı qayığını məhv edin. Almaniya. Bremen. 28 iyun, 1944
  4. "Şmerzen" qalasına hücum edin. Almaniya. 28 noyabr, 1944.
  5. Riukan hidroelektrik stansiyasında təxribat aparın. Norveç. Telemark. 1 fevral, 1945.
  6. Sənət əsərlərini qoruyun. Almaniya. Merker. 20 fevral, 1945.
  7. V-2-ni məhv edin. Almaniya. Vestfaliya. 25 mart, 1945.

Oyunun istehsalı 11 noyabr 1997 tarixində başlamışdır. ABŞ müəllifi Stiven Spilberq DreamWorks Interactive heyəti ilə İkinci Dünya müharibəsi dövründə keçən birinci şəxs atıcı janrında olan bir videooyunu haqda danışmaq üçün bir görüş təşkil etdi. Fikir oğlu Meksin məşhur GoldenEye 007 videooyununu oynadığı zaman əldə etdiyi təcrübədən və Spilberqin İkinci Dünya müharibəsinə olan dərin marağından yaranmışdır.[5] Oyunun ssenarisi Piter Hirşmann tərəfindən yazılmışdır. Oyunun hərbi məsləhətçisi Deyl Day idi. Stiven Spilberq Deyl Day ilə Siravi Raynı xilas etmək filmində də işləmişdir.[6]

Düşmənlər üçün ilk animasiya testləri 1997-ci ilin dekabr ayında baş vermişdir.[7] Düşmən -ləri 250-ə qədər poliqonlarla qurulmuşdular.[6]

Oyunun musiqisi film bəstəkarı Maykl Cakkino tərəfindən bəstələnmişdir.[3]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

"Medal of Honor", Əyləncə və İstirahət Proqramları Naşirləri Assosiasiyası (ing. Entertainment and Leisure Software Publishers Association)[8] tərəfindən Birləşmiş Krallıqda ən azı 200,000 nüsxə satış göstərən "Qızıl" satış mükafatına layiq görülmüşdür.[9]

  1. "Archived copy". 2012-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-16.
  2. "Interview with Michael Giacchino" (ingilis). Soundtrack Review Central. 27 fevral, 2012 tarixində orijinalından arxivləşdirilib.
  3. 1 2 "Music by Michael Giacchino". Maykl Cakkino. 13 mart, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr, 2015.
  4. "Medal of Honor 1999". 16 iyul, 2011 tarixində arxivləşdirilib.
  5. Edge heyəti. "The making of: Medal Of Honor (Incomplete)". Edge. 10 avqust, 2011. May 27, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr, 2015. (#apostrophe_markup)
  6. 1 2 "The Making Of...Medal of Honor". 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 avqust, 2017.
  7. "Medal of Honor - Beta". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 avqust, 2017.
  8. "ELSPA Sales Awards: Gold". Entertainment and Leisure Software Publishers Association. 19 mart, 2009 tarixində orijinalından arxivləşdirilib.
  9. Kaoili, Erik. "ELSPA: Wii Fit, Mario Kart Reach Diamond Status In UK". Gamasutra. 26 noyabr, 2008. 18 sentyabr, 2017 tarixində orijinalından arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]