Medal of Honor: Underground (azərb. Şərəf Medalı: Yeraltı) — DreamWorks Interactive tərəfindən hazırlanmış və Electronic Arts tərəfindən ilk olaraq PlayStation, daha sonra isə Game Boy Advance oyun konsolu üçün nəşr olunan birinci şəxs atıcı videooyunu. İlk dəfə 23 oktyabr 2000 tarixində satışa çıxarılan oyun, Medal of Honor videooyun ardıcıllığının ikinci epizodudur və Medal of Honor videooyununun prikvelidir.[2] Oyun 2002-ci ildə Medal of Honor/Medal of Honor: Underground kompilyasıyasının bir parçası olaraq yenidən satışa çıxarılmışdır.[3] Oyun 11 iyun 2009 tarixində Şimali Amerikada PlayStation 3 və PlayStation Portable oyun konsolları üçün ikinci dəfə yenidən satışa çıxarılmışdır.[4]
Medal of Honor: Underground | |
---|---|
| |
Hazırlayan |
DreamWorks Interactive Rebellion Developments |
Yayımlayan |
Electronic Arts Game Boy Advance Destination Software Zoo Digital Publishing |
Seriya | Medal of Honor |
Buraxılış tarixi |
PlayStation 23 oktyabr 2000 1 dekabr 2000[1] Game Boy Advance 2 dekabr 2003 may 2003 |
Janrlar | Birinci şəxs atıcı |
Yaş reytinqləri | ESRB — |
Dizaynerlər | Linn Henson |
Rəssamlar | Adrian Cons |
Bəstəkarlar | Maykl Cakkino |
Texniki məlumat | |
Platformalar | PlayStation, Game Boy Advance |
Oyun rejimləri |
Birnəfərli oyun Çoxnəfərli oyun |
Daşıyıcılar |
CD Rəqəmsal endiriş Kartric |
İdarəetmə | Qeymped |
Oyunun baş qəhrəmanı Manon Batist adlı gənc bir qızdır. Personaj Fransa Müqavimət Hərəkatında iştirak edən Elen Deşam Adamsdan ilhamlanaraq yaradılmışdır. ilk "Medal of Honor" oyununda, Manon Batist Ceyms Pattersonun koordinatoru idi. Oyun faşist Almaniya ordusunun Fransaya girməsindən və Fransa hökumətinin təslim olmasından sonra, yəni 1940-cı ildə başlayır. Manon Batist müharibənin ilk illərində müqavimətə qoşulmur. Oyun davam etdikcə, Batist saf bir könüllüdən təcrübəli bir veterana çevrilir.[5] Oyunun son mərhələsində Paris şəhəri Manon Batistin dəstəyi ilə azad edilir.[2][6]
Fransa müqavimətinin baş qərərgahı adi bir çörəkxananın zirzəmisində yerləşir. Oyundakı missiyaların sayı və müddəti artmışdır. Oyunun mürəkkəbliyi də artmışdır. Hər bir missiyada müəyyən şeyləri tapmaq (xəritələr, şifrələr, jurnallar, planlar, cədvəllər və s.), körpüləri, silahxanaları və strateji baxımdan mühüm olan başqa yerləri partlatmaq kimi tələb olunan tapşırıqları yerinə yetirmək məcburidir. Oyunda bir yenilik var — müttəfiqlər. Əvvəlki oyundan fərqli olaraq, artıq missiyaları müttəfiqlərlə tamamlamaq mümkündür. Bəzi missiyalar onların həyatlarından asılı olduğudan, onlar qorunmalıdırlar.[7]
Oyunda MG 42 və Hotchkiss M1914 pulemyotları, Panzerfaust qumbaraatanı, STEN, StG 44 və MP-40 avtomatları, Gewehr 43 snayper tüfəngi, Walther P38 və Colt M1911 pistoletləri, Big Joe arbaleti, eləcə də Stielhandgranate qumbarası və molotov kokteyli var.[8]
Oyunda həmçinin, T-II , T-III və T-IV tankları, zirehli xasitələr, əlavə oturacaqlı BMW motosikletləri və Opel yük maşınları var.[8]
Oyundakı Sİ-lər yenilənmişdir.[2]
Oyun 7 missiya və 25 yarusdan ibarətdir. Manon ilk missiyasını 1942-ci ildə, Paris şəhərində keçirir. Daha sonra o, Almaniya, Yunanıstan (Krit), İtaliya və Şimali Afrikaya (Mərakeş) ziyarət edir.[8]
Oyun bitdikdən sonra "Panzerknacker" (azərb. Zirehdeşən) adlı bir missiya başlayır. Burada oyunçu Leytenant Ceyms Pattersonu idarə edir. Antihitler qüvvələri naməlum bir şəxs tərəfindən göndərilən həyəcan siqnalı alırlar. Naməlum şəxs köhnə tərk edilmiş bir qalada qəribə şeylər baş verir və bunun alman alimləri ilə bir əlaqəsi var. Antihitler komandanlığı bu tapşırıq üçün Ceyms Pattersonu göndərir. Qalada zirehli itlər, zombi-əsgərlər və "Panzerknacker" adlanan robot-əsgərlər kimi yeni düşmənlər var. Missiyanın əsas hədəfi öz Panzerknackerini qurmaqdır.[7][8]
Oyun 7 missiya və 25 yarusdan ibarətdir, bunlar:[8] "İşğal olunmuş!", Fransa, Paris, 1–10 may 1940.
Medal of Honor: Underground — Internet Movie Database saytında