Medal of Honor (videooyun seriyası)

Medal of Honor (azərb. Şərəf medalı‎) — birinci şəxs atıcı janrında olan videooyun seriyası. Seriyanın ilk epizodu "DreamWorks Interactive" tərəfindən hazırlanmış və "Electronic Arts" tərəfindən nəşr edilmişdir. Oyun PlayStation konsolu üçün 31 oktyabr 1999-cu ildə satışa çıxarılmışdır. Müxtəlif konsol platformaları və fərdi kompüterlər üçün çoxlu davam oyun satışa çıxarılmışdır.

Medal of Honor
Medal of Honor videooyun seriyasının loqosu (2010–2012)
JanrlarBirinci şəxs atıcı
Yaradıcılar
NəşrçilərElectronic Arts
MüəlliflərStiven Spilberq[1]
Platformalar
Orijinal platformaPlayStation
Başlanğıc ili1999
İlk buraxılışMedal of Honor
31 oktyabr 1999
Son buraxılışMedal of Honor: Warfighter
23 oktyabr 2012
Spin-offlar
Rəsmi vebsaytımedalofhonor.com

Seriyanın ilk on iki epizodunun süjeti İkinci Dünya müharibəsində cərəyan edir. Bu oyunların protaqonistləri adətən Strateji Xidmətlər Ofisinin (OSS) əməkdaşları olurdu. Seriyanın son iki epizodu müasir hərb mövzusunda olub. İlk üç epizod film rejissoru və prodüseri olan Stiven Spilberq tərəfindən yaradılmışdır. Franşizanın musiqisi Maykl Cakkino, Kristofer LennertsRamin Cavadi tərəfindən bəstələnmişdir.

Seriya 1999-cu ildə PlayStation konsolu üçün satışa çıxarılan "Medal of Honor" videooyunu ilə başlamışdır. Oyun "DreamWorks Interactive" tərəfindən Stiven Spilberqin rəhbərliyi ilə hazırlanmışdı.[2] Spilberq seriyanın əsasını qoyarkən İkinci Dünya müharibəsi haqda olan Sıravi Rayanı xilas etmək filmindən ilhamlanmışdır. O, filmin rejissorluğunu və ssenaristliyini edərkən həm maarifləndirici, həm də əyləncəli bir videooyun yaratmaq fikrinə gəlmişdi.[3][4]

Seriyanın ikinci epizodu "Medal of Honor: Underground" 2000-ci ildə PlayStationGame Boy Advance platformaları üçün satışa çıxarılmışdır. seriyanın üçüncü epizodu "2015, Inc" tərəfindən hazırlanan "Medal of Honor: Allied Assault" 2002-ci ildə PC, Mac OS XLinux platformaları üçün satışa çıxarılmışdır. "Allied Assault" üçün "Spearhead" (2002) və "Breakthrough" (2003) adlı genişləndirmə paketləri buraxılmışdır. Seriyanın dördüncü epizodu "Medal of Honor: Frontline" 2002-ci ildə PlayStation 2, Nintendo GameCubeXbox platformaları üçün satışa çıxarılmışdır. Oyun daha sonra yüksək dəqiqliklə remasterləşdirilmiş və 2010-cu ildə seriyanın ilk rebutu olan "Medal of Honor" videooyununun PlayStation 3 versiyası ilə birlikdə satışa çıxarılmışdır. Seriyanın beşinci epizodu "Medal of Honor: Rising Sun" 2003-cü ildə PlayStation 2, Xbox və Nintendo GameCube platformaları üçün satışa çıxarılmışdır. Seriyanın altıncı epizodu "Medal of Honor: Infiltrator" 2003-cü ildə Game Boy Advance platforması üçün satışa çıxarılmışdır. Seriyanın yeddinci epizodu "Medal of Honor: Pacific Assault" 2004-cü ildə PC, Mac OS X və Linux platformaları üçün satışa çıxarılmışdır. Seriyanın səkkizinci epizodu "Medal of Honor: European Assault" 2005-ci ildə PlayStation 2, Xbox və Nintendo GameCube platformaları üçün satışa çıxarılmışdır. 2005. Seriyanın doqquzuncu epizodu və ilk spin-offu "Medal of Honor: Heroes" 2006-cı ildə PlayStation Portable platforması üçün satışa çıxarılmışdır. Seriyanın onuncu epizodu "Medal of Honor: Vanguard" 2007-ci ildə PlayStation 2 və Wii platformaları üçün satışa çıxarılmışdır. "Vanguard" seriyanın Wii konsolunda satışa çıxarılan ilk epizodu idi. Seriyanın on birinci epizodu "Medal of Honor: Airborne" 2007-ci ildə PlayStation 3, Xbox 360 və PC platformaları üçün satışa çıxarılmışdır. Oyun seriyanın xeyri-xətti olan ilk epizodu idi. Seriyanın on ikinci epizodu və ikinci spin-offu "Medal of Honor: Heroes 2" 2007-ci ildə Wii və PlayStation Portable platformaları üçün satışa çıxarılmışdır.

Seriyanın on üçüncü epizodu "Medal of Honor" (2010) 2008-ci ildə "Medal of Honor: Operation Anaconda" adıyla açıqlanmışdır. Oyun əvvəllər "EA Los Angeles" adı ilə tanınan "Danger Close Games" tərəfindən istehsal olunurdu. "Medal of Honor" (2010) 12 oktyabr 2010-cu ildə PlayStation 3, Xbox 360 və PC platformaları üçün satışa çıxarılmışdır.[5][6] Oyunun çoxnəfərli rejim komponenti "Battlefield" seriyasının müəllifləri tərəfindən hazırlanmışdı. Oyun süjeti İkinci Dünya müharibəsi yerinə müasir dövrdə cərəyan edən ilk "Medal of Honor" epizodu idi. "Medal of Honor" tənqidçilərdən ümumiyyətcə yaxşı rəylər almış və kommersial bir uğur olmuşdur.[7]

Seriyanın on dördüncü epizodu və 2010-cu ildə satışa çıxarılan epizodun bir-başa sikveli "Medal of Honor: Warfighter" 23 oktyabr 2012-ci ildə PlayStation 3, Xbox 360 və PC platforması üçün satışa çıxarılmışdır.[8] Oyunun süjet xətti gerçək ABŞ Xüsusi Tapşırıq Vahidləri tərəfindən gerçək hadisələrə əsaslanaraq yazılmışdır. Oyun "EA Digital Illusions CE" şirkətinin "Frostbite 2" oyun mühərrikindən istifadə edən seriyadakı ilk epizoddur.[9] Oyunun davamı olan "Medal of Honor: Warfighter" 23 oktyabr 2012-ci ildə satışa çıxarılmışdır.[10] "Warfighter" həm tənqidi, həm də kommersial bir uğursuzluq idi. 2013-cü ilin yanvar ayında "Electronic Arts" şirkətinin baş əməliyyat direktoru Piter Mur "Medal of Honor" seriyasının ləğv edildiyini açıqlamışdır.[11]

Medal of Honor seriyasının epizodları
İl Ad Hazırlayan(lar) Platforma(lar)
Sony Microsoft Nintendo Digər
1999 Medal of Honor DreamWorks Interactive PS N/A N/A N/A
2000 Medal of Honor: Underground DreamWorks Interactive, Rebellion Developments PS N/A GBA N/A
2002 Medal of Honor: Allied Assault 2015, Inc. N/A Windows N/A Mac OS X
2002 Medal of Honor: Frontline EA Los Angeles PS2, PS31 Xbox GameCube N/A
2002 Medal of Honor: Allied Assault Spearhead2 2015, Inc N/A Windows N/A Mac OS X
2003 Medal of Honor: Allied Assault Breakthrough2 TKO Software N/A Windows N/A Mac OS X
2003 Medal of Honor: Rising Sun EA Los Angeles PS2 Xbox GameCube N/A
2003 Medal of Honor: Infiltrator Netherock Ltd. N/A N/A GBA N/A
2004 Medal of Honor: Pacific Assault EA Los Angeles N/A Windows N/A N/A
2005 Medal of Honor: European Assault EA Los Angeles PS2 Xbox GameCube N/A
2006 Medal of Honor: Heroes Team Fusion PSP N/A N/A N/A
2007 Medal of Honor: Vanguard EA Los Angeles, Budcat Creations PS2 N/A Wii N/A
2007 Medal of Honor: Airborne EA Los Angeles PS3 Windows, Xbox 360 N/A N/A
2007 Medal of Honor: Heroes 2 EA Los Angeles, EA Canada PSP N/A Wii N/A
2010 Medal of Honor Danger Close Games, EA Digital Illusions CE PS3 Windows, Xbox 360 N/A N/A
2012 Medal of Honor: Warfighter Danger Close Games PS3 Windows, Xbox 360 N/A N/A
Qeydlər
  1. Medal of Honor: Frontline videooyununun PlayStation 3 versiyası HD şəkildə remasterləşdirilmişdir.
  2. Medal of Honor: Allied Assault üçün genişləndirmə paketi.
  1. "Medal of Honor: Allied Assault (2002) Windows credits". Moby Games. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2018.
  2. "Archived copy". 2012-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-16.
  3. Harriqan, Pet; Kirşenbaum, Metyu Q., redaktorlar Zones of Control: Perspective on Wargaming. The MIT Press. 2016.
  4. Kampbell, Kolin. "How Steven Spielberg Inspired Today's Top Shooters". IGN. 29 may 2012. 6 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2018.
  5. May 5th, 2010 @ 12:08 By Johnny Cullen. "Blog Archive » EA announces October release for Medal of Honor". VG247. 5 may 2010. 26 September 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2018.
  6. Patrick Garratt. "Medal of Honor reboot is shooter, will hit in 2010". VG247. 2 dekabr 2009. 2012-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2018.
  7. "EA: Medal of Honor and Hot Pursuit crossed 5 millions sales figure mark". GamePur. 1 fevral 2011. 2018-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2018.
  8. Qoldfarb, Endru. "Medal of Honor: Warfighter Coming in October". IGN. 23 fevral 2013. 2012-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-15.
  9. Reyli, Cim. "Medal of Honor Team Forms New Studio". IGN. 22 iyul 2010. 2 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2018.
  10. Dayer, Miç. "Medal of Honor: Warfighter Review". IGN. 26 oktyabr 2012. 28 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 avqust 2018.
  11. "Medal of Honor Franchise Taking a Rest". GameSpot. 2013-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]