Mehri sahəsi

Mehri mahalıQarabağda tarixi-coğrafi bölgə. Kəhram Əyrinci nahiyəsi 1747 ci ildə Mehri mahalı adlanmışdır

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Mahal qərbdə Ordubad mahalı, şimalda Güney mahalı, şərqdə isə Çulundur mahalı ilə həmsərhəd idi. Mahalın paytaxtı Mehri kəndi idi. Mahalın naibi Məlik Kəlbəli bəy idi. Mahalın şenliklərindən Lök, Maralzəmi, Bənövşəpuş, Vаrtаnаzоr, Tuqut, Buğаkаr kəndləri xəzinə mülkü, qalanları (Əldərə, Nüvədi) sahibkar mülkləri statusundaydı. Əldərə kəndi Sərməstbəyovların, Nüvədi Məlikabbasovların idi.

Mahalın tarixindən

[redaktə | mənbəni redaktə et]

Mahal qədim Kəhrаm Əyrinci, Kəhrаm Sаhibi, Kəkəbеrd nahiyələrinin birləşməsi nəticəsində yaranmışdı. Mahalın mərkəzi Mehri kəndi idi.

Qarabağ xanlığında Əbülfət xanın təsiri çox güclü idi. Ona görə də Nebolsinə öz dəstəsini gücləndirmək və hücum edəcəyi təqdirdə Əbülfət xanı darmadağın etmək tapşırılmışdı[1]. Bütün görülən tədbirlərə baxmayaraq Əbülfət xanın yaxınlaşması haqqında hər xəbər əhali arasında çaxnaşmaya səbəb olurdu. Bərgüşad, Mehri, Güney əhalisi ona tabe olmaqda davam edirdi[2].

1810-cu ilin iyununda İran qoşunları Qarabağa, Gəncəyə və Pəmbəkə doğru irəlilədi. İran qoşunlarının öz dəstələri Tuğ kəndinin yaxınlığında, Qarğabazar adlanan yerdə dayandı. İranlılar Mehridə də möhkəmləndilər [17]. Təbriz istiqamətində Cənubi Azərbaycana irəliləməyin açarı rolunu oynayan Mehrinin mühüm strateji əhəmiyyətini nəzərə alan, sayca 400 nəfərdən bir qədər artıq dəstəsi olan Kotlyarevski Mehriyə doğru hərəkət etdi. İyunun 15-də kəndi hücumla ələ keçirmək ona müyəssər oldu [18]. Arazın o tayına geri çəkilmiş iranlılar iyulun 2-də yenidən Mehriyə yaxınlaşdılar. Mühasirə 5 gün davam etdi. Lakin şah komandanlığı onun alınmazlığına əmin olaraq, geri çəkilmək məcburiyyətində qaldı. İyulun 8-nə keçən gecə Kotlyarevski İran qoşunlarının Mehri yaxınlığında yerləşən düşərgəsinə qəflətən hücum etdi. Süngü döyüşündə İran dəstəsi darmadağın edildi və Qarabağın hüdudlarından kənara atıldı.

İran ilk növbədə Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmaq istəyirdi. Bunun üçün də, hər şeydən əvvəl, general Kotlyarevskinin dəstəsinin yerləşdiyi möhkəmləndirilmiş Mehrini tutmaq lazım idi. İyulun 12-də İran qoşunları Qarabağa soxuldular, lakin darmadağın edilib Arazın o tayına atıldılar.

Mehri mahalı 1840-cı ildə ləğv olunub, sahə kimi Şuşa qəzasına bağlandı. 1867-ci ildə Ordubad qəzasına verildi.

Meğri, yaxud Meğri-güney sahəsi - bu sahə indiki Meğri və Zəngilan rayonlarının ərazisini əhatə etmiĢdir. Meğri inzibati sahəsinin ərazisində 1930-cu ildə Ermənistan SSR-nin tərkibində ərazisi 664 km olan Meğri rayonu və Azərbaycan SSR-nin tərkibində sahəsi 707 km olan Zəngilan rayonu yaradılmışdır. Zəngəzurun Meğri inzibati sahəsi dağlıq (Alagöz, Xustup, Bərguşad, Meğri - güney silsiləsi), dağətəyi, yamac (Araz və Həkəri çayları arasında) və düzən (Bazar çayla Oxçu çay arasında - Ağoyuq maili düzəni) landşafta malikdir. Ərazinin şimal hissəsində dağlarda meşə örtüyü diqqəti cəlb edir. Meşələr əsasən enliyarpaqlı (palıd, vələs) ağaclardan ibarətdir. Bəsit çayın dərəsində isə çinar meşəsi vardır. Araz çayının yatağı boyunca cənuba doğru getdikcə ağac örtüyü seyrək kollara, çöl bitkilərinə, nəhayət, çılpaq qayalıqlara keçir (209, 473).[3][4]

Mehri mahalının naibləri

[redaktə | mənbəni redaktə et]
Titul Adı Başlanığıcı Sonu
Naib Məlik Abbas bəy Nüvədili 1747 1787
Naib Məlik Kəlbəli bəy Əldərəli 1787 1822
  • Ənvər Çingizoğlu, Mehri mahalı, Bakı: "Soy" dərgisi №5 (49), 2011, səh. 107-125.
  1. QAKA III cild, sənəd 633.
  2. QAKA III cild, sənəd 634.
  3. Musa Urud Zəngəzur (elmi-publisistik nəşr). Bakı: Nurlar, 2005, 503 səh.
  4. "Arxivlənmiş surət". 2020-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-27.