Merih Demiral (türk. Merih Demiral; 5 mart 1998[1]) — Türkiyəli futbolçu, Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun və Türkiyə milli futbol komandasının müdafiəçisi.
Merih Demiral | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
türk. Merih Demiral | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Savunma bakanı[2] | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 5 mart 1998[1] (26 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Türkiyə | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 190 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 85 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Müdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əsas ayağı | sağ | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | “Əl-Əhli” | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 28 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Peşəkar karyerasına “Fənərbaxça FK”nın infrastrukturunda başlayan Demiral 2016-cı ildə Portuqaliyanın aşağı liqa komandası “Alkanenense” ilə müqavilə imzalayıb və bir il sonra “Sportinq B” komandasına transfer olunub.[3] 2018-ci ilin avqustunda Super Liqa təmsilçisi "Alanyaspor"a icarəyə verilib və mövsümün sonunda 3,5 milyon avroya "Alanyaspor"a transfer olunub. Eyni mövsümdə o, satın alma şərti ilə İtaliya A Seriyası komandası "Sassuolo"ya icarəyə verildi və mövsümün sonunda 7 milyon avro şərtindən istifadə edildi.[4] Beş gün sonra 19,5 milyon avroya İtaliya nəhəngi "Yuventus"a transfer olundu.[5] O, iki mövsüm klubun formasını geyindi və 2019-20-ci il mövsümündə A Seriya çempionu və 2020-21-ci il İtaliya Kuboku və Super Kubok sahibi oldu.[6] 2021-ci ilin avqustunda Demiral 20 milyon avroluq alış şərti ilə "Atalanta"ya icarəyə verildi. 2023-cü ildə Səudiyyə Ərəbistanı Peşəkar Liqasının "Əl-Əhli" komandasına transfer olunub.
Beynəlxalq səviyyədə Demiral 2018-ci ildə debüt etdiyi vaxtdan bəri 40 dəfədən çox milli formanı geyinib və Türkiyəni 2020-ci il Avropa Çempionatında və 2024-cü il Avropa Çempionatında təmsil edib.[7]
2024-cü il Avropa Futbol Çempionatında Avstriya millisi ilə oyunda ilk 11-də meydana çıxan Merih, Türkiyənin 2-1 qalib gəldiyi matçda 1-ci və 59-cu dəqiqələrdə qol vurdu və UEFA tərəfindən matçın adamı mükafatına layiq görüldü. Lakin oyun qalmaqal ilə yadda qaldı. Belə ki, UEFA Demiralın qolunu Bozqurd işarəsi ilə qeyd etməsini əsas gətirərək ona qarşı araşdırma başlatdı. Nəticədə beynəlxalq futbol təşkilatı Demirala 2 oyunluq cəza verdi.[8]
Kocaeli ilinin Karamürsəl şəhərində anadan olan Merih Demiral futbola elə burda "Karamürsəlspor" klubunda başlayıb. Sonradan karyerasını İstanbulda “Fənərbaxça”da davam etdirib. 2016-cı ilin yayında ölkənin aşağı liqalarından birində çıxış edən Portuqaliyanın "Alkanenense" klubuna keçib.[9] 2017-ci ilin əvvəlindən Demiral əvvəlcə icarə əsasında "Sportinq Lissabon"un əvəzedici komandasında çıxış edib.[10]
2018-ci il avqustun ortalarında müdafiəçi Türkiyənin “Alanyaspor” klubunun futbolçusu olub.[11] Həmin il sentyabrın 1-də o, Türkiyə Superliqasında "Göztəpə" ilə ev oyununda əsas heyətdə meydana çıxaraq debüt edib. 16 gün sonra Merih Demiral liqada ilk qolunu vurub ki, bu da "Trabzonspor" ilə ev oyununda yeganə və qalibiyyətli qol olub. O, 29 yanvar 2019-cu ildə 3,5 milyon avroya "Alanyaspor"a transfer olunub.[12] "Alanyaspor" futbolçunu 30 yanvar 2019-cu ildə A Seriya klubuna "Sassuolo"ya sonradan məcburi transfer şərti ilə icarəyə verib.[13] 2019-cu il iyulun 1-də "Sassuolo" klubu futbolçu ilə müqaviləsindəki varianta uyğun olaraq 7 milyon avroluq transfer haqqı qarşılığında 4,5 illik müqavilə imzalayıb.[14]
5 iyul 2019-cu ildə A Seriyasının komandalarından biri olan "Yuventus"a 18 milyon avroya transfer olunub və 5 illik müqavilə imzalayıb.[15] 2019-2020-ci illər A Seriyasında ilk 3 liqa matçında oynamaq şansı olmayan Merih, 4-cü həftə matçında "Yuventus" forması ilə ilk liqa matçını "Hellas Verona" ilə edib.[16] 11 həftə yenidən oynamaq şansı olmayan Merih 16-cı həftədə "Udineze" ilə matçda yenidən meydana çıxmaq şansı qazanıb və matçı assistlə tamamlayıb.[17][18] Ardıcıl 4 liqa matçında meydana çıxan Merih “Roma” matçının əvvəlində komandasına qol vursa da, zədələnərək 18-ci dəqiqədə oyunu tərk edib. Sonradan onun çarpaz bağlarının qopduğu bildirildi və Melih 2019-2020-ci il mövsümündən kənarda qalacağı açıqlandı.[19][20][21]
Corcio Kyellini və Matthijs de Liqtin zədələnmələri nəticəsində Merih "Yuventus"da müntəzəm oynamağa başladı. Çempionlar Liqasının G qrupunda "Barselona" ilə matçda ikinci sarı və qırmızı vərəqə alıb.[22] O, 6 avqust 2021-ci ildə satın alma şərti ilə "Atalanta"ya icarəyə verildi. 17 iyun 2022-ci ildə "Atalanta" klubunun "Twitter" səhifəsində Merihin satın alma şərtini (20 milyon avro) həyata keçirdikləri elan edildi.[23][24][25]
19 avqust 2023-cü ildə Demiral üç illik müqavilə ilə Səudiyyə Ərəbistanının Pro Liqasında çıxış edən "Əl-Əhli" klubuna keçdi.[26]
Demiral Türkiyənin 17 yaşadək və 19 yaşadək gənclərdən ibarət komandalarında çıxış edib.
O, ilk dəfə 20 noyabr 2018-ci ildə Ukrayna ilə yoldaşlıq oyununda 85-ci dəqiqədə Mert Müldürü əvəzləyərək Türkiyə millisinin formasını geyinib.[27] Merih 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsində iştirak edib. Merihin bir çox matçda çıxış etdiyi seçmə mərhələləri turnirə qatılmaq hüququ ilə yekunlaşıb.
2020-ci il Avropa Çempionatında İtaliya ilə açılış matçında ilk 11-də başlayan Merih, 53-cü dəqiqədə topu öz qapısına göndərərək 2020-ci il Avropa Futbol Çempionatının açılış qolunu vurub. Bu qol turnir tarixində ilk dəfə avtoqol kimi vurulan açılış qolu idi.[28]
2024-cü il Avropa Çempionatında Avstriya ilə ilk 11-də başlayan Merih, Türkiyənin 2-1 qalib gəldiyi matçda 1-ci və 59-cu dəqiqələrdə qol vurub.[29] O, UEFA tərəfindən matçın adamı mükafatına layiq görülüb.[30] Lakin oyun qalmaqal ilə yadda qalıb. Belə ki, UEFA Demiralın qolunu Bozqurd işarəsi ilə qeyd etməsini əsas gətirərək ona qarşı araşdırma başladıb.[31] Qeyd edək ki, Bozqurd işarəsi Avstriyada rəsmən qadağan olunub.[32] UEFA iyulun 5-də Demiralın ümumi davranış prinsiplərinə əməl etmədiyi və layiqli davranışın əsas qaydalarını pozduğu üçün ümumilikdə iki oyunluq cəzalandırılacağını aşıqlayıb.[33] Türkiyə Futbol Federasiyası (TFF) qərardan İdman arbitraj məhkəməsinə (CAS) şikayət edəcəyini bildirib.[34] Həmin gün TFF prezidenti Mehmet Büyükeksi etiraf edib ki, UEFA nizamnaməsinin 63-cü maddəsinə əsasən, CAS-ın bir oyunçunun üç oyundan az müddətə diskvalifikasiya edildiyi hallara baxmaq səlahiyyəti yoxdur. Bu səbəbdən TFF-nin çikayət etmə imkanı məhduddur.[35]
Demirala verilən cəza Türkiyə və Azərbaycanda sərt reaksiyalarla qarşılandı. Azərbaycan Prezidenti İlham Əliyev də bu cəzanın əleyhinə çıxan şəxslərdən biri olub.[36]
Merih oyun zamanı daha çox sürüşmə hərəkətləri ilə rəqibə etdiyi müdaxilələrlə gündəmə gəlir.[37] Müdafiəçi kimi onun aqressiv və instinktiv xüsusiyyətləri meydanda da özünü göstərir. Uzun boylu və fiziki cəhətdən güclü olduğu üçün hava toplarında da təsirli olur. Bu xüsusiyyəti sayəsində o, cərimə meydançasına gələn topları ələ keçirməkdə uğur qazanır. Hündür boyuna və bədən quruluşuna baxmayaraq, Merih həm də sürətlidir və arxadan rəqibə müdaxilə edir.[38]
Öz xüsusiyyətlərinə görə onu Nemanya Vidiçlə müqayisə edirlər və Merih onu nümunə götürdüyünü bildirib.[39] Nümunə götürdüyü başqa bir oyunçu komanda yoldaşı Corcio Kyellinidir.[40]
Demiral Artvinin Arhavi rayonundan Karamürselə köçən ailənin övladı olaraq dünyaya gəlib.[41] O, 28 dekabr 2012-ci ildə "Fənərbaxça"nın U-15 komdasında çıxış edərkən valideynlərinin olduğu avtomobil qəzaya uğrayaraq anasını itirib. Atası xəsarətlə xilas olub.[42] O, 2021-ci ildə alban əsilli isveçrəli model Heidi Luştaku ilə nigaha daxil olub və bu evlilikdən iki oğlu olub.[43]
Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 27 may 2024-cü il tarixinə qədərki dövrü əhatə edir.[47]
Klub | Mövsüm | Liqa | Milli kubok [a] | Qitə yarışları | Digər | Ümumi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Bölmə | Oyunlar | Qollar | Oyunlar | Qollar | Oyunlar | Qollar | Oyunlar | Qollar | Oyunlar | Qollar | ||
"Alkanenense" | 2016–17 | Portuqaliya çempionatı III Liqa | 12 | 0 | 1 | 0 | — | — | 13 | 0 | ||
“Sportinq B” | 2016–17 | Portuqaliya çempionatı II Liqa | 3 | 0 | — | — | — | 3 | 0 | |||
Sporting CP B | 2017–18 | Portuqaliya çempionatı II Liqa | 26 | 0 | 0 | 0 | — | — | 26 | 0 | ||
Total | 29 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 29 | 0 | ||
“Sportinq B” | 2017–18 | Portuqaliya premyer liqası | — | 1 | 0 | — | — | 1 | 0 | |||
Alanyaspor | 2018–19 | Super Liqa | 16 | 1 | 4 | 0 | — | — | 20 | 1 | ||
Sassuolo FK | 2018–19 | İtaliya A Seriyası | 14 | 2 | — | — | — | 14 | 2 | |||
Yuventus FK | 2019–20 | İtaliya A Seriyası | 6 | 1 | 0 | 0 | 1[b] | 0 | 1[c] | 0 | 8 | 1 |
2020–21 | Serie A | 15 | 0 | 4 | 0 | 5[d] | 0 | 0 | 0 | 24 | 0 | |
Total | 21 | 1 | 4 | 0 | 6 | 0 | 1 | 0 | 32 | 1 | ||
Atalanta FK | 2021–22 | İtaliya A Seriyası | 28 | 1 | 2 | 0 | 12[e] | 1 | — | 42 | 2 | |
Atalanta | 2022–23 | İtaliya A Seriyası | 28 | 1 | 0 | 0 | — | — | 28 | 1 | ||
Total | 56 | 2 | 2 | 0 | 12 | 1 | 0 | 0 | 70 | 3 | ||
"Əl-Əhli" | 2023–24 | Səudiyyə Ərəbistanı Peşəkar Liqasın | 20 | 1 | 1 | 0 | — | — | 21 | 1 | ||
Ümumi say | 168 | 7 | 13 | 0 | 18 | 1 | 1 | 0 | 200 | 8 |
2 iyul 2024-cü ilə qədər keçirdiyi oyunlara görə[47][48]
Milli komanda | İl | Oyun | Qollar |
---|---|---|---|
Türkiyə milli futbol komandası | 2018 | 1 | 0 |
2019 | 11 | 0 | |
2020 | 7 | 0 | |
2021 | 12 | 1 | |
2022 | 4 | 1 | |
2023 | 6 | 0 | |
2024 | 7 | 2 | |
Ümumi | 48 | 4 |
Hesablar və nəticələr ilk olaraq Türkiyənin qol sayını göstərir.
Sıra. | Vaxt | Yer | Rəqib | Hesab | Nəticə | Yarış |
---|---|---|---|---|---|---|
1 | 13 noyabr 2021 | Başakşəhər Fatih Terim Stadionu, İstanbul, Türkiyə | Cəbəllüttariq | 4–0 | 6–0 | 2022 FIFA Dünya Kuboku (təsnifat turniri, UEFA, G qrupu) |
2 | 4 iyun 2022 | Başakşəhər Fatih Terim Stadionu, İstanbul, Türkiyə | Farer adaları | 4–0 | 4–0 | UEFA Millətlər Liqası 2022/2023. C Liqası |
3 | 2 iyul 2024 | "Red Bull Arena" (Leypsiq), Leypsiq, Almaniya | Avstriya | 1–0 | 2–1 | UEFA Avro 2024 qrup mərhələsi |
4 | 2–0 |
The Turkish defender joins Juventus from Sassuolo: he will be a Bianconeri until 30 June 2024.