Metal Musiqi


Metal (və ya Hevi-metal; ing. Heavy Metal, ağır metal) — aqressiv ritmlər və həddən artıq distorsiyalı gitaralarla xarakterizə edilən rok musiqi növüdür.

Metal
heavy metal
İstiqamət Rok
Mənbəsi Psixodelik rok
Hard rok
Blüz rok
Eysid rok
Yarandığı dövr 1970-ci illərin əvvəlləri
Ölkə Böyük Britaniya Birləşmiş Krallıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu növün kökləri 1964–1967-ci illərdə blüzroku birləşdirərək yeni hard-rok növünü yaratdı. Bu musiqi növü daha çox gitara və baraban əsaslıdır. Metal öz məşhurluğunu 1980-ci illərdə daha çox növün ortaya çıxmasıyla artırdı. Ticari məqsədli olmayan bu musiqi növü, dünyada böyük bir dinləyici kütləsinə malikdir.

Ən məşhur metal qrupları Black Sabbath, Iron Maiden, Judas Priest, Manowar, Metallica, AC/DC, Eric Burdon, Led ZeppelinDeep Purpledur.

"Heavy metal" ifadəsinin mənşəyi

[redaktə | mənbəni redaktə et]

Ehtimallardan birinə görə Uilyam S. Borrousun 1962-ci ildə yazdığı "The Soft Machine" adlı romanının obrazlarından biri olan "Uranlı Villi, ağır metal uşaq"dan götürülüb.

"Blue Oyster Cult"un prodüseri, meneceri, bəstəkarı və şairi olan Sendy Perlman 1970-ci ildə "ağır metal" ifadəsini ilk dəfə roka daxil etdi.

Başqa versiyaya görə 1960-cı illərin axırında Led Zeppelin, Black Sabbath, The Move kimi qrupları olan Birmingem şəhəri sənayenin ürəyi sayılırdı və bəziləri "ağır metal" ifadəsinin buradan yarandığını ehtimal edir. The Move qrupu da bunu təsdiqləyir. Başqa bir neçə ehtimal da var.

İlk metal mahnısı

[redaktə | mənbəni redaktə et]

İlk ağır metal mahnısının hansı olduğuna dair fikir ayrılıqları var və konkret olaraq məlum deyil. "The Kinks"in 1965-ci ildə ərsəyə gətirdiyi "You Really Got Me", bəzilərinə görə "Blue Cheers"in "Summertime" (1968), "Beatles"ın "Helter Skelter", "The Jeff Beck"in "Truth" albomu, "Led Zeppelin"in eyniadlı albomu ilk metal mahnıları olaraq qəbul edilir.

Xarakteristikalar

[redaktə | mənbəni redaktə et]

Metal çox vaxt eyni növdə alətlərlə çalınır. Elektrogitara səsinin hər zaman eşidildiyi bu musiqi növündə dəlisov mahnı sözləri, sürətli ritmlər və templər olur.

Metal musiqisində əksəriyyətlə istifadə edilən alətlər elektrogitara, bas gitarabarabandır. Metal janrında ifa edən qrupların əksəriyyətinin bir solo gitaristi, bir ritm gitaristi, bir bas gitaristi, bir bateristi və bir vokalı vardır. Metalda klavişli alətlərdən çox da istifadə olunmur. Gitara bu janr üçün çox böyük əhəmiyyət daşıyır. Distortion və digər effektlər, səsi daha qalınlaşdırmaq üçündür. Metal vokalistləri mahnıda bir çox fərqli səs çıxara bilərlər. Təmiz vokallardan gurultulara, gurultulardan qışqırıqlara qədər. Metal musiqi növündə qətiliklə brutal vokal yoxdur.

Sololar və rifflər metalın böyük bir hissəsini təşkil edir. Gitaristlər sweep-pickingtapping texnikalarını istifadə edərək solonu sürətli və aqresiv edir.

Metal musiqisi dinləniləbilən olmasıyla yanaşı, həm də vizualdır. Albom qapaqları və konsertlər bu musiqi növünü anlamaq üçün olduqca faydalı vasitədir.

Metalın mövzusu pop və ticari musiqilərə görə olduqca ciddi və ağırdır. Metal 1950, 1960 və 1970-ci illərdəki müharibələr, nüvə sınaqları, ətraf mühitlə bağlı mövzular, siyasi və dini propoqanda üzərində qurulmuşdur. Black Sabbathın "War Pigs" və Metallicanın "And Justice for All" mahnıları buna bir nümunədir. Bəzən də mifologiya ilə əlaqədar əsərlər də ortaya çıxmışdır. Məsələn Manowarın Gods of War (2007), Sign of the Hammer və s. albomları misal göstərilə bilər.

1980-ci illərdə yaranmış bir janrdır. Əsasən "scream" vokal xüsusiyyəti ilə seçilir. Digər subjanrlardan daha qaranlıq və atmosferik xüsusiyyəti ilə seçilir. Subjanrın adı Venom qrupunun Black Metal adlı albomundan götürülüb. Əsas nümayəndələri: Hellhammer, Celtic Frost, Mercyful Fate, Bathory, Mayhem, Emperor, Darkthrone, Burzum, Immortal, Xasthur, Dimmu Borgir və s.

border=none Əsas məqalə: Treş-metal

1980-ci illərdə yaranmış bir janrdır. Bu janrın ilk üzvü Exodus sayılır. Növün mahnı sözləri ümumiyyətlə cəmiyyətin və insanın özünün bir döyüş maşınına çevrilməsinə, insan düşüncələrinin balanssızlığına ya da ziddiyyətlərinə, eyni zamanda dünyanın insanları bu ziddiyyətin içinə salmasına qarşı olduqca aqresissiv elementlər daşıyır. Əsas nümayəndələri: Kreator, Megadeth, Slayer, Testament, Metallica, Overkill, Dark Angel (musiqi qrupu), Antrax, Sodom və başqaları.

border=none Əsas məqalə: Death metal

Thrash metal subjanrının daha brutal vokallı və elektro gitaralarının daha distorsiyalı versiyasıdır. Bu subjanrın ilk nümayəndəsi Death qrupu sayılır. Əsas nümayəndələri: Possessed, Obituary, Morbid Angel, Death, Master, Cannibal Corpse, Incantation, Krabathor, Acheron, Sinister, At the Gates, Deicide, Autopsy, Carcass, Atheist, Napalm Death, Gorefest, Bolt Thrower, Asphyx, Pestilence, Unleashed, Immolation, Monstrosity, Morta Skuld, Sextrash, Entombed, Dismember, Grave, Toxodeth, Mortuary, Headhunter D.C., Krisiun, Nunslaughter, Demigod, Abhorrence, Interment, Aggressor, Malevolent Creation, Massacre, Nocturnus, Acid Death, Comecon, Terrorizer və s.

border=none Əsas məqalə: Doom metal

Dum metal (ingiliscə doom metal, doom — "qədər","vəfat","bəxtsizlik")-metal musiqinin ekstremal subjanrıdır ki, bu janrda daha çox yavaş temp və hüzünlü musiqi, həmçinin də lirika, çarəsizlik hissini ifadə etməyə,qorxu və qaçınılmazlık təəsuratı ifadə etməyə yönəlikdir. Doom metal subjanrının yaranmasına Black Sabbath qrupunun çox böyük bir təkamülü olub. "Candlemass"," Electric Funeral", "Novembers Doom", "Pagan Altar" kimi qruplar Doom metalın daha çox bilinənlərdən bir neçəsidir. [1]

Speed metal,power metal,heavy metal thrash metal üçbucağı arasında olan bir subjanrdır.Nə power metal qədər yumşaq ve melodikdir nə də thrash metal qədər agresif və sərtdir.Yaradıcısı Motörhead grupu sayılır.

border=none Əsas məqalə: Power metal

Power metal, orta dövr əfsanələrini, əsasən də Yunan və Skandinav mifalogiyaları mövzusunu təsvir edən heavy metalthrash metalın xüsusiyyətlərini birləşdirən, bəzən də senfonik hissələrə malik olan bir subjanrdır.Ən önəmli xüsusiyyəti isə digər metal gruplarından daha sürətli və melodik olmalarıdır.Əsas nümayəndələri:Blind Guardian, Sabaton, Helloween, Sonata Arctica, Elvenking, Almora, DragonForce, HammerFall, Dream Evil, Powerwolf, Manowar və s.

Alternativ metal

[redaktə | mənbəni redaktə et]

Alternativ metal1980-ci illərin başlarında metal musiqiyə bir alternativ kimi ortaya çıxmışdır.Ən əsası da alternativ metal gruplarının ağır musiqi ağır və ağır gitara riffləri ilə xarakterize etməsidir.Faith No More, Three Days Grace, Linkin Park, Deftones, EvanescenceSlipknot bəzi alternativ metal icra edən gruplardır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]