Mets-İrank

Mets-İrank və ya Mets-ArankAzərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası[1]Böyük Ermənistanın[2] tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri.

Tarixi Qafqaz Albaniyası əraziləri
Mets-İrank
Ümumi məlumatlar
Ölkə Qafqaz Albaniyası
Böyük Ermənistan
Bölgə Arsak
İndiki adı Ağdərə rayonu
Tərtər rayonu
Xəritədə yeri
Mets-İrank xəritədə

Prof. Q. Qeybullayev qeyd edir ki, əyalətin adında Qafqaz Albaniyası ərazisində yaşamış Aran tayfasının adı əks olunub.[3] Eyni zamanda, tədqiqatçı AranrotUti-Arandzak toponimlərini də Aran tayfasının adı ilə əlaqələndirərək eyni mənşəli olduğunu iddia edir.[4]

Arsak vilayətinin mərkəzində yerləşən Mets-İrank havarı şimal-qərbdən Arsak vilayətinin BerdadzorMets-Kuenk havarları, qərbdən Arsak vilayətinin Vaykunik havarı, cənubdan Sünik vilayətinin Aqaxeçk havarı, cənub şərqdən Arsak vilayətinin Pançkank havarı, şərqdən Arsak vilayətinin Piank havarı, şimaldan isə Utik vilayətinin Aranrot havarı ilə sərhədlənirdi.[2]

Havar ərazisində, TərtərTurağay çaylarının birləşdiyi yerdə inşa edilmiş Çiləbürt qalası və XIII əsrdən etibarən Alban Həvari Kilsəsi katalikoslarının iqamətgahı, Xaçın knyazlığının maarif mərkəzi olmuş Böyük Arran monastırı yerləşmişdir.

  1. Каланкатуаци, Мовсес. История страны Алуанк (Перевод с древнеармянского Ш.В.Смбатяна). Ереван: Институт древних рукописей им. Маштоца – Матенадаран. 1984. 2020-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.

    Вслед за этим он (Вачаган III Благочестивый) повелел жителям Арцаха, страны труднодоступной, находящейся под его властью, оставить обряды идолопоклонства и жертвоприношения, и поклонения скверным идолам.

  2. 1 2 Հակոբյան, Թադևոս. Հայաստանի պատմական աշխարհագրություն. İrəvan: İrəvan Dövlət Universiteti. 2007. səh. 241-242. (#accessdate_missing_url)
  3. Гейбуллаев, Г.А. К ЭТНОГЕНЕЗУ АЗЕРБАЙДЖАНЦЕВ (ИСТОРИКО–ЭТНОГРАФИЧЕСКОЕ ИССЛЕДОВАНИЕ). Баку: «Элм». 1991. səh. 69.

    ...в топониме Мец-Аранк отразился этноним, которой упомянут Плинием в форме Oран на Северном Кавказе (Плиний, VI, 26). Птолемей отмечает его в форме, вероятно, несколько искаженной — ориней...мы считаем, что племя, которое Плинием отмечено как Oран, является искажением от Aран

  4. Гейбуллаев, Г.А. К ЭТНОГЕНЕЗУ АЗЕРБАЙДЖАНЦЕВ (ИСТОРИКО–ЭТНОГРАФИЧЕСКОЕ ИССЛЕДОВАНИЕ). Баку: «Элм». 1991. səh. 70-71.