Sisakan-i-Kotak — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası[1] və Böyük Ermənistanın[2] tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri. Müasir dövrdə Azərbaycan Respublikasının Zəngilan rayonu və qismən Cəbrayıl rayonunun ərazilərini əhatə edirdi.
Tarixi Qafqaz Albaniyası əraziləri | |
Sisakan-i-Kotak | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə |
Qafqaz Albaniyası Böyük Ermənistan |
Bölgə | Arsak |
İndiki adı | Gədəbəy rayonu |
Xəritədə yeri | |
Q. Qeybullayev, Qafqaz Albaniyası ərasizində müxtəlif formalarda bir neçə dəfə istifadə edilənSisakan, Şəki, Sakaşen/Şakaşen, Kusakan və Arsak toponimlərini həmin ərazilərdə yaşamış sak tayfasının adı ilə əlaqələndirir.[3] Eyni zamanda, akademik N.Y.Marr da Sisakan toponimində sak etnoniminin olduğunu qeyd edir.[4]
Sisakan-i-Kotak havarı Arsak vilayətinin cənubunda yerləşirdi. Havar, cənub-qərbdən Sünik vilayətinin Kovsakan havarı, qərbdən Sünik vilayətinin Baxk havarı, mial-qərbdən Sünik vilayətinin Haband havarı, şimaldan Arsak vilayətinin Myus-Haband havarı, şimal-şərqdən Arsak vilayətinin Paçkank havarı, şərqdə Paytakaran vilayətinin Vardanakert havarı, cənubdan isə Paytakaran vilayətinin Alevan havarı ilə sərhədlənirdi.[2]
Sisakan-i-Kotak havarının cənub və cənub-şərq sərhədləri Araz çayı boyunca, şimal şərq sərhəddi isə İşxanaget çayı (müasir adı Quruçay) boyunca keçirdi.[2]
Sisakan-i-Kotak, Haband və Myus-Haband havarlarının ərazilərinin kəsişdiyi yerdə Dizapayt dağı (müasir adı Ziyarət dağı) və Katarovəng monastırı yerləşirdi.[2]
Вслед за этим он (Вачаган III Благочестивый) повелел жителям Арцаха, страны труднодоступной, находящейся под его властью, оставить обряды идолопоклонства и жертвоприношения, и поклонения скверным идолам.
«...саки, оставившие свое название в древней Армении и Севанского озера в области Sisakan»