Muxank

MuxankAzərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası[1]Böyük Ermənistanın[2] tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri.

Tarixi Qafqaz Albaniyası əraziləri
Muxank
Ümumi məlumatlar
Ölkə Qafqaz Albaniyası
Böyük Ermənistan
Bölgə Arsak
İndiki adı Xocavənd rayonu
Ağdam rayonu
Ağcabədi rayonu
Xəritədə yeri
Muxank xəritədə

Müxtəlif dövrlərə aid tarixi mənbələrdə bu havarın adı Muxank, Moqunk, Moxank və Mxank kimi qeyd edilir.[2]

Arsak vilayətinin cənub-şərqində yerləşən Muxank havarı, şimal-qərbdə Qarqarçay boyunca Arsak vilayətinin Piank havarı, şimalda həmin çay boyunca Utik vilayətinin Aranrot havarı, şimal-şərqdə Utik vilayətinin Tri havarı, cənub-şərqdə Arsak vilayətinin Paçkank havarı, cənubda Arsak vilayətinin Myus-Haband, qərbdə isə Harçlank havarları ilə sərhədlənirdi.[2]

Havar ərazisindən axan Ori çayı (müasir adı Ağcaqoşun) Tri havarının ərazisinə keçirdi.[2]

İnzibati baxımdan Muxank havarının ərazisi, Azərbaycan Respublikasının Ağdam rayonunun cənub-şərq hissəsi, Ağcabədi rayonunun cənub hissəsi və Xocavənd rayonunun şərq hissəsini əhatə edirdi.[2]

IX əsrin əvvəllərində Muxank işxanı olan Stepan Ablasad, Babəkin köməyi ilə pavlikanları məğlub edərək Muxank ərazisindən qovur. Lakin, sonradan ordunu bərpa edən pavlikanlar Muxank ərazisinə hücum edərək Stepan Ablasadı öldürməyə müvəffəq olurlar. On iki il sonra, Arsakın cənub havarlarında güc toplayan Yesai Əbu Musa Muxanka hücum edərək pavlikanları məğlub edir və dayısının mülkü olan Muxankı, eləcə də daha əvvəl Stepan Ablasadın hakimiyyəti altında olmuş ətraf əraziləri öz hakimiyyəti altında birləşdirir.[3]

  1. Каланкатуаци, Мовсес. История страны Алуанк (Перевод с древнеармянского Ш.В.Смбатяна). Ереван: Институт древних рукописей им. Маштоца – Матенадаран. 1984. 2020-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.

    Вслед за этим он (Вачаган III Благочестивый) повелел жителям Арцаха, страны труднодоступной, находящейся под его властью, оставить обряды идолопоклонства и жертвоприношения, и поклонения скверным идолам.

  2. 1 2 3 4 5 Հակոբյան, Թադևոս. Հայաստանի պատմական աշխարհագրություն. İrəvan: İrəvan Dövlət Universiteti. 2007. səh. 241-242. (#accessdate_missing_url)
  3. Մովսես, Կաղանկատվացի. Պատմություն Աղվանից աշխարհի. Երևան. 1969. səh. 27. (#accessdate_missing_url)