Koxt — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası[1] və Böyük Ermənistanın[2] tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri.
Tarixi Qafqaz Albaniyası əraziləri | |
Koxt | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə |
Qafqaz Albaniyası Böyük Ermənistan |
Bölgə | Arsak |
İndiki adı | Göygöl rayonu |
Əhalisi |
qarqarlar udilər |
Xəritədə yeri | |
Koxt havarı Arsak vilayətinin şimal ərazisini əhatə edirdi. Havar, qərbdə Arsak vilayətinin Parisos havarı, şimal-qərbdə Uti vilayətinin Girdman havarı, şimalda Utik vilayətinin Sakasena havarı ilə, şərqdə Uti vilayətinin Uti-Arancaq havarı ilə, cənub-şərqdə Arsak vilayətinin Mets-Kuank havarı, cənubdan isə Arsak vilayətinin Vaykunik havarı ilə sərhədlənirdi.[2]
Murovdağın şimal yamaclarını əhatə edən Koxt havarı ərazisi Şəmkir çayı hövzəsi boyunca uzanaraq Şəmkir şəhərinə qədər çatır, qərbdə isə Tovuzçaya qədər davam edirdi.[3]
Mənbələrdə qeyd edilən tarixi Getaşen (hazırda Göygöl rayonunun Çaykənd kəndinin ərazisi) və Koxt yaşayış məntəqələri bu havarın ərazisində yerləşirdi.[2]
Havar ərazisindən Şəmkirçay və Gəncəçay axırdı.[2]
Вслед за этим он (Вачаган III Благочестивый) повелел жителям Арцаха, страны труднодоступной, находящейся под его властью, оставить обряды идолопоклонства и жертвоприношения, и поклонения скверным идолам.