Berdadzor — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası[1] və Böyük Ermənistanın[2] tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri.
Tarixi Qafqaz Albaniyası əraziləri | |
Berdadzor | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə |
Qafqaz Albaniyası Böyük Ermənistan |
Bölgə | Arsak |
İndiki adı | Gədəbəy rayonu |
Saat qurşağı | |
Xəritədə yeri | |
|
Bu əyalətin adı mənbələrdə həm də Berdzor və Berdzork şəklində qeyd edilir. Moisey Kalankatlı "Alban ölkəsinin tarixi" əsərində bu havarın adını Berdzor şəklində qeyd edir.[3]
Müasir dövrdə Berdadzor havarının ərazisi Azərbaycan Respublikasının Daşkəsən rayonu, Kəlbəcər rayonu və Göygöl rayonunun əraziləri ilə üst-üstə düşür.
Arsak vilayətinin şərqində yerləşən Berdadzor havarı ərazisinin ən geniş olduğu dövrdə Araz və Həkəri çayları arasındakı torpaqları birləşdirməklə, şimalda Arsak vilayətinin Koxt havarı, şimal-şərqdə Utik havarının Uti-Arancaq havarı, şərqdə Arsak vilayətinin Mets-Kuenk havarı, cənub-şərqdə Arsak vilayətinin Mets-İrank havarı, cənubda Arsak vilayətinin Vaykunik havarı, qərbdə isə Sünik vilayətinin Sotk havarı ilə sərhədlənirdi.[2]
Вслед за этим он (Вачаган III Благочестивый) повелел жителям Арцаха, страны труднодоступной, находящейся под его властью, оставить обряды идолопоклонства и жертвоприношения, и поклонения скверным идолам.
В том же году изменники по имени Давон и Шапуh, [явившись] под предлогом любви и мира, убили мечом Степанноса, прозванного Абл Асадом, который привел Бабана, разбившего балаканцев, и истребили мечом и копьем [жителей] гавара Бердзор и поселков Урика – Карнакаша, hАкари и Тапата.