Kustiparnes — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası[1] və Böyük Ermənistanın[2] tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri.
Tarixi Qafqaz Albaniyası əraziləri | |
Kustiparnes | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə |
Qafqaz Albaniyası Böyük Ermənistan |
Bölgə | Arsak |
İndiki adı | Gədəbəy rayonu |
Əhalisi |
qarqarlar udilər |
Xəritədə yeri | |
Kustiparnes havarı Arsak vilayətinin şimal-qərb hissəsində yerləşirdi. Havar, şimal-qərbdə Sünik vilayətinin Sotk havarı, şimalda Uti vilayətinin Girdman havarı, şərqdə isə Arsak vilayətinin Koxt havarı ilə sərhədlənirdi.[2]
Müxtəlif tarixi dövrlərdə Kustiparnes gah Girdman havarının tərkibinə daxil olmuş, gah da ayrıca inzibati vahid olmuşdur.[2]
Mərkəzi qədim Parisos şəhəri (xarabalıqları Gədəbəy rayonunun Qalakənd kəndi yaxınlığında yerləşir) olan Kustiparnes havarı ərazisində məşhur Girdman qalası (İsmayıllı rayonu ərazisindəki Girdiman qalası ilə qarışdırılmamalıdır) yerləşirdi.[2]
Вслед за этим он (Вачаган III Благочестивый) повелел жителям Арцаха, страны труднодоступной, находящейся под его властью, оставить обряды идолопоклонства и жертвоприношения, и поклонения скверным идолам.