Mikelancelonun David heykəlinin replikaları — müxtəlif vaxtlarda və müxtəlif ölkələrdə plastmas, mərmər, şüşə və sair materiallardan hazırlanan heykəllər. Dünyanın müxtəlif ölkələrində, “David”in çoxlu sayda orijinal ölçülü nüsxələri yayılmışdır ki, onlardan da ən məşhuru orijinal hehkəlin yerində, Florensiyadakı Palaçço Vekko sarayının qarşısında 1910-cu ildə ucaldılmış nüsxədir. Heykəlin orijinalı 1873-cü ildə yerindən götürülmüş və bu günə kimi minlərlə turistin ziyarət etdiyi Florensiya Təsviri sənətlər akademiyasına yerləşdirilmişdir. Digər nüsxələr isə XIX əsrdən başlayaraq müxtəlif sənətkarlar tərəfindən işlənmişdir. Heykəlin kiçik nüsxələri isə əsasən kitç xarakteri daşıyır.[1]
Mikelancelo meydanı, Florensiya
Viktoriya və Albert Muzeyi, London
Langelinie Promenade, Kopenhagen
Prado meydanı, Marsel
Hans-Peter Feldmann, David (2006) Köln - 2010-cu ildən Duisburq
Hindistanda Davidin bir nüsxəsi Pune Universitetinin inzaibati binası üzərində ucaldılmışdır.
1995-ci ildə Davidin Yerusəlimi fəth etməsinin 3000 illik yubileyi münasibəti ilə Florensiya şəhər rəhbərliyi “David”in mükəmməl işlənmiş bir nüsxəsini Yerusəlim şəhər rəhbərliyinə hədiyyə etmişdir. Bu hədiyyə şəhərdə qarışıqlığa səbəb olmuş, pornoqrafik xüsusiyyətə malik heykəlin şəhərdə dini qarşıdurmaya səbəb ola biləcəyi bildirilmişdi. Nəhayət kompromis əldə edilmiş və heykəlin geyindirilmiş başqa bir nüsxəsi şəhərdə ucaldılmışdır.
“David”in 7 metr hündürlükdə olan Karrara mərmərindən hazırlanmış nüsxəsini Karrara, Kuinslənddə, Emerald gölləri sahilində görmək mümkündür.