Millətlər cəmiyyəti (ing. Commonwealth) – cəmiyyətin xeyrinə yaradılmış olan siyasi icmalara verilən ümumi bir termindir. Tarixi baxımdan respublika ilə sinonim olaraq işlədilmişdir.
Millətlər cəmiyyəti termininin mənası “cəmiyyətin xeyri üçün yaxşı və sərfəli olan” deməkdir və onun ilk dəfə olaraq istifadə edilməsi XV əsrə təsadüf edir.[1] Bu terminin orijinalı sərvətin, var-dövlətin, zənginliyin (wealth) keçmiş ekvivalenti olan rifah (well-being) sözündəndir ki, bu söz də öz növbəsində Latın dilindəki res publica (republic) sözünün dolayı tərcüməsidir.[2] Bu sözün hərfi mənası isə “ümumi rifah” deməkdir. XVII əsrdə isə Millətlər cəmiyyəti anlayışı daha geniş məna kəsb edərək “ən böyük hakimiyyət gücünün xalqa verildiyi respublika və ya demokratiya ilə idarə olunan dövlət” mənasına gəlmişdir.[3][4] XVIII əsrdə yaşamış olan ingilis millət vəkili Samuel Pepis (ing. Samuel Pepys) millətlər cəmiyyəti (commonwealth) tipli idarəetmə forması haqqındakı fikirlərini qısaca belə ifadə etmişdir: “Dövlət Millətlər cəmiyyəti (Commonwealth) tipində kralın hakimiyyəti altında olduğu üçün idarəçilikdə yaxşı işlər görülmüş və ümumilikdə dövlər yaxşı idarə olunmuşdur...”[5]
Bu termin sonralar getdikcə bəzi siyasi formasiyaları ifadə etmək üçün istifadə olunmağa başlanmışdır. Üç ölkə - Avstraliya, Baham adaları və Dominika - dörd ABŞ ştatı ilə bərabər Millətlər cəmiyyəti ("Commonwealth") tituluna malikdir. Çox yaxın bir zamanda Millətlər cəmiyyəti termini qarşılıqlı kömək məqsədilə yaradılmış olan bəzi beynəlxalq təşkilatlara da, şamil olunmağa başlanmışdır. Məsələn: İngilis Millətlər Cəmiyyəti (Commonwealth of Nations) keçmiş Britaniya imperiyasının tərkibində olan ölkələrin üzv olduğu bir qrupdur və qısaca Commonwealth formasında tanınır.[6]
Roma müəlliflərinin yazmış olduqları əsərlərin ingilis dilinə tərcümələri əsasən “Res publica” kimi edilir və bu “commonwealth”in başqa variantı olmaqla bərabər, bütünlükdə Roma dövlətini əhatə edir.
İngiltərə Birliyi (Commonwealth of England) İngiltərə krallığını ələ keçirmiş siyasi strukturun rəsmi adı idi. 1642-1651-ci illər arasında baş vermiş olan İngiltərə vətəndaş müharibəsi nəticəsində monarxistlərin məğlubiyyətə düçar olması ilə parlamentar rejim istiqamətində ilk addım atılmışdır. 1653-1659-cu illər arasında respublika Şotlandiya krallığı ilə birləşərək Commonwealth adını aldıqdan sonra belə müxtəlif üsullarla (bəzən de facto monarxiya) idarə olunurdu və bu dövr tarixçilər tərəfindən “Protektorat dövrü” (Mandat hakimiyyəti) adlandırılır.[7][8]
İslandiya Birliyi (Icelandic Commonwealth) və ya Müstəqil İslandiya Dövləti (isl. Þjóðveldið) 930-cu ildə Altinqin yaradılmasından 1262-ci ildə Norveç kralına sədaqətin elan olunduğu dövrə qədər mövcud olmuş olan bir dövlətdir. Dövlət Norveç Kralı I Haraldın ölkəni birləşdirməsi zamanı ölkəyə köçən norveçlilər tərəfindən yaradılmışdır.
Respublika (Republic) hələ də Reç Pospolitanın alternativ tərcüməsidir. Polşa tarixçisi olan Vinsenti Kadlubek (pol. Wincenty Kadłubek; ing. Vincent Kadlubo, 1160–1223) latın dilində bir termin olan res publica terminini Polşa üçün ilk dəfə “Polşa krallarının və şahzadələrinin salnamələri” (pol. Kroniki Królów i Książąt Polski) adlı əsərində istifadə etmişdir. Bu ad rəsmi olaraq 1569-1795-ci illər arasında Polşa və Litva tərəfindən yaradılmış olan federal dövlət üçün istifadə edilmişdir.
O, həmçinin Əsilzadələr Cəmiyyəti (pol. Złota wolność szlachecka) kimi də tanınır. Polşa-Litva İttifaqının siyasi doktrinalarına görə, “bizim dövlətimiz Kralın rəhbərliyi altında olan bir Respublikadır” (və ya Commonwealth). İttifaq Varşava Konfederasiyası adlı dini tolerantlıq doktrinasının təşəbbüsü ilə yaradılmışdır. İttifaqın öz parlamenti var idi. (Seym (Sejm); seçkilər hər nə qədər kral və zadəganlar tərəfindən məhdud şəkildə həyata keçirilsə və Pacta conventa adlı müqaviləyə əməl edilmiş olunsa belə).
“A Commonwealth of good counsaile” (Azərbaycan dilinə Yaxşı Şura Cəmiyyəti və ya Yaxşı Şura Birliyi kimi tərcümə etmək mümkündür) Polşa zadəgan və filosofu olan Vavriznik Qrzmala Qosliçkinin pol. Wawrzyniec Grzymała Goślicki yazdığı "De optimo senatore" (Yaxşı Senator haqqında) adlı əsərinin ingilis dilinə tərcümə edilmiş versiyasının başlığıdır. Qosliçki bu əsərində Polşa-Litva İttifaqının siyasi sistemində olan müxtəlif ideyaları təsvir etmişdir.
1914-1925-ci illər arasında Kataloniya İspaniyanın muxtar regionu idi. Kataloniya hökuməti ingilis dilinə tərcüməsi “commonwealth” (azərb. Cəmiyyət və ya azərb. Birlik) olan mancomunidad (katalonca: mancomunitat) adlanırdı. Kataloniya İcması məhdud səlahiyyətlərə malik idi və dörd Kataloniya şəhərinin federasiyası formasında birləşməsi nəticəsində yaradılmışdır. Məhz bu dövrdə Katalon dili institutları da yaradılmışdır.
1838-1847-ci illər arasında Liberiya rəsmi olaraq Liberiya Birliyi (Commonwealth of Liberia) adlandırılmışdır. 1847-ci ildə ABŞ-dan müstəqillik əldə edərək yeni konstitusiya tətbiq etdikdən sonra, yeni dövlət Liberiya Respublikası (Republic of Liberia) adlandırılmışdır.[9]
“Birlik” (ing. Commonwealth) formasında idarəetmə qaydası ilk dəfə altı federallaşdırılmış Avstraliya Kral koloniyasının 1891-ci ildə Sidneydə keçirilən Konstitusiya Konvensiyasından sonra təklif edilmişdir. Konstitusiyanın qəbulu respublikaçılıq ilə bərabər sayıldığına görə mübahisəli olsa da, bu vəziyyət sonralar konstitusiya ilə bağlı edilmiş olan əlavə və dəyişikliklərdə də, saxlanılmışdır. Bu termin ilk dəfə Avstraliyada federasiya administrasiyasının da təsis edildiyi 1901-ci ildə qəbul edilmiş Avstraliya Birliyinin Konstitusiya Aktına (ing. Commonwealth of Australia Constitution Act) daxil edilmişdir. Avstraliya hakimiyyətin federal (milli) və əyalət hökumətləri arasında bölündüyü federal sistemlə idarə olunur. Buna görə də, Avstraliyadakı şərtlər altında “Birlik” (ing. Commonwealth) deyildikdə federal hökumət nəzərdə tutulur və Avstraliya Birliyi (ing. Commonwealth of Australia) ölkənin rəsmi adıdır.
Baham adaları rəsmi olaraq "Baham adaları Birliyi" (ing. Commonwealth of The Bahamas) adından istifadə edir.
Kiçik Qəraib dövləti 1970-ci ildən bəri rəsmi olaraq Dominikan Birliyi (ing. Commonwealth of Dominica) adından istifadə edir.
ABŞ-da “Commonwealth” termini iki mənada istifadə olunur:
Dörd ştat rəsmi olaraq özünü “commonwealths” adlandırır. Bu dörd ştatın hamısı keçmiş koloniyalar və ya onların bir hissələri idi (Kentukki Virciniya koloniyasının bir hissəsi idi) və öz konstitusiyalarında və institutlarında bir çox ümumi müstəmləkə dövründən qalmış qanunlara malikdirlər. Bu dördü bunlardır:
"Commonwealth" eyni zamanda ABŞ-ın özünün dənizaşırı, birliyə qatılmamış əraziləri (unincorporated territory) ilə əlaqələrini təsvir etmək üçün istifadə olunur:
Əvvəllər Britaniya imperiyasının tərkibində olmuş 52 müstəqil ölkənin könüllü təşkilatı və ya konfederasiyasıdır. Cəmiyyətin üzvü olan dövlətlər həm monarxiya, həm də respublika formasında idarə olunan ölkələrdirlər. Cəmiyyətin rəhbəri eyni zamanda “Commonwealth realms” (azərb. Cəmiyyət səltənətləri və ya azərb. Birlik səltənətləri kimi tərcümə edilə bilər) adı altında 16 üzv ölkənin monarxı da olan Kral III Çarlzdır.[18]
Müstəqil Dövlətlər Birliyi keçmiş SSRİ-nin üzvü olmuş 15 ölkədən 10-nun üzv olduğu sərbəst bir ittifaq və ya konfederasiyadır. SSRİ-nin tərkibində olsa da, MDB-yə üzv olmayan 5 ölkə bunlardır: Türkmənistan (MDB-nin assosiativ üzvüdür), Litva, Latviya, Estoniya və Gürcüstan. Gürcüstan 2008-ci ilin avqustunda Rusiya ilə baş vermiş müharibədən sonra ittifaqı tərk etmişdr. MDB-nin yaradılması Sovetlərin dağılmasının bir göstəricisidir. Təşkilatın yaradılmasının rəsmi məqsədinin keçmiş sovet respublikaları ilə Rusiya arasında “mülki boşanmaya icazə vermək” olduğu sənədlərdə qeyd edilmişdir. MDB təşkilatın üzvü olan ölkələrin iqtisadiyyat, müdafiə və xarici siyasət sahələrində müştərək əməliyyatlar apara biləcəyi bir forum kimi meydana çıxmışdır.[19]
Leyboristlərdən olan deputat Toni Benn ing. Tony Benn Britaniya Birliyinin (ing. Commonwealth of Britain Bill) qanun layihəsini təqdim etmişdir. Bu qanun layihəsi 1991-2001-ci illər arasında bir neçə dəfə gündəmə gətirilmişdir. Məqsədi monarxiyanın ləğv edilməsi və bunun əvəzinə Britaniya Respublikasının yaradılması olan bu qanun layihəsi hətta ikinci oxunuşa çıxarılmadan ləğv edilmişdir.[20]
Our English word commonwealth or commonweal, is precisely analogous to respublica
You find in your reading other terms used to convey the same idea as "democracy" or "republic." The word "commonwealth" is one of them.
COMMONWEAL, or COMMONWEALTH ... a republic; a democracy.