Mircavad Cəfərov — Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan musiqiçisi, tar və ud ifaçısı, "Cəngi" estrada folklor ansamblının rəhbəri.[1][2] 9 may 2018-ci ildə[3], 10 may 2019-cu ildə[4], 7 may 2020-ci ildə[5] və 7 may 2021-ci ildə[6] Prezident Mükafatına layiq görülmüşdür.
Mircavad Cəfərov | |
---|---|
Doğum tarixi | 20 iyun 1965 (59 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | musiqiçi, ud ifaçısı[d] |
Mükafatları |
Mircavad Cəfərov 1965-ci il 20 iyun tarixində Salyan rayonunda anadan olmuşdur. 1974-cü ildə Salyan rayonunun 5 illik musiqi məktəbinin tar sinfinə daxil olmuş və 1979-cu ildə bu məktəbi uğurla bitirmişdir. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsinə daxil olmuş, Özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisası üzrə təhsil almağa başlamışdır, 1983-1985-ci illərdə Sovet ordusunda xidmət etmişdir. Hərbi xidmətini bitirdikdən sonra təhsilini davam etdirmiş 1988-ci ildə təhsilini tamamlamışdır.
Azərbaycan muğamının və milli cazının tanıdılmasında Mircavad Cəfərovun böyük xidmətləri olmuşdur. Bunun məntiqi nəticəsi olaraq, 2007-ci ildə Əməkdar artist, 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.[7]
Ailəlidir, 2 oğul övladı var.
Hələ universitet illərində Vaqif Gərayzadənin rəhbərliyi ilə caz-folklor ansamblında (1988-ci ildən etibarən ''Aypara'' caz folklor ansambIı) dəvət almış və peşəkar fəaliyyətə başlamışdır. ''Aypara'' qrupu ilə birlikdə 1988-ci ildə «Товарищ Песня!» (Moskva, Rusiya) festivalına qatılmış və laureatlardan biri olmuşdur. Bundan başqa, Tiflisdə,İrəvanda, Yuqoslaviyada keçirilən bir sıra müsabiqə və festivallarda iştirak etmişdir.
Ardından Azərbaycanın görkəmli ustad muğam ifaçıları Alim Qasımov, Səkinə İsmayılova, Ağaxan Abdullayevlə çalışmış, dünyanın bir çox ölkələrində Azərbaycan muğamını təbliği üçün keçirilmiş konsertlərdə uğurla çıxış etmişdir.
Səkinə İsmayılova ilə birlikdə 2000 və 2002-ci illərdə indiki Heydər Əliyev sarayındakı solo konsertlərdə, həmçinin Avstriya, Macarıstan, Rusiyada keçirilmiş konsertlərdə iştirak etmişdir.
Ağaxan Abdullayev ilə birlikdə Təbriz (İran), Paris (Fransa), Dubay (BƏƏ), Dağıstan muxtar respublikası, Moskva (Rusiya) kimi şəhərlərdə keçirilən konsertlərdə çıxış etmişdir. Bundan başqa, Zabit Nəbizadə ilə Moskva (Rusiya) Firuz Səxavət ilə Təbriz (İran) keçirilmiş konsertlərdə iştirak edib.
Cazla ilk tanışlığı Vaqif Gərayzadə ilə başlayan peşəkar fəaliyətinə təsadüf edir. 1990-cı ildə vaxtilə Rəşid Behbudov, Müslüm Maqomayev kimi sənətkarlarla işləmiş pianist Rövşən Rzayevlə əməkdaşlıq etmiəyə başlamışdır. 1999-ci ildən etibarən Salman Qəmbərovla əməkdaşlıq nəticəsində Paris (Fransa), Osnabruk (Almaniya) (Morgenland Festival Osnabrück), Montro (İsveçrə) (Montreaux Jazz Festival), London (İngiltərə) kimi şəhərlərdə keçirilən konsert və festivallarda Azərbaycan adına möhtəşəm çıxışlar edilmişdir.
Daha sonra Cəmil Əmirovla əməkdaşlıq nəticəsində Montro (İsveçrə) (Montreaux Jazz Festival) Bakı (Azərbaycan) (Baku Jazz Festival), Emil Əfrasiyab ilə Bakı (Azərbaycan) (Baku Jazz Festival), ABŞ, Almaniya, Rast qrupu ilə ABŞ, 2005-ci il 13 sentyabr tarixində Heydər Əliyev fondunun dəstəyi ilə Akademik Yusif Məmmədəliyevin 100 illik yubileyi ilə Fransanın paytaxtı Paris şəhərində konsert proqramı ilə çıxış etmişdir. [1] [2] , Elçin Şirinov ilə çalışdığı müddətdə Bakı (Azərbaycan) (Baku Jazz Festival), Almaniyada konsert proqramlarında iştirak etmişdir.
Qoçaq Əsgərov ilə əməkdaşlıq nəticəsində Hollandiya, Yunanıstan və İspaniyanın Madrid və Barselona şəhərlərində konsert proqramı ilə çıxış etmişdir.
2002-ci ildə Baki Şəhər Mədəniyyət İdarəsinin rəhbəri Həsənağa Qurbanovun təyinatı ilə Mircavad Cəfərov "Cəngi" ansamblına rəhbər vəzifəsinə təyin olunmuşdur. Fəaliyyətinin ilk illərindən başlayaraq ''Cəngi" rəqs qrupu ABŞ, Fransa, Serbiya, Macarıstan, Türkiyə, Ruminiya, Rusiya, Ukrayna, BƏƏ kimi ölkələrdə konsert proqramları ilə uğurlu çıxışlar etmişdir. 1994-cü ildə dəhşətli terror nəticəsində həyatını dəyişən ansamblın yaradıcısı Rafiq Babayev ənənələrinə sadiq qalaraq, onun vəfatindan 19 il sonra böyük zəhmət nəticəsində estrada folklor ansamblı yaratmışdır. Ansamblın ilk çıxışı 2013-cü ildə Baku Jazz Festivalında olmuşdur, ilk xarici səfər 2014-cü il 14 may tarixində Paris (Fransa) şəhərinə olmuşdur. Parisdə əzəmətli Oratoire du Louvre kilsəsində möhtəşəm konsert proqramı ilə çıxış etmişdir [3]. Ardından Norveç, Türkiyə, Fransa, Avstriya, Almaniya, Qazaxıstan, Rusiya, Gürcüstan, BƏƏ kimi ölkələrdə uğurlu çıxışlar etmişdir.
Azərbaycan
Bakı Beynəlxalq Caz Festivalı
Digər ölkələr
Montreaux Jazz Festival
Morgenland Festival Osnabrück
Məhşurlarla çıxışları
Sami Yusuf
10 mahnı və musiqilər ibarət musiqi albomu
Manana - Sevgilərin Qanadında
Brilliant Dadaşova - Səninləyəm
Brilliant Dadaşova - Azərbaycan
Samira Allahverdi - Sən
Musiqiçi ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |