Yeni Azərbaycan Partiyası Gənclər Birliyi — Yeni Azərbaycan Partiyasının strukturuna daxil olan məşvərətçi kollegial qurumdur.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi YAP GB | |
---|---|
Yaranma tarixi | 26 iyun 1995 |
Mərkəzi | Azərbaycan Respublikası, Bakı şəhəri, S.Senyuşkin küçəsi 26 |
Sədr | Bəxtiyar İslamov |
Yeni Azərbaycan Partiyasının gənclik qolu olan "Yeni Azərbaycan Partiyası Gənclər Birliyi" 1995-ci il 26 iyun tarixində yaradılmışdır. İlk sədri Siyavuş Novruzov olmuşdur. Daha sonra sədr Ramil Həsənov, ardınca isə Seymur Orucov olmuşdur. 11 mart 2021-ci ildə Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyevin təqdimatı əsasında Yeni Azərbaycan Partiyasının İdarə Heyəti tərəfindən Bəxtiyar İslamov Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri təyin olunmuşdur.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən qurumdur. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi mütəmadi olaraq sosial və ictimai bir çox layihələr həyata keçirir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi mütəmadi olaraq xeyriyəçiliklə məşğul olur: kimsəsiz uşaqlar evlərini və qocalar evlərini və aztəminatlı ailələri, müxtəlif dərəcəli əlilləri, Birinci və İkinci Qarabağ Müharibəsi qazilərini, şəhid ailələrini ziyarət edərək maddi və mənəvi dəstək verir.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinə "sədr" rəhbərlik edir. Sədrin 2 müavini olur. Azərbaycan Respublikasının hər rayonunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndəlikləri var, bu nümayəndəliklərin hər birinin sədri var.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvlərindən ibarət 5 komitə fəaliyyət göstərir
Bundan başqa Yeni Azərbaycan Partiyası Gənclər Birliyində 30 nəfərdən ibarət İdarə Heyəti faəliyyət göstərir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə əsasən, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri və müavinləri partiya sədrinin təqdimatı əsasında İdarə Heyəti tərəfindən təsdiq edilir.
11 mart 2021-ci il tarixində Bəxtiyar Qabil oğlu İslamov Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri, Sevinc Saleh qızı Qasımova və Fəsli Nəbi oğlu Nəbiyev sədrin müavini təyin olunublar. Eyni zamanda, 30 nəfər Yeni Azərbaycan Partiyası Gənclər Birliyi İdarə Heyətinin üzvü seçilib.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin qərargahı Bakı şəhəri , Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi 66-da yerləşir.