Molla Nəsrəddin satirik jurnal X cilddə

Molla Nəsrəddinsatirik jurnal X cilddə (1906 - 1931)[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

"Molla Nəsrəddin" jurnalı sonradan 1996 – 2010 – cu illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən latın qrafikası ilə 8 cilddə çap olunmuşdur. Hazırda oxuculara təqdim Mollanəsrəddinçilik jurnalının 10 cildlik nəşri geniş oxucu auditoriyasının, tədqiqatçıların, müəllimlərintələbələrin ehtiyaclarını tam yerinə yetirmək zərurətindən yaranmışdır. Bu qiymətli nəşr ədəbiyyatınincəsənətin, klassik ədəbi – mətbu irsin göstərilən dövlət qayğısının mühüm bir göstəricisidir. Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşr olunan "Molla Nəsrəddin" jurnalının çapı 10 cilddə nəzərdə tutulmuşdur. Birinci cildinə 1906 – cı ilin bütün sayları və 1907 – cı ilin ilk 40 sayı daxil edilmişdir.

Əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Geniş mənada türkmüsəlman dünyasında da "Molla Nəsrəddin" jurnalı ilə satirik mətbuatınədəbiyyatın, demokratik ictimai fikrin əsası qoyulmuş, bu sahələrin inkişafına ciddi təkan vermişdir. Şərq aləminə satira günəşi ilk dəfə "Molla Nəsrəddin"dən doğmuşdur. Məhkum Şərqin oyanışı, dirçəlişi və istiqlalı uğrunda geniş, sistemli və ardıcıl mübarizə "Molla Nəsrəddin" jurnalı ilə başlanmışdır.

Tədqiqi[redaktə | mənbəni redaktə et]

Azərbaycan humanitarictimai elmləri sahəsində mollanəsrəddinşunaslıq elmi istiqaməti formalaşmışdır. Azərbaycan ədəbiyyatşunaslarından Əli Nazim, Həbibulla Səmədzadə, Mirzə İbrahimov, Mir Cəlal, Əziz Şərif, Məmməd Cəfər cəfərov, Abbas Zamanov, Əziz Mirəhmədov, Qulam Məmmədli, Firudin Hüseynov, İslam Ağayev, Hüseyn İsrafilov, Əhəd Hüseynov, Ataxan Paşayev, Yəhya Əliyev, Allahverdi Məmmədli, Ramiz Qasımov, Aygün Orucova və başqaları Cəlil Məmmədquluzadənin həyat yaradıcılığının, mollanəsrəddinçi ədəbiyyatın tədqiqinə sanballı töhfələr vermişlər. Aktuallığı və əhəmiyyəti nəzərə alınmaqla müxtəlif vaxtlarda "Molla Nəsrəddin" jurnalının yenidən kirillatın əlifbaları ilə nəşrlərinin hazırlanması sahəsində addımlar atılmışdır. "Elm" nəşriyyatında 1988 – ci ildə jurnalın 1906 – 1907 – cı il nəşrləri əsasında "Molla Nəsrəddin"in kiril əlifbası ilə birinci cildi kitab halında çap olunmuşdur. On iki cilddə nəzərdə tutulan bu nəşrin sonrakı cildləri nəşr edilməmişdir.

Məzmunu[redaktə | mənbəni redaktə et]

Azərbaycan ədəbiyyatının və mətbuatının tarixində "Molla Nəsrəddin" jurnalı xüsusi ədəbi məktəb yaratmış ilk mətbuat orqanıdır. "Molla Nəsrəddin"in timsalında ilk dəfə idi ki, konkret bir mətbuat orqanının ətrafda cəmləşən yaradıcı qüvvələr əsasında müstəqil ədəbi məktəb formalaşırdı. Mollanəsrəddinçilik – daim hərəkətdə və inkişafda olan ədəbiyaşar ictimai fikir və ədəbiyyat təlimidir. Mollanəsrəddinçilik təlimi ilk növbədə "Molla Nəsrəddin" ədəbi məktəbinin, tənqidi realizmin nizamnaməsiəsasnaməsidir. "Molla Nəsrəddin" ədəbi məktəbi bir neçə istiqamətdə inkişaf etmiş, ədəbiyyatımıza, milli mədəniyyətimizə, mətbuatımıza və ictimai fikrimizə böyük sənət uğurları qazandırmışdır. Mollanəsrəddinçi satirik publisistika Azərbaycan ədəbi – ictimai fikrində müstəqil bit istiqamət kimi möhkəm yer tutmağa, ədəbiyyat və mətbuat tarixində yol açmağa layiq olan zəngin və kamil sənət nümünəsidir. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında tənqidi realizmin yaradıcısı və "Molla Nəsrəddin" ədəbi məktəbinin başçısı kimi böyük xidmət göstərmişdir. Azərbaycanda kiçik hekayənin və satirik publisistikanın meydana gəlməsi Cəlil Məmmədquluzadənin adı ilə bağlıdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Mollanəsrəddinşünaslığa dəyərli töhfə