Monteneqro coğrafiyası (mont. Црна Гора, Crna Gora) — Avropanın cənub-şərqində, Balkan yarımadasının Adriatik dənizi sahilində yerləşir. Ölkə öz adını ölkənin tarixi mərkəzi olan, Kotor körfəzinin sahilində yerləşən Lovçen dağlarından almışdır (1749 m)[1]
Monteneqro coğrafiyası | |
---|---|
Qitə | Avropa |
Region | Cənubi Avropa |
Koordinatlar | 42°30′ şm.e, 19°18′ şr.u |
Sahə |
|
Sahil xəttinin uzunluğu | 293,5 km |
Sərhədlər | 3736 km |
Ən yüksək nöqtə | 2 534 m Zla Kolata |
Ən alçaq nöqtə | 0 m Adriatik dənizi |
Ən böyük çay | 144 km Tara çayı |
Ən böyük göl | Şkoder gölü |
Vikianbarda əlaqəli mediafayllar |
Ölkənin quru sərhədlərinin uzunluğu 625 km-dir. Monteneqro qərbdən Xorvatiya (25 km), şimal-qərbdən Bosniya və Herseqovina (225 km), şimal-şərqdən Serbiya (124 km), şərqdən Kosovo (79 km), cənub-şərqdən Albaniya (172 km) ilə həmsərhəddir.[2] ilə sərhəddir.
Adriatik dənizində 293,5 km məsafədə sahil xəttinə sahibdir. Sahildən 12 dəniz mili isə onun ərazi sularıdır. Dənizdə 14 adaya sahibdir ki, onlarında ümumi sahəsi 15,6 km-dir. Ölkənin şimal-qərbində 87,3 km² sahəyə malik olan və qurunun 29,6 km daxilinə uzanan Kotor körfəzi vardır. Ölkənin cənubunda Traşte və Jukovas-Luka körfəzləri, həmçinin Trestena-Luka, Yazi-Luka və Mala-Luka körfəzləri vardır. Ölkənin əsas dəniz kurortları Budavn revera adlı sahil zolağında yerləşir.
Ölkə ərazisini 3 regiona bölmək olar: Dağlıq sistemdən ibarət olan şimal-şərq hissə, Adriatik dənizi sahili və Skador gölü ətrafında yerləşən düzən ərazi. Üçüncü regionda ölkənin iri iki şəhərləri olan Podqoritsa və Nikşiç yerləşir.
Ölkə ərazisinin böyük hissəsi Dinar dağları ərazisində yerləşir. Bu dağların ən hündür nöqtəsi olan Boqotov Kuk (2522 m) ölkə ərazisindədir. Ölkənin ən hündür zirvəsi olan Zla Kolata (2534 m) Prokletie dağları massivində yerləşir. Albaniya və Kosovo ilə sərhəddə Prokletie dağları (Şimali-Alban Alpları) uzanır. Buzlaşma dövründə Monteneqro ərazisində olan dağlar daha çox eroziyaya məruz qalmışdır. Ölkənin cənub-qərbində Monteneqro karst platosu yerləşir. Platonun orta hündürlüyü 900 metrdir. Maksimal hündürlüyü isə 1 800 m təşkil edir. Ön dağlığın ən alçaq hissəsi Zeta çayı vadisidir (450 m)[1]
Faydalı qazıntıları: Boksit, Mis, Qurğuşun, Duz.
Monteneqronun şimalı mülayim-kontinental, Adriatik dənizi sahilində isə aralıqdənizi iqlimi hakimdir. Sahil ərazisində yay davamlı, isti (23-25 °C) və kifayət qədər quru, qış isə qısa və yumşaq (+3-7 °C) və yağışlı keçir. Dağlıq ərazilərdə mülayim yay (19-25 °C) və soyuq qış müşahidə edilir (−10 - +5 °C). Yağıntılar qışda əsasən qar halında düşür.
Monteneqronundağlıq rayonları avropanın ən çox yağıntı alan hissələrindən biridir. Aralıq dənizi iqlimi hakim olan ərazilərdə yağıntı əsasən qış ayları, dağlıq ərazilərdə isə yay ayları düşür. Yağıntıların miqdarı 500 – 1500 mm arasında dəyişir. əsasən yağış halında düşür. Sahilə yaxın dağlarda yağıntının miqdarı 3000 mm-dir Kotor körfəzi sahilində yerləşən Srkvise şəhərində yağıntının orta illik miqdarı 5 100 mm-dir[1] Monteneqronun şimalında qar qatı 5 ay müddətində qalır. İldə günəşli saatların miqdarı: İqalo — 2386, Ulsin 2700.
İlin 7 ayı ərazidə dəniz suyunun temperaturu 12 - 26 °C arasında dəyişir. Dəniz suyunun şəfaflığı 35 metrdir.
Monteneqronun əsas özəlliklərindən biri onun sahil torpaqlarının qırmızı olmasıdır. Bu tip torpaqlarda dolomit və əhəng daşı üstünlük təşkil edir. Dağlıq ərazilərin əsas torpaq tipləri:Qonur dağ-meşə torpaqları və Podzol torpaqlar. Ölkənin şərq əraziləri meşə və ot bitkiləri ilə örtülmüşdşür[1]
Tarlaların ölkə ərazisinin 13,7 %, daima taxıl əkilən ərazilər isə 1 % (2005) təşkil edir. Suvarılan torpaqlar yoxdur (2003).[2]
Kotor rayonu ərazisində turizmin intensiv inkişafı ilə əlaqədar sahil sularının kirlənməsi göz qabağındadır[2]
Ölkə konsitutsiyasına görə «ekologiya dövləti» statusuna malikdir. Ölkə ərazisinin 8,1 %-ni qorunan ərazilər təşkil edir (o cümlədən Durmitor, Lovçen, Bioqrad dağı və Skadar gölü).