Muradtəpə, Bağavard və ya Yeğevard döyüşü — Səfəvi-Osmanlı müharibəsinin (1730-1736) son final döyüşü.
Muradtəpə döyüşü | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1730-1736) və Nadirin yürüşləri | |||
| |||
Tarix | 19 iyun 1735 | ||
Yeri | Muradtəpə kəndi, İrəvan[1][2] | ||
Səbəbi | Nadir xan Əfşarın Qafqazı Osmanlı imperiyasından geri alıb Səfəvi imperiyasına qaytarmaq istəyi. | ||
Nəticəsi | Müharibəni sonlandıran mütləq Səfəvi qələbəsi. | ||
Ərazi dəyişikliyi | Qafqazda hələ də müqavimət göstərən Osmanlı qarnizonları təslim oldu. Tiflis, İrəvan və Gəncə geri qaytarıldı. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Döyüşdə Qafqaz cəbhəsində Köprülü paşanın rəhbərliyi altında olan əsas Osmanlı qoşunu Nadirin ordusunun avanqard dəstəsi tərəfindən darmadağın edilmişdir. Döyüş zamanı avqandard dəstə ordunun əsas hissəsinin döyüşə gəlib çatmasına qədər artıq Osmanlı qoşununu tamamilə məğlub etmişdi. Köprülü paşanın tamamilə darmadağın edilməsindən sonra osmanlı qoşunu Qafqaz cəbhəsində yerləşən bir neçə qalada sığınacaq taba bildi. Bu qalalar Nadirin qoşunları tərəfindən mühasirə altında idi. Nadirin ən məşhur meydan döyüşü qələbələrindən biri olan Muradtəpə döyüşündə onun ordusu özündən 4-5 dəfə çox olan qoşunu məğlub edə bilmişdi. Bu döyüş də daxil olmaqla, onun Karnal, Damğan və Kərkük kimi döyüşlərdə qələbə qazanması ən güclü hərbi strateqlərdən biri kimi qiymətləndirilməsinə səbəb olmuşdur.[7][8]
Qafqaz cəbhəsi Mesopotomiya cəbhəsi ilə birlikdə Osmanlı-Səfəvi müharibəsinin əsas cərəyan etdiyi regionlardan biri idi. 1720-ci illərdə Səfəvi imperiyasının əfqan üsyanı nəticəsində faktiki olaraq devrilməsi Osmanlı imperiyasına nəinki Qafqazı, həmçinin İranın qərb bölgələrinə qədər yayması ilə nəticələnmişdi. Nadirin İranın qərbinə və Osmanlı hakimiyyəti altında olan İraqa hücumundan sonra imperiyanın qərb sərhədləri bir qədər təhlükəsiz vəziyyətə gətirildi. Lakin şimalda vəziyyət fərqli idi və görünürdü ki, İstanbul hökuməti Qafqazı öz hakimiyyəti altında saxlamaqda qərarlıdır. Osmanlı rəhbərliyi bunu həyata keçirmək üçün Qafqaza Köprülü paşanın komandanlığı altında yeni güclü ordu göndərmişdi.[5]
Nadir Dağıstana etdiyi ağır yürüşdən sonra istirahətə dayanmadan birbaşa Gəncəyə, Osmanlı qoşunu ilə döyüşə üz tutdu. 3 noyabr 1734-cü ildə Nadir Gəncə qalasına çatdı. O, bura gələrkən 1734-cü ilin avqustunda Şirvandakı üsyanı yatırmış və Şamaxını ələ keçirmişdi. Gəncə istehkamları Nadirə o qədər təsir etdi ki, o, qalanın mühasirədə saxlanılmasına qərar verdi. Ordusunun bir hissəsini mühasirədə saxlayaraq İrəvan və Tiflisi də mühasirəyə aldı. Nadirin yürüşlərinə cavab vermək üçün Osmanlı imperiyası Abdulla paşanı göndərdi. Onun ordusunda 50.000 süvari, 30.000 piyada var idi. İlkin mənbələrə görə isə. Osmanlı ordusu 120.000 nəfərdən ibarət olmuşdur.[9]
Nadiri Rusiya nümayəndəsi Qolitsin də müşayiət edirdi. Gəncəni uzun müddət mühasirədə saxlayan Nadir heç cür uğur qazana bilmirdi. Şəhəri güclü istehkam qurğularına sahibidi və şəhərdəki Osmanlı qarnizonu uzun müddət mühasirəyə tab gətirə biləcək ərzaq ehtiyatına və artilleriya texnikasına sahib idi. Şəhərə edilən hücumlar nəticəsiz qalırdı. Nadir hətta Gəncə çayının axın istiqamətini dəyişdirərək qala divarlarına yönləndirməsi də nəticə vermədi.
Nadirin qalanı təslim etmələri üçün müdafiəçilərə göndərdiyi məktub da nəticə vermədi. Nadir Osmanlı qarnizonuna şəhəri təslim edəcəkləri halda canlarının bağışlanacağı və sağ-salamat evlərinə getmələri üçün şərait yaradılacağını bildirirdi. Osmanlı qarnizonu isə bunu rədd etdi və yalnız sultanın əmri olacağı halda şəhəri boşaldacaqlarını bildirdilər.
Gəncə qalasının mühasirədə olduğu zaman Nadirin Rusiya ilə çox yaxşı münasibətləri var idi. 1934-cü ilin dekabr ayının sonunda Nadirin düşərgəsində olan knyaz Qolitsin Rusiya sarayının Bakı və Dərbəndi Nadirə təhvil vermək barəsindəki qəti qərarını açıqladı. Nadir bu xəbəri sevinclə qarşıladı. Rusiya adları çəkiləm şəhərlərin geri qaytarılmasını müəyyən şərtlər çərçivəsində həyata keçirmək istəyirdi. Bu şərt Bakı və Dərbəndin geri alınmasından sonra başqa bir ölkəyə, xüsusilə də Osmanlı dövlətinə verilməməsi öhdəliyi idi.[10]
Rusiya Gəncə qalasının mühasirəsinin də tezliklə başa çatdırılmasını istəyirdi. Gəncənin alınması və Osmanlı qüvvələrinin buradan qərbə doğru çıxışdırılması Rusiyanın maraqlarına cavab verirdi. Rusiya sarayı əmin idi ki, Gəncənin ardınca İrəvan, Naxçıvan və Tiflis də Osmanlı qüvvələrindən təmizlənəcəkdir. Ona görə Rusiya Nadirə mümkün yardımı da etməyə çalışırdı. 1735-ci ilin noyabrında Bakıda olan general Levaşov tərəfindən Nadirin düşərgəsinə bir istehkamçı zabit, yerli paltar geymiş 4 nəfər topçu və bir neçə ağır top göndərildi. lakin bunlar da qalanı almaq üçün kifayət olmadı.
Qaladakı Osmanlı qarnizonunun bu səviyyədə müqavimət göstərməsinin səbəblərindən biri də Osmanlı komadanı Abdulla paşa Köprülünün Qarsda olması idi. Abdulla paşa böyük qüvvə ilə Qarsda düşərgə salmışdı və bilinməyən səbəblərə görə Gəncəyə doğru hərəkət etmirdi. Gəncədəki Osmanlı qoşunu isə yaxın müddətdə onun köməyə gələcəyinə inanırdılar.
Abdulla paşa 1735-ci ilin əvvəllərində yürüşə başlamışdı. Onun yürüşə başlaması xəbəri Rusiya sarayında təşvişə səbəb olmuşdu. Buna görə də, Rusiya Rəşt müqaviləsinin ziddinə olaraq osmanlı qoşunu Qafqazdan çıxarılmamaış da Bakı və Dərbəndi Səfəvi dövlətinə verə biıəcəklərini bildirdilər və 1735-ci ilin mart ayında Rusiya ilə Səfəvi dövləti arasında Gəncə müqaviləsi imzalandı.[11]
Abdulla paşanın döyüşə girməməsi isə Gəncə qalasının mühasirəsini uzadırdı. Bu mühasirənin uzanması nə Nadiri, nə də ki, Gəncədəki Osmanlı qarnizonunu qane edirdi. Bu səbəbdən onlar öz nümayəndələrini Nadirin yanına göndərdilər. Onlar Nadirə qalannı mühasirəsini dayandırınb Abdulla paşanın üzərinə getməyini təklif edirdilər. Əgər Nadir qalib gələrdisə, qala boşaldılacaqdı. Abdulla paşa qalib gəlsə isə. qala Osmanlı qarnizonunda qalacaqdı. Nadir təklifi fikirləşdikdən sonra qəbul etdi və qərbə - Abdulla paşanın üzərinə yürüşə başladı.
Abdulla paşa ilə döyüş həlledici əhəmiyyətə sahib idi və ona görə də, Nadir Gəncə qalasının mühasirəsini dayandırmağı lazım bildi. Abdulla paşa üzərində qələbə əldə edildiyi halda tək Gəncədə deyil, Cənubi Qafqazdakı digər osmanlı qarnizonlarının da geri çəkilməkdən başqa çarəsi qalmayacaqdı. Amma Abdulla paşanın Qars qalasını tərk etməməsi Nadir üçün anlaşılmaz olaraq qalırdı. Osmanlı qoşunlarının oradan çıxmayacağı təqdirdə yenidən qala mühasirəsinə əl atılması isə Nadir üçün arzuolunmaz idi.[12]
Abdulla paşanı döyüşə sövq etmək və qaladan çıxarmaq üçün Nadir bir süvari alayını Qarsa tərəf göndərdi. Həmin alay qala ətrafındakı yaşayış məntəqələrini qarət etməli və bununla da Abdulla paşanın diqqətini özünə cəlb etməli idi. Amma Nadirin bu gedişi nəticə vermədi.
1735-ci ilin may ayında Nadir qoşunu ilə Gəncədən Qarsa doğru hərəkətə başladı. Gəncə qalasının mühasirəsinin davam etdirilməsi üçün bir dəstəni orada saxladı. Həmin dəstəyə Baba xan rəhbərlik edirdi. Dəstə 12 min nəfərdən ibarət idi. Bir dəstə də Şirvana göndərildi. Bu dəstə Şirvanı ləzgilərin hücumundan qorumalı idi. Nadir isə əsas qüvvələrlə Qarsa doğru irəliləməyə başladı.[13]
Abdulla paşanın və eləcə də Nadirin qarşı-qarşıya gələn qoşununun sayı barədə müxtəlif rəqəmlər mövcuddur. "Aləm Ara-ye Naderi"də Osmanlı qoşunlarının sayı 300 min nəfər, "Tarix-e Cahanqoşa-ye Naderi"də 20 min nəfər, tarixi ədəbiyyatda isə 80 min nəfər göstərilir. Nadirin qoşunlarının sayı isə Osmanlı qoşunundan ən azı iki dəfə az olduğu güman edilir.
Kiçik toqquşmalar xaric heç bir iri çaplı toqquşma baş vermədi. Nadirin cəhdlərinə baxmayaraq, Abdulla paşa qaladan çıxıb həlledici döyüşə girmədi. Nadir qərara gəldi ki, Qarsdan çəkilərək İrəvan qalasını mühasirəyə alsın. O, güman edirdi ki, belə olacağı halda Abdulla paşa onu təqib edəcəkdir. "Aləm Ara-ye Naderi"yə görə isə. Nadir Qars ətraflarında ərzaq tapmaqda çətinlik çəkmiş və İrəvana getməyə məcbur olmuşdur. Bu çəkilmə Abdulla paşa tərəfindən zəiflik əlaməti kimi qiymətləndirildi və o, Nadiri təqib etməyə başladı.[4]
Abdullanın sərkərdələrindən olan və Qars ətrafındakı toqquşmalarda Nadirə qarşı döyüşmüş Teymur paşa Nadir in ordusunu arxadan qorumaqla vəzifələndirilmiş Xanəli xan Kükəla və Əliqulu xan Əfşar tərəfindən pusquya düşürüldü və darmadağın edildi. Teymur paşa canını Qars qaçmaqla xilas edə bildi. Teymur paşanın məğlubiyyətindən sonra Abdulla paşa bütün orduya yürüş hazırlığı əmri verdi.[13]
Nadir Göyçə gölü ətrafında düşərgə salmışdı və Abdulla paaşnın onu təqib etməsi barədə xəbər də elə orada ona çatdırıldı. 1735-ci ilin iyun ayının 18-də İrəvan ətrafına yetişən tərəflər bir-birindən iki fərsəng məsafədə mövqe tutmuşdular.
Abdulla paşaya məlumat verildi ki, Nadir xanın ordusu cəmi 14 min nəfərdən ibarətdir. O, asanlıqla qələbə qazanacağını və hətta, Nadiri əsir tuta biləcəyini düşünürdü. Onun əmri ilə Zəngi çayı üzərindəki keçid toplarla qapadıldı.
Açıq meydanda döyüşün aparılması üçün Nadir öz qüvvələrini lazımınca qruplaşdırdı. Qoşunların sağ cinahını o, Əmiraslan xan Qırxlıya tapşırdı. Bu cinahda Əfşar, Mərv və Qacar döyüşçüləri döyüşməli idi. Sol cinaha isə Məhəmməd xan Əzadinli rəhbərlik edirdi. Xanəli xan və Məhəmməd bəy Qırxlı tabeliyində olan min nəfərlik dəstə ilə döyüş meydanına atılaraq aranı qızışdırmalı idilər. Abdulla paşa artilleriyadan geniş ölçüdə istifadə etmək istəyirdi. Buna görə də, topları iki dəstəyə böldü və həmin toplar Osmanlı ordusunun hücumunu müraciət etməli idi.[14]
Döyüşün əvvəlində Nadirin sərkərdəsi Yarbəy xanın rəhbərliyi altında olan topçular Osmanlılara güclü zərbələr vurmuşdu. Səhər açılan kimi Nadir 6 min nəfərlik cəzayirçi dəstəsini irəli çıxardı, bu dəstənin ardınca qumsal yüksəkliklərdə mövqe tutmuş olan sərkərdələr tabeçiliklərində olan qoşun dəstəsi ilə döyüş meydanına doğru irəlilədilər. Nadir özü də döyüşlərdə iştirak edirdi. Osmanlı hücumu dəf edildi və onlar geri çəkildi.
Bu hücumun ardıyca Teymur və Əkbər paşaların rəhbərlik etdiyi yeni Osmanlı hücumu reallaşdı. Nadirin qoşunu inadla müqavimət göstərsə də, Osmanlı qoşunu daim yeni qüvvələrlə təmin edilirdi. Nadir yavaş-yavaş geri çəkilmə əmri verdi və bu Osmanlı komandanlığı tərəfindən döyüş meydanından qaçma kimi qiymətləndirildi. Nadiri izləyən osmanlı ordusu müəyyən yerə çatdıqdan sonra Nadirin əmri ilə gizlədilmiş artilleriya qurğularından güclü atəşə məruz qaldılar. Osmanlı ordusunun cinahları güclü itkiyə məruz qaldı. Nadirin özü cəzayirçilər dəstəsi ilə Osmanlı sərəsgərinin, yüksəkliklərin birinin üzərində yerləşdirdiyi topların üzərinə hücum çəkdi, bir dəstəni isə sol tərəfdə yerləşdirilmiş artilleriya mövqeləri üzərinə göndərdi. Nadir yüksəklikdə qurulmuş Osmanlı toplarının hamısını ələ keçirdi və bununla öz qüvvələrinə qarşı tərəfdən yaradılmış artilleriya təhlükəsini qismən neytrallaşdırdı.
Tələyə salınmış Osmanlı ordusu çaşqınlıq içində qaçmağa başladı. Abdulla paşa qaçmağa çalışarkən atından yıxıldı və qaracurlu tayfasından Rüstəm adlı döyüşçü onun başını kəsərək Nadir xana verdi. "Aləm Ara-ye Naderi"də Abdulla paşanın qaracurlu Ağabəy tərəfindən öldürüldüyü bildirilir. Belə ki, Osmanlı xüsusi dəstəsi arasında bir nəfərin bahalı geyimi onun diqqətini cəlb edir və o, həmin şəxsi öldürüb başını kəsir. Kəsdiyi başı Nadirin yanına gətirərkən əsir Osmanlı əsgərləri meyidin kimə məxsus olduğunu deyirlər. Nadir Abdulla paşanın meyidini hörmətlə Qarsa dəfn olunmağa yola salır.[15]
Təxminən 5 saat davam edən əməliyyat nəticəsində xeyli sayda Osmanlı sərkərdəsi qətlə yetirilir. Qətlə yetirilənlər arasında Osmanlı sultanının kürəkəni və Diyarbəkir valisi Soltan Mustafa paşa da var idi. Nadir onnu da meyidini hörmətlə dəfn olunmaq üçün İrəvan qalasına göndərir.
Beləliklə, 1735-ci il iyunun 19-da İrəvan ətrafında keçirilən döyüş əməliyyatı Nadirin yeni bir tarixi qələbəsi ilə başa çatdı. Osmanlı qüvvələrinə ağır zərbə endirildi və bu qələbə ilə əslində Nadir Cənubi Qafqazın nəzarət altına alınmasını təmin etdi.
Murattəpə döyüşü başa çatdıqdan sonra Nadir diqqətini yenə Cənubi Qafqazdakı böyük şəhər-qalaların - Gəncə, Tiflis və İrəvanın Osmanlı qüvvələri tərəfindən boşaldılması üzərinə cəmlədi. Həmin şəhərlərə əsir Osmanlı əsgərləri göndərildi və onlara tapşırıldı ki, Abdulla paşanın aqibəti barədə öz yoldaşlarına məlumat versinlər. Bütün qarnizonlardan şəhərləri təslim etmək tələb edildi. Qarnizon rəisləri bir neçə gün möhlət istədilər. Çünki onların şəhərləri təhvil vermə səlahiyyətləri yox idi. Nadir isə Qars qalasına doğru irəliləyib, şəhəri mühasirəyə aldı. Sonda gəlinən razılığa əsasən osmanlı dövləti Qarsın mühasirəsinin qaldırılması qarşılığında şəhərləri təhvil verəcəyini bildirdi. Nəticədə, 1735-ci il iyulun 9-da Gəncə, aqustun 12-də Tiflis və oktyabrın 3-də İrəvan Osmanlı qüvvələri tərəfindən tərk edildi.
Nadir bununla da, Osmanlı ilə yeni bir müharibəni də uğurla sonlandırdı. Razılaşmaya görə imperiyanın qərb sərhədləri Gürcüstandan keçməklə Qara dəniz sahili, Ağrı dağı, Kürdüstan dağları və Zaqros xətti üzrə keçməklə İran körfəzinə çıxırdı. Həmçinin, Nadir öz qoşunlarını Bağdad ətrafından geri çəkməli idi.[16]
Osmanlı imperiyasının Nadir tərəfindən ağır formada məğlub edilməsi Rusiyanın cəsarətlənməsinə səbəb oldu. Rusiya Krım tatarlarının Abdulla paşanın qoşununa qoşularkən Qara dəniz sahillərində Rusiyanın sərhədlərini pozmasını bəhanə edərək osmanlı imperiyasına müharibə elan etdi və Azovu işğal etdi. Avstriya da bu fürsətdən istifadə etməyə qərar verdi. Lakin onlar rus müttəfiqləri kimi uğur qazana bilmədilər və Qorçka döyüşündə çox ağır formada məğlub edildilər.
Özünün ən uğurlu yürüşündən sonra Nadir bir müddət yeni ələ keçirdiyi şəhərlərə yeni valilər təyin etməklə məşğul oldu və bundan sonra şimaldakı ləzgilər üzərinə yürüşünə başladı. Bu zaman Abdulla paşanın ordusuna qoşulmaq üçün Krımdan gələn tatar ordusu geri təcili formada qayıtdı. Ləzgilər uca dağlarda yaşayırdılar və qış ayı olmasına görə bu dağlar qalın qarla örtülmüşdü. 1735-1736-cı illərin qışında həyata keçirilən əməliyyatlar zamanı Nadir bir daha hərbi bacarıqlarını sübut etdi. Ləzgilərin lideri 1736-cı ildə məğlub edildi və avarların yanına qaçdı. Nadir isə Qafqazda sülhü təmin etdikdən sonra geri qayıtdı və bir müddət sonra Səfəvi şahını devirib özünü şah elan etdi.[17]