Nəsli kəsilməkdə olan bitkilər

Nəsli kəsilməkdə olan bitkilər-Böyük Qafqazın şimal-şərq hissəsinin- Azərbaycan Respublikasının Qırmızı kitabına adları düşmüş bitkilər.

Adi nar (lat. Punica granatum L.) - nadir, təbii sahələrdə miqdarı azalan relikt növdür. Quraq yamaclarda, çay vadilərində bitir. Siyəzən rayonunun Məsrif kəndi və Beşbarmaq dağı ərazilərində rast gəlinir.

Alp vudsiyası (lat. Woodsia alpiba Gray) Çox nadir növ olub arkto-alp reliktidir. Yuxarı dağlıq və alp qurşaqlarında, qaya çatlarında və kölgələrində, daşlı və qayalı yerlərdə bitir. Quba rayonunun Xınaqlıq kəndi ətrafında yayılmışdır.

Ağıriyli ardıc

[redaktə | mənbəni redaktə et]

Ağıriyli ardıc (lat. Cuniperus fhetidissima Willd) nadir növ olub, dəniz səviyyəsindən 1000 m yüksəkliyə qədər aşağı və orta dağlıq qurşaqların daşlı-qayalı, quru yamaclarında bitərək Quba rayonunun Xaltan kəndi ətrafında yayılmışdır.

Azərbaycan ağgülü

[redaktə | mənbəni redaktə et]

Azərbaycan ağgülü (lat. Rosa azerbacdzhanica Novopokr et Rzazade) Azərbaycanın nadir endemik növü olub orta dağlıq qurşağın daşlı, çınqıllı yamaclarında bitir. Göstərilən Quba rayonunun Atuc kəndi ətrafında rast gəlinir.

Barmaqvarı qovqaç

[redaktə | mənbəni redaktə et]

Barmaqvarı qovqaç (lat. Pseudovesicaria digitata C.A.Mey.Rupr) Alp qurşağının çınqıllı və daşlı yamaclarında bitərək Qafqazın nadir az öyrənilmiş və endemik növüdür. Quba rayonunun Xınalıq və Dərk kəndləri ətrafında, Qusar rayonunda Tufandağın cənub-qərb hissəsində yayılmışdır.

Biberşteyn dağlaləsi

[redaktə | mənbəni redaktə et]

Biberşteyn dağlaləsi (lat. Tulipa Biebersteiniana Schult) Arealı tükənən növ olub quru otlu yamac və kolluqlarda bitir. Samur-Dəvəçi ovalığında yayılıb.

Çoxillik bitkidir. Soğanağı 1-2 sm diametrdə, uzunsov-yumurtavari, tünd-qonur və ya qara-qonur qınla örtülmüşdür. Gövdəsi düz, silindrik, çılpaq, 15-30 sm hündürlükdədir. Yarpaqları çılpaq, xətvari, aşağıdakılar daha çox enli, enli-xətvari və ya uzunsovlansetvaridir. Çiçəkləri tək, 2,5-3,5 sm uzunluqdadır. Çiçəkyanlığının yarpaqcıqları sarı, iti, az və ya çox sivri, lansetvari, xarici tərəfdə bənövşəyi ləkəli, daxildə uzunsovyumurtavari, əsası kirpikciklidir. Erkəkciklər çiçəkyanlığından nisbətən qısadır; tozcuğu 2-3 dəfə erkəkcik sapından qısadır. Qutucuq 1,5-2,5 sm uzunluqdadır. BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Otlaqlarda, əkinlərdə, quru-otlu yamaclarda və kolluqlarda bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.[1]

Fır-fır səhləb

[redaktə | mənbəni redaktə et]

Fır-fır səhləb (lat. Orchis purpurea Huds) Nadir bitki növü olub orta dağlıq qurşağa kimi kolluqlarda, meşədə, meşə talalarında rast gəlinir. Quba şəhəri və rayonun Qonaqkənd qəsəbəsi ətrafınd, Qusar şəhəri ətrafında rast gəlinir.

Giləmeyvəli qaraçöhrə

[redaktə | mənbəni redaktə et]

Giləmeyvəli qaraçöhrə (lat. Taxus baccta L.) Nadir relikt bitki növü olub, dəniz səviyyəsindən 1900 m yüksəkliyə kimi fıstıq-vələs meşələrində meşəaltı kimi, müxtəlif fıstıq meşə tiplərində təsadüf edilir. Quba, Altıağac, Qusar və Şabran rayonlarının fıstıq meşələrində rast gəlinir.

İriyarpaq kövrək mürdəşər

[redaktə | mənbəni redaktə et]

İriyarpaq kövrək mürdəşər (lat. Frangula grandifolia Fisch.et Mey.) Nadir relikt növ olub, orta dağlıq qurşağa qədər olan sahələrdə, çay sahillərində və dərələr boyunca, enliyarpaqlı meşələrdə, açıqlıq sahələrdə, meşə çətiri altında, istisevən torpağa tələbkar növdür. Keçmiş SSR məkanında, ancaq Azərbaycanda yayılmışdır. Qusar rayonunun Kalunxur kəndi yaxınlığında Samurçay vadisi ərazilərndə yayılmışdır.

Kox şamı (lat. Pinus kochiana Klotz.ex C.Koch.(P.hamata Stev.) Sosn) . Nadir Qafqaz növü olub, dəniz səviyyəsindən 1800–2000 m yüksəklikdə daşlı qayalı sahələrdə bitir. Subalp qurşaqda reqresiv yamaclarda edifikator olmaqla yanaşı, çılpaqlaşan ərazilərin pioneridir. Qusar rayonunun Quzun kəndi ətrafında yayılmışdır.

Kuznetsov söyüdü

[redaktə | mənbəni redaktə et]

Kuznetsov söyüdü (lat. Salix Kuznetzowii Laksch.Ex Goerz) Qafqazın endemik nadir bitki növü olub, meşə qurşağının yuxarı hissəsində, subalp və qismən də alp qurşaqlarındakı kolluqlarda, daşlar arasında, seyrək meşələrdə bitir. Quba rayonu Qudyalçayın başlanğıc əraziləridə, Qusar rayonunda Laza və Şahdağ silsiləsi arasında bitir.

Qafqaz xanımotu

[redaktə | mənbəni redaktə et]

Qafqaz xanımotu (lat. Atropa caucasica kreyer) Nadir Avropa mənşəli növ olub, fıstıq meşəliyində, meşə talalarında, yol kənarında, dərələrdə, dağ çayı yataqlarında bitir. Qusar şəhəri ətrafında bu növə rast gəlinir.

Qafqaz xədicəgülü

[redaktə | mənbəni redaktə et]

Qafqaz xədicəgülü (lat. Galanthus caucasicus (Baker), A.Grossh) Arealı azalmaqda olan nadir növ olub, meşələrin nisbətən açıq hissələrində, və kənarlarında, ağac və kolların ətrafında bitərək, Quba rayonunun Rustov, Dəvəçi rayonunun Mumlu kəndi ətrafında rast gəlinir.

Qafqaz qaş səhləbi

[redaktə | mənbəni redaktə et]

Qafqaz qaş səhləbi (lat. Ophrys caucasica Woronow ex Grossh) Nadir Qafqaz növü olub, orta dağlıq qurşağın qayalıqları arasında otlu yamaclarda meşə kənarında kolluqlarda bitir.

Qəşəng qayışləçək

[redaktə | mənbəni redaktə et]

Qəşəng qayışləçək (lat. Himanthoglossum formosum (Stev.)C.Koch) Nadir Qafqaz endem növü olub, meşə kənarında aşağı dağlıq qurşağın kolluqları arasında bitərək, Qusar şəhəri ətrafında rast gəlinir.

Qırmızı tubulqa

[redaktə | mənbəni redaktə et]

Qırmızı tubulqa (lat. Pyracantha coccinea Roem) Şərqi Aralıq dənizi sahillərinə məxsus nadir növdür. Çayboyu çınqıllıqlarda, seyrək meşələrdə, kolluqlarda, dəniz səviyyəsindən 1800 m-ə qədər daşlı yamaclarda rast gəlinir. Qusar rayonunda Qusarçay boyu yayılmışdır.

Quba gəvəni (lat. Astragalus kubensis Grossh) Ölkəmizin nadir və məhdud endem növü olub, alp çəmənliklərində və cənub yamaclarının otlaqlarında yayılmışdır.Quba rayonu Qırız kəndi ətrafında rast gəlinir.

Qusar gülxətmisi

[redaktə | mənbəni redaktə et]

Qusar gülxətmisi (lat. Alcea kusariensis İlcin) Azərbaycanın yoxa çıxmaqda olan endem növü olub, aşağı dağlıq qurşağın kolluqlarında, meşə kənarları və talalarda bitir. Göstərilən ərazidə Qusar şəhəri, Quba rayonunun Çimi kəndi ətrafında yayılmışdır.

Laqodex acıçiçəyi

[redaktə | mənbəni redaktə et]

Laqodex acıçiçəyi (lat. Gentiana lagodechiana (Kusn.) Grossh) Az öyrənilmiş nadir endem növü olub, alp qurşağında qayaların rütubətli sahələrində rast gəlinir. Quba rayonunun Xınalıq kəndi ərazisində yayılmışdır.

Meşə üzümü

[redaktə | mənbəni redaktə et]

Meşə üzümü (lat. Vitis silvestris Gmel) Arealı azalmaqda olan nadir olub, çay subasarları və düzən meşələrində rast gəlinir. Göstərilən ərazidə Quba rayonunun Alpan kəndi ərazisində və Yalama meşəsində yayılmışdır.

Sarı şternbergiya

[redaktə | mənbəni redaktə et]

Sarı şternbergiya (lat. Sternbergiya lutea (L)Spreng) Aşağı dağlıq qurşağın quru yamaclarınad bitərək, göstərilən ərazidə Xaçmaz rayonu Samurçayı mənsəbində yayılmışdır.

Pastuxov daşsarmaşığı

[redaktə | mənbəni redaktə et]

Pastuxov daşsarmaşığı (lat. Hedera Pastuchowii) Ovalıqdan başlamış orta dağlıq qurşağına qədər olan ərazidə meşələrdə, əsasən açıqlıq və talalarda torpaqboyu sürünməyərək ağaclara sarmaşmış şəkildə rast gəlinən bu bitki nadir relikt növ olub, Quba və Xaçmaz rayonları ərazilərində yayılmışdır.

Parlaq kladotexa

[redaktə | mənbəni redaktə et]

Parlaq kladotexa (lat. Cladochaeta candidissima (Bieb) DC.) Qafqazın endem növü olub, ovalıqdan subalp qurşağına kimi çay kənarı çınqıllıqda və dəniz sahili qumluqda rast gəlinən Qubanın Qonaqkənd, Xaltan və Yerfi kəndləri ətrafında yayılmışdır.

Radde tozağacı

[redaktə | mənbəni redaktə et]

Radde tozağacı (lat. Betula Raddeana Trautv) Nadir, relikt və endem növ olan bu bitki subalp qurşağının aşağı hissəsində dəniz səviyyəsindən 1500–2100 m yüksəklikdə karbonatlı dağ süxurları əmələ gələn meşələrdə yayılaraq, Quba rayonunun Susay kəndi, Qusar rayonunun Kuzun və Ləzə kəndlərində rast gəlinir.

Sosnovski ağgülü

[redaktə | mənbəni redaktə et]

Sosnovski ağgülü (lat. Rosa Sosnowskyi chr-shan) Azərbaycanın endem növü olub, dağətəyi sahələrdə yemişanlı quru yamaclarda bitərək, Qusarın Çiləgir kəndi ətrafında yayılmışdır.

Şamaxı tıs-tısı

[redaktə | mənbəni redaktə et]

Şamaxı tıs-tısı (lat. Acantholimon schemachense Grossh) Azərbaycanın məhdud endem növüdür. Aşağı dağ qurşağının quru, daşlı yamaclarında bitir. Şabran rayonunda Ərəblər, Gülə, Siyəzən rayonunun Daşlı, Çalğan kəndləri ətrafında rast gəlinir.

Torlu süsən (lat. İris reticulata Bieb) Otlu, daşlı və çınqıllı yamaclarda yayılmış, ölkəmizdə az rast gəlinən bitkidir. Xaçmaz rayonunun Qusarçay kəndində rast gəlinir.

Uzunyarpaq tozbaş səhləb

[redaktə | mənbəni redaktə et]

Uzunyarpaq tozbaş səhləb (lat. Cephalanthera longifolia (L) Fritsch) Arealı kiçilməkdə olan, az rast gəlinən növ olub, aşağı və orta dağlıq qurşaqların meşələri və kol pöhrəliklərində yayılmışdır. Xaçmaz rayonunun Qusarçay və Dədəli kəndləri ətrafında yayılmışdır.

Yuliya dağlaləsi

[redaktə | mənbəni redaktə et]

Yuliya dağlaləsi (lat. Tulipa culia C.Koch) Şimali İran mənşəli nadir növ olub. Siyəzən rayonunun Soğulcanlı kəndi ətrafında quru əhəngli və xaçmazda bitir

Eyxler dağlaləsi

[redaktə | mənbəni redaktə et]

Eyxler dağlaləsi (lat. Tulipa eichler Begel) Samur-Dəvəçi düzənliyində step yaylada kolluqların və otlaqların tərkibində yayılıb.[2]

  1. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  2. K.S.Əsədov, F.M.Məmmədov, S.Ə.Sadıxova,Böyük Qafqazın şimal-şərq hissəsinin dendroflorası və meşələri, Bakı:2008, səh 258-262

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]