Atuc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Atuc | |
---|---|
41°06′41″ şm. e. 48°36′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimik tədqiqatlarda bu oykonim belə izah olunur: Atuc mənbələrdə və bəzi müasir türk dillərində rast gəlinən "iki arx arası əkin sahəsi", "suvarma üçün ayrılan lək və ya şum sahəsi" mənalı "atız" sözünün "c" dialekt variantını əks etdirir. Yaşayış məntəqəsi XIX əsrdə Qonaqkənddən gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır.[1]
Kənd Baş Qafqaz silsiləsinin yamacında yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 19 nəfər əhali yaşayır. Əhalisi tatlardır.[2]
Quba rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |