Nancy7 (albom)

Nensi Ajramın yüksək kommersiya qoyulmuş və böyük uğura imza atmış yeni "Nancy7" albomu 6 Sentyabr 2010-cu ildə çıxdı. 7-ci studiya albomu "Nancy7" onun daha öncəki işlərinin davamı olaraq, onu bütün zamanların ən uğurlu qadın Ərəb sənətçilərindən biri etmişdir. Albom Rəqs, Texno və R&B də daxil olmaqla müxtəlif səs və janrlarla zəngin idi. Digər tərəfdən isə Nensinin neçə illər ərzində davam etdiyi MisirLivan rəqs-xalq musiqisini özündə birləşdirirdi. Tənqidçilər bu alboma müsbət yanaşaraq, daha müasir və dünya səviyyəsində olan səslərdən istifadə olunduğunu qeyd edirdilər. Bu xüsusiyyət isə bu səslərlə yerli musiqinin və 90-cı illərin Ərəb mövzularının birləşməsinə imkan yaradır.
Mahnıların mətnlərində Nensinin daha öncəki işlərində olduğu kimi sevgidən, heyranlıqdan, kədərdən və münasibətlərdən danışılır. Bundan əlavə, digər mahnılar həyat, uşaqlıq və ailə haqqında dərin duyğuları bildirir.
Aparıcı sinql olan "Fi hagat" (Bəzi şeylər var) əsas reklam mahnısı olaraq buraxılan ilk mahnı idi. O, bir neçə Ərəb hit-paradlarında ilk pilləni tutdu, onlardan ən əsası da HitMarker idi. Bu mahnı ard-arda 15 həftə həmin siyahıda qalib olaraq qaldı ki, bu, hit-paradın tarixində bu qədər müddət qalib olan ilk mahnı idi.
Albom ikinci sinql olan "Sheikh el Shabab" (Gənclərin şeyxi) ilə rekordları qırmağa davam edirdi. Bu mahnı "Fi hagat"-in yerini tutaraq hit-paradlarda 1-ciliyi əldə etmişdir. Albomun 3-cü sinqlı "Ya Kether" idi. 4-cü və sonuncu sinql isə “Men ely ma ando” idi. Albom 2013-cü ilin İyun ayına qədər bütün dünyada 5 milyondan çox nüsxə ilə satıldı.

Nancy7
Nensi Acram tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 6 Sentyabr 2010
Yazılma tarixi 2008-2010
Janr Dünya musiqisi
Müddət 60:06
Leybl In2Musica, Arabica Music
Prodüser Jiji Lamara

Albomun buraxılışı:

[redaktə | mənbəni redaktə et]

Nensi 2009-cu il Ramazan ayında "Akid Akid Maestro" verilişində "Sallemooly 3aleih" və "Sheikh el Shabab" mahnılarından bir hissə oxuyaraq albomdan ilk ipucuları verdi. İlk mahnı "Sallemooly 3aleih'" albomdan çıxarılaraq, 2010-cu ildə Yeni İl ərəfəsində sinql şəklində buraxıldı və Ərəb radio stansiyaları arasında çox böyük uğur qazandı. Bu, Nensinin misirli prodüser və bu albomdan 3 mahnını aranjeman edən Tamim ilə ilk əməkdaşlığı idi. Daha sonra Nensi valideynlərinə və övladına olan münasibətlərinə aid "Hekayet el deni" (Həyat hekayələri) mahnısını oxuyacağını elan etdi. Bu mahnının öncəki adı "Ghafwet Eini" idi. Daha öncə "Assly" adı ilə tanınan "Bayyaa' we Shater" mahnısı haqqında xəbərlər öncədən elan olundu. Deyilənlərə görə, albom "Bel Hadawa" adlanmışdı ki, bu da albomun aparıcı sinqlı olmalı idi. Bir halda ki, bu mahnı albomun çıxmasından bir neçə ay öncə qeyri-rəsmi olaraq internetə sızmışdı və aparıcı sinql olması dəyişdirilmişdi. Zahi Wehbinin "Khaleek Bel Beit" verilişində Nensi buna açıqlama vermişdi:
Mənim albomum özündə bir çox yeni dəyişiklikləri birləşdirəcək. Albomda lirik məzmun baxımından daha ciddi mahnılar, ümumiyyətlə isə müasir və ənənəvi səslərlə daha sakit mahnılar olacaq. Bundan əlavə, sevənlərimin daha çox sevdiyi ritmli və optimist mahnılarımla həmişəki eyniliyə sadiq qalacam.
Əvvəlcə, deyilənə görə albomun adı "Bel Hadawa"-dan "Einy Aleik"-ə dəyişildi. Bir halda ki, albom çıxmazdan bir neçə həftə öncə elan olundu ki, Nensinin karyerasında 7-ci studiya albomu olması ilə əlaqədar olaraq, bu albomun adı "7" qoyulsun.
Albomun 2010-cu il yayın əvvəli buraxılması öncədən planlaşdırılmışdı. Lakin Nensinin 2010 FIFA Dünya Kuboku layihəsinin Yaxın Şərq versiyasının rəsmi mahnısını oxuması, eləcə də İslamın müqəddəs ayı Ramazanla əlaqədar olaraq, albomun buraxılması Sentyabrın əvvəllərinə təxirə salındı. Son olaraq buraxılış tarixi 6 Sentyabr elan olundu, albomun reklamı üçün 6 mahnı yerli ərəb stansiyalarına paylanıldı. Eləcə də Nensi Ajramın rəsmi Facebook səhifəsində elan verildi. Nensi albomunu, əsasən, online olaraq, yəni rəsmi internet saytı və Facebook səhifəsi vasitəsilə reklam etdi ki, bu, ən böyük ərəb səhifəsi idi. Bütün albom artıq Sentyabrın 2-də internetə sızaraq onlarla forumda yüklənməyə açıq vəziyyətə gəldi və şirkət təsadüfən albomun buraxılmasını həmin günə elan etdi.

Tərkibi və musiqi üslubları:

[redaktə | mənbəni redaktə et]

Tarek Madkour Nensinin öncəki albomundakı rok/yumşaq rok olan işlərindən fərqli olaraq, bu albomdan Misirin Maksoum janrından olan 2 mahnını aranjeman etmişdir. "Bayyaa' We Shater" mahnısı bu albomda Nensinin daha öncəki albomunda olan "Mogabah" və "Ashtiki Menno" adlı maksoum tərzində olan mahnılarının ən yaxşı davamı sayılır. Bəstəkar Mahmoud Khiaminin Nensi üçün təqdim etdiyi bu tərz onun öncəki albomundan olan "Wana bin edik" yumşaq balladasından fərqlənirdi. "Belhadawa" Madkourun bu albomdakı ikinci, daha ənənəvi və 80-ci illərin təsiri ilə yazılan mahnısı idi. Ancaq sözləri cəhətdən daha ciddi xarakter daşıyan bu mahnı "Bayaa We Shater" mahnısı ilə müqayisədə daha az diqqət cəlb etdi.
Bu, Nensinin ilk çox satılan albomu idi ki, ona Samir Sfeir ilə Tarek Madkour əməkdaşlığı daxil deyildi. Samir Sfeir bu alboma 3 mükəmməl mahnı bəxş etdi ki, hər biri ayrılıqda albom üçün çox özəl idi. "Men Ely Ma Ando" 70-ci illərin Qərb disko musiqisi janrında olmaqla, Nensi üçün tamamən yeni bir tərz idi. Mahnı, bir insan həyatının gəncliyi və sevgisində olan elementlərin vacibliyi haqda danışır. "Ya kethar" Samir Sferin "Ah W Noss" albomundan olan "La teloum" mahnısından sonra Nensi üçün yazdığı ikinci Khaleeji (körfəz) ləhcəsində olan mahnısı idi. Albom çıxmazdan öncə Nensi bu Khaleeji mahnısının hit olacağına əminliyini bildirmişdi. Doğrudan da bu mahnı Nensinin 2006-cı ildəki "Meshtaga leik" Khaleeji mahnısından sonra ən çox müsbət fikirlər alan mahnı oldu. Samir Sfeirin sonuncu mahnısı "Hekayet el deni" öncəki sevgi mahnılarından mövzusuna görə çox fərqli idi. Bu təsirli mahnı Nensinin validyenləri ilə münasibətlərinə və xüsusən də, özü ana olduqdan sonra bu istiqamətdə olan səylərini necə yüksək dəyərləndirməsinə aid idi.
Mohammed Rahim bu albom üçün 3 mahnı bəstələmişdi. "Fi hagat" albomun aparıcı sinqlı olub, dəyər verilməyən sevgilinin duyğuları haqda olan kədərli mahnıdır. Rahim bundan əlavə, bu albom üçün sadə 2 Misir mahnısı da yazdı. Onlardan biri "Ok", digəri isə "Einy Aleik" idi ki, deyilənə görə əvvəllər albomun başlıq mahnısı olaraq seçilmişdi. Bu mahnıların hər ikisi Nensinin müasir Misir musiqisini daha dərindən kəşf etdiyini göstərir. Walid Saad öncə Nensi Ajrama 3 mahnı təqdim etdi, onlardan biri, yəni "Sallemouly aleih" albomdan çıxarılaraq, bir neçə ay öncə sinqlı olaraq buraxıldı. Onun kədərli latın balladalarını xatırladan "Emta Hashoufak" mahnısı Nensi üçün tamamən yeni bir tərz idi. "Kol Ma Tedy" mahnısı isə amerikan müğənni və aktrisası Cher-in "The Music's No Good Without You" mahnısından nümunə olaraq götürülmüşdü.
"Sheikh al shabab" mahnısı hələ albom çıxmazdan öncə Nensi fanatlarının sevimli mahnısı oldu. Belə ki, Nensi bir televiziya şousunda bu mahnıdan bir hissə oxumuşdu. Salim Salamanın yazdığı "Sheikh el shabab" mahnısı Nensinin Salama tərəfindən daha öncə də yazılmış Livan pop janrında olan "Mashy haddy" və "Ehsas gedid" hitlərinin davamı idi.

N7 albomunun reklam kampaniyaları çox geniş idi: 2010-cu il Avqustun sonlarından etibarən LivanMisir şəhərlərinin küçələri albomun örtük şəkli olan reklam lövhələri ilə doldurulmuşdu. Daha öncə Nensinin rəsmi facebook səhifəsində təqdim olunan "Fi hagat" klipinin 16 saniyəlik fraqmentini artıq televiziya kanalları da yayımladı.

Alboma dəstək üçün Nensi 2011-ci il ərəb ölkələrinə olan turu zamanı müxtəlif verilişlərdə iştirak etmişdir. Nensi yeni albomu üçün yayda dünya turuna başlamağı düşünürdü, ancaq ikinci övladına hamiləliyi bir çox səfərlərin və verilişlərin təxirə salınmasına səbəb oldu.

Bu albomun sinqlları Nensinin daha öncəki sinqllarından tərzinə görə kifayət qədər fərqlənirdi. Nensi həmçinin rəsmi facebook səhifəsində fanatlarından bu albomda onların ən sevdiyi mahnıların hansılar olduğunu öyrənmək üçün sorğu keçirmişdi.

  • "Fi Hagat" aparıcı sinq olaraq seçilmişdi. Klip Nadine Labaki tərəfindən çəkilmişdir. Bu, onun 4 illik fasilədən sonrakı ilk klip işi idi. "Fi hagat" klipi Nensinin dəyər verilməyən sevgili olması duyğularını gizlədirdi. Bu klip Nadinenin öncəki işi "Lawn Ouyounak" hitini davam etdirirdi. Klip, albomun çıxmasından öncə Nensinin rəsmi facebook səhifəsində 16 saniyəlik fraqmentlə yayımlanmışdı. Mahnı daha sonra radiolara da verildi. Klip 2010-cu il 6 Sentyabrda Arabica TV və MTV Livan kanallarında təqdim olundu.
  • "Sheikh El Shabab" albomun ikinci sinqlı olaraq buraxıldı. Bu klipin çəkilməsi Nensi və rejissor Leila Kanaan arasındakı dördüncü əməkdaşlıq oldu. "Sheikh el shabab" mahnısına çəkilən klip komediya janrında idi. Mahnı rəsmi olaraq buraxılmazdan öncə artıq çox böyük uğur qazandı və Nensinin Facebook səhifəsində bu albomla bağlı keçirən sorğuda 2-ci yerə çıxdı.
  • "Ya kethar" mahnısı Nensinin facebook səhifəsində "N7" albomunun 3-cü sinqlı olaraq təsdiq olundu və klipin çəkilişlərindən şəkillər də paylaşıldı. Bu şəkillərdə Nensinin qızı Milanın da çəkilişlərdə olduğu görünürdü, bununla o, ilk dəfə media qarşısına çıxmış oldu.
  • Nensi Casino Du Liban-da baş tutmuş konsertindən dərhal sonra "Meen Elly Ma Ando" mahnısının "N7" albomunun 4-cü sinqlı olduğunu təsdiqlədi. Bu mahnı növbəti DAMAS Farfasha kampaniyasının reklamında istifadə olunacaqdı. Rəsmi klipin 2012-ci ilin Mart ayında çəkilməsi nəzərdə tutulsa da təxirə salındı, daha sonra isə hava şəraitinin pis keçməsi ilə bağlı olaraq tamamilə dayandırıldı.

Mahnıların siyahısı:

[redaktə | mənbəni redaktə et]
  1. "Einy Aleik" 4:28 / Gözüm səndə
  2. "Taakhart Shway" 4:20 / Bir az gecikirəm
  3. "Eih Akhbar Nafsiyeto" 3:36 / Onun keyfi necədi?
  4. "Emta Hashoufak" 3:57 / Səni nə vaxt görəcəm?
  5. "Ya Kethar" 5:09 / Nə qədər çox
  6. "Ok" 3:27 /Ok
  7. "Fi Hagat" 4:26 / Bəzi şeylər var
  8. "Lessa Gayya Aqoul" 4:07 /
  9. "Bel Hadawa" 4:09 / Sakitləş
  10. "Meen Elly Ma Ando" 4:15 / Kimin yoxdu
  11. "Eih Elli Garaly" 4:23 / Mənə nə oldu
  12. "Kol Ma Tedy" 4:42 / Nə qədər çox versən
  13. "As'aad Allah Masak" 3:36 / Allah xeyirli axşamlar versin
  14. "Sheikh el Shabab" 3:21 / Gənclərin şeyxi
  15. "Bayya W Shater" 4:21 / Hiyləgər satıcı
  16. "Hekayat El Deni" 4:28 / Həyat hekayələri
Mahnı Yazar Bəstəkar İstehsalçı
1. "Einy Aleik" Ikram el Assi Mhd. Rahim Tamim
2. "Taakhart Shway" Mersal Medawar Yehia elHasan Bassem Rizq
3. "Eih Akhbar Nafsiyeto" Ayman Bahgat Amar Walid Saad Tooma
4. "Emta Hashoufak" Dr. Nabil Khalaf Walid Saad Osama Al-Hindi
5. "Ya Kethar" Abdulaziz Al Mays Samir Sfeir Mhd. Mustafa
6. "Ok" Mhd. Gom'aa Mhd. Rahim Tamim
7. "Fi hagat" Ahmed Marzouq Mhd. Rahim Hadi Sharara
8. "Lessa Gayya Aqoul" Amir Taema Mhd. elNady Tarek Madkour
9. "Bel Hadawa" Ayman Bahgat Amar Ayman Bahgat Amar Tarek Madkour
10. "Meen Elly Ma Ando" Nizar Francis Samir Sfeir Ahmed Ibrahim
11. "Eih Elli Garaly" Amir Taema Mhd. ElNady Tarek Madkour
12. "Kol Ma Tedy" Mohammed Refa'i Mohammed Refa'i Kareem Abdulwahab
13. "As'aad Allah Masak" Şahzadə Mhd. Al-Abdullah Al-Faisal Saleh Al-Shahri Hisham Al-Sakran
14. "Sheikh el Shabab" Fares Iskandar Salim Salama Hadi Sharara
15. "Bayya W Shater" Hani Al-Sagheer Mahmoud Khiami Tarek Madkour
16. "Hekayat El Deni" Nizar Francis Samir Sfeir Ahmed Ibrahim


Albom haqqında olan ilkin fikirlər albomun janr və mövzu müxtəlifliyini göstərirdi. Tənqidçilər Nensinin 2003-cü ildən indiyə qədər qoruyub saxladığı ənənəvi ab-hava ilə yanaşı, yeni musiqi tərzləri və anlayışlarını da izləməsini xoş qarşıladılar.
Həm albom, həm də "Fi hagat" mahnısı Hitmarker hit paradlarında 1-ci yerdə idi. Albom bütün mediada və internetdə müsbət qarşılanaraq çox böyük uğur qazandı və çıxmazdan 3 gün öncə məşhur ərəb musiqi saytı FunkyPharaoh-da elan olundu. Bloqçu və aparıcı DJ Man De Lev albomun müxtəlif mahnılarını xırda detallarına qədər müzakirə edərək, albomda tərzləri gözəl şəkildə qarışdırdığı üçün Nensini təriflədi. O, həmçinin, Mohamed Rahimi albomun ulduz bəstəçisi, Tamimi isə albomun ulduz aranjemançısı olaraq qeyd etdi. Beljaw onlayn musiqi jurnalı "Radioya göndərilən mahnılar Nensi üçün yeni uğur fırtınasından xəbər verir, hansı ki, uğurlarının nə qədər çox artmasından asılı olmayaraq öz sevənləri üçün yalnız özəl işlər təqdim edir." deyərək, alboma müsbət fikir bildirmişdi.

Hit-Paradlardakı vəziyyət:

[redaktə | mənbəni redaktə et]

"N7" albomu 6 həftə dalbadal ilk pilləni tutaraq, Livanda 2010-cu ilin ən çox satılan albomlarından biri oldu. Albom Livan da daxil olmaqla, 5-dən çox Ərəb bölgəsində Virgin Megastores fiziki satış qrafikində üstünlüyü əldə etmişdi.
Albomun uğuru Ərəb dünyasını aşaraq, Paris - Fransa Virgin Megastore üzrə də birinci yerləri tutdu. Albom Livanın Virgin Megastores fiziki satış qrafikində dalbadal 8 həftə birinciliyi qoruyub saxladı. N7 albomu bütün Ərəb dünyası üzrə albom satışı qrafiki olan HİTMARKER-də ard-arda 42 həftə üstünlüyü saxladı. "Fi hagat" mahnısı dalbadal 15 həftə birinci olaraq Hitmarker tarixində ən uzun müddət birinci pillədə qalan mahnı olduğu üçün Meqahit adlanmışdı. Albom həmçinin Mawaly albom hit paradında dalbadal 14 həftə, aparıcı sinql "Fi hagat" isə Mawaly mahnı hit paradında dalbadal 13 həftə birinciliyi tutdu. Alboma daxil olan digər hit "Sheikh el shabab" Hitmarker mahnı hit paradlarında dalbadal 17 həftə üstünlüyü əldə saxladı. “Ya kethar” mahnısı isə Hitmarkerdə 8 həftə qalib oldu. "N7" albomunun 10-dan çox mahnısı internetdə yaxud Ərəb radio stansiyalarında bir çox hit paradlara daxil oldular. "Fi hagat" mahnısı Ayyam Fm İordaniya stansiyasına təqdim olunaraq 2010-cu ilin 50 mahnısı arasında 2-ci yeri tutmuşdu. Digər tərəfdən, "Sheikh el shabab" mahnısı "Lebnan EL 7orr" və "Hala Fm - İordaniya" radio stansiyalarında ilin mahnısı seçilmişdi.

Mükafatlar və Nominasiyalar:

[redaktə | mənbəni redaktə et]

World Music Award 2011

İl Mükafatı alan Mükafat Nəticə
2011 Özü Ən çox albomu satılan Yaxın Şərq sənətçisi (N7) Qalib

Murex D'or mükafatlandırma mərasimi 2011-ci ilin İyun ayında keçirildi. Nancy bu il gözlənilən kimi bir neçə mükafatı birdən aldı. Onlar aşağıdakı 7 nominasiya idi.

İl Mükafatı alan Mükafat Nəticə
2011 Özü Ən Yaxşı Livan Qadın Müğənnisi Qalib
2011 "Fi hagat" Ən Yaxşı Ərəb Mahnısı Namizəd
2011 "Salimouli Aleh" Ən Yaxşı Ərəb Sinqlı Namizəd
2011 "Sheikh El Shabab" Ən Yaxşı Livan Mahnısı Namizəd
2011 "Fi hagat" Ən Yaxşı Klip Namizəd
2011 "Sheikh El Shabab" Ən Yaxşı Klip Qalib
2011 "N7" İlin Albomu Qalib


Nensi 2010-cu ildə Stars Cafe Awards mükafatlarına 9 nominasiya ilə namizəd olan ilin ən böyük nominantı idi. Onlardan biri də 2010-cu il FIFA Dünya Kubokunun mahnısı olan "Waving Flag" ("Shagga bi alamak" - "Bayrağını yellə") yay hitinə aid idi. Bundan əlavə, o, İlin Klipi nominasiyası üzrə eyni vaxtda 2 dəfə namizəd olan ilk sənətçi idi.

İl Mükafatı alan Mükafat Nəticə
2011 Özü Ən Yaxşı Qadın Sənətçisi Qalib
2011 "N7" Ən Yaxşı Albom Qalib
2011 "Fi Hagat" Ən Yaxşı Mahnı Qalib
2011 "Fi Hagat" Ən Yaxşı Mahnı sözü Qalib
2011 "Fi Hagat" Ən Yaxşı İstehsal Qalib
2011 "Fi Hagat" Ən Yaxşı Musiqi Namizəd
2011 "Fi Hagat" klipi İlin klipi Namizəd
2011 "Sheikh El Shabab" klipi İlin Klipi Qalib


Jaras Scoop Music Awards

[redaktə | mənbəni redaktə et]
İl Mükafatı alan Mükafat Nəticə
2010 Özü Ən Yaxşı Qadın Sənətçisi Qalib
2010 "Fi hagat" Ən Yaxşı Mahnı Namizəd
2010 "Sheikh El Shabab" Ən Yaxşı Mahnı Namizəd


Melody Fm Music Awards

[redaktə | mənbəni redaktə et]
İl Mükafatı alan Mükafat Nəticə
2010 Özü Ən Yaxşı Qadın Sənətçisi Qalib
2010 "Fi Hagat" Ən Yaxşı Mahnı Namizəd
2010 "Fi Hagat" Ən Yaxşı Klip Namizəd


Woujouh Men Lebnen Awards

[redaktə | mənbəni redaktə et]
İl Mükafatı alan Mükafat Nəticə
2011 Özü Ən Yaxşı Qadın Sənətçisi Qalib


Middle East Music Awards

[redaktə | mənbəni redaktə et]
İl Mükafatı alan Mükafat Nəticə
2010 Özü Ən Yaxşı Sənətçi Namizəd
2011 "Sheikh El Shabab" Ən Yaxşı Klip Qalib


Sama Al Nojoum Sorğusu

[redaktə | mənbəni redaktə et]
İl Mükafatı alan Mükafat Qalib
2010 Özü Ən Yaxşı Sənətçi Qalib
2010 Özü Ən Yaxşı Qadın Sənətçisi Qalib
2010 "N7" İlin Albomu Namizəd
2010 "Fi Hagat" Ən Yaxşı Klip Qalib
2010 "Fi Hagat" Ən Yaxşı Mahnı Namizəd


İl Mükafatı alan Mükafat Nəticə
2010 Özü Ən Yaxşı Qadın Sənətçisi Qalib
2010 Özü Ən Çox Albomu Satılan Digital Sənətçi Qalib
2010 "N7" Ən Çox Yüklənən Albom Qalib
2010 "Sheikh El Shabab" Ən Çox Yüklənən Mahnı Namizəd


The Arabic Sound Awards

[redaktə | mənbəni redaktə et]
İl Mükafatı alan Mükafat Nəticə
2010 Özü Ən Yaxşı Qadın Sənətçisi Qalib
2010 "N7" İlin Albomu Namizəd
2010 "Fi Hagat" Ən Yaxşı Klip Namizəd


Music My Life Sorğusu

[redaktə | mənbəni redaktə et]
İl Mükafatı alan Mükafat Nəticə
2010 "Fi Hagat" Ən Qaynar Hit Qalib


Zahrat Al Khalij Jurnalının Sorğusu

[redaktə | mənbəni redaktə et]
İl Mükafatı alan Mükafat Nəticə
2010 Özü İlin Ulduzu (2-ci yer) Qalib
2010 "Fi Hagat" Ən Yaxşı Klip Qalib


LBC Group Awards

[redaktə | mənbəni redaktə et]
İl Mükafatı alan Mükafat Nəticə
2010 Özü Ən Nüfuzlu Məşhur Qalib
2010 Özü Ən Yaxşı Sənətçi Qalib
2010 "N7" İlin albomu Qalib
2010 "Fi Hagat" Ən Yaxşı Klip Qalib


Panorama FM Radio Sorğusu

[redaktə | mənbəni redaktə et]
İl Mükafatı alan Mükafat Nəticə
2010 "N7" Ən Yaxşı Ərəb albomu Qalib
2010 "Ya Kethar" Ən Yaxşı Khaliji mahnısı Qalib


MBC Fm Sorğusu

[redaktə | mənbəni redaktə et]
İl Mükafatı alan Mükafat Nəticə
2011 "Asaad Allah Masak" Ən Yaxşı Khaliji Mahnısı Qalib


  • "Fi hagat" klipi Youtube portalına yükləndikdən 4 ay sonra saytın ən çox izlənilən Ərəb videosu oldu.
  • Albomun buraxılması Nensi Ajrama dünya şöhrəti gətirir, bunun nəticəsində də Facebook səhifəsində izləyici sayı 2 milyonu keçərək, ən böyük Ərəb səhifəsi oldu.
  • N7 albomunun sayəsində Nensi Ajram bu zamana qədər Facebookda 1 milyondan çox izləyici toplayan ilk Ərəb sənətçisi oldu.
  • N7 albomu Hitmarker albom hit paradı tarixində dalbadal 42 həftə birinci olan ilk albom idi.
  • Albomun ilk iki sinqlı HitMarker-də 6 ay ərzində üstünlüyü əldə saxladı.
  • Albom çıxdıqdan sonrakı 1 il ərzində bütün Ərəb dünyasının Virgin Megastore hit paradlarında birinci yerdə oldu.

Albomun adında dəfələrlə olan dəyişikliklər Yaxın Şərqin musiqi cəmiyyətində mübahisəyə səbəb oldu. Albomun köhnə başlıq mahnısı sayılan "Einy aleik" ilə Misir müğənnisi Sherine Wagdy-nin "Bein el Beneen" mahnısı arasındakı bənzərlik də mübahisələrə səbəb oldu. Hansı ki, hər ikisinin də müəllifi Mohammad Rahim idi. Nensi qeyd etdi ki, albom çıxana qədər onun o mahnıdan xəbəri yox idi. Lakin öz mahnısının "Ya Salam" albomu ilə birlikdə çıxmasının planlaşdırıldığını göstərən Nensi təsdiqlədi ki, onun 2003-cü ildən etibarən bu mahnıya tamamən haqqı çatır. Prodüser Tarek Madkour qeyd etdi ki, o, bu mahnının Wagdy-nin mahnısı ilə olan bənzərliyinə görə 2003-cü ildə bunu hazırlamaqdan imtina etmişdi. Baxmayaraq ki, Tamim bu mahnını N7 albomu üçün hazırladı.
Növbəti mübahisə albomun mahnılarının və kliplərinin internetdə yayımlanması ilə bağlı idi. Bir halda ki, Nensi bunları inkar edərək, yaradıcılıq işləri və albomlarının reklamlarını tam olaraq nəzarətə götürdüyünü bildirdi.
Həmçinin "Kol ma tedy" mahnısı həmkarı Elissanın mahnısına bənzədilmişdi.