Narınqala və ya İçqala[1] — Dərbənd qalasının mərkəzini təşkil edən islamdan əvvəlki dövrə aid qədim qəsrdir. Sasanilər imperiyasının Kaspi qapısını bağlayan qoşa qala divarları vasitəsilə Xəzər dənizi ilə əlaqələndirilmişdir.[2] Abidə UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir.[3][4]
Narın-Qala | |
---|---|
42°03′10″ şm. e. 48°16′26″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Dərbənd |
Yerləşir | Dərbənd |
Aidiyyatı |
Qafqaz Albaniyası Sasanilər imperiyası |
Tikilmə tarixi | VIII başanılıb ya XI əsrdə tamamlanıb |
Üslubu |
Alban memarlığı Sasani memarlığı |
Material | Əhəng daşı |
Rəsmi adı: Citadel, Ancient City and Fortress Buildings of Derbent | |
Tipi | Mədəni |
Kriteriya | iii, iv |
Təyin edilib | 2003 |
İstinad nöm. | 1070 |
Dövlət | Rusiya |
Region | Avropa |
İstinad nöm. | 0510052000 |
Mühafizə dərəcəsi | Federal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qalanın adının mümkün tərcümələrindən biri "Günəşli qala" kimi qeyd edilir.[4] Digər məlumata görə, qala Sasani şahının qızının şərəfinə "Narın" – "incə", "gözəl" adlandırılmışdır.[5]
Dərbənd, Böyük Qafqaz dağlarının Xəzər dənizinə yaxınlaşaraq 3 km-lik ensiz düzən formalaşdırdığı Böyük Qafqaz keçidinin ən zəif müdafiə olunan ərazisində yerləşir. Dərbənd qalası Cənubi Qafqaz (xüsusilə Qafqaz Albaniyası) və Ön Asiya xalqlarınıköçəri türk xalqlarının hücumlarından qoruyan nəhəng müdafiə sisteminin bir hissəsidir. Müdafiə sisteminə Narınqala ilə yanaşı Dərbənd qala divarları, Dağ barısı, Gilgilçay səddi, Beşbarmaq səddi və Çıraqqala da daxildir.[3]
Qərb tərəfdən Dərbənd divarları Narınqala qəsrinə birləşir, qəsrin inşa edilməsinə kimi, həmin hündür təpə ərazisində düşmənin yaxınlaşmasını bildirən tonqallar qalanırdı.[6]
Dərbənd qalasının inşasına VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvanın[3] göstərişi ilə Calqan vadisində[4] başlanılmışdır. 735-ci ildə Dərbənd və Narınqala Ərəb Xilafətinin Dağıstanda hərbi-inzibati mərkəzinə çevrilməklə, həm də İslamın bu ərazilərdə yayılma mənbəyi olmuşdur.[4]
Orta əsrlərdə Dərbənd ərazisi Dərbənd əmirliyinin, Şirvanşahlar dövlətinin və Səfəvilər imperiyasının tərkibinə daxil olmuşdur. Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü (1722–1723) zamanı Dərbənd qalası ələ keçirilərək müvəqqəti olaraq Rusiya imperiyasının tərkibinə qatılmışdır. Hazırda yerli əhəmiyyətli abidə hesab edilən domikdən xan sarayına gələn I Pyotr şəhər bəyləri tərəfindən qarşılanaraq ona üzərinə İran parçası (hazırda Sankt-Peterburqdakı Kunstkamerada saxlanılır) atılmış gümüş tabaq içində şəhər qalasının açarı təqdim edilmiş və deyilmişdir:
Dərbənd şəhərinin əsası Makedoniyalı İskəndər tərəfindən qoyulmuşdur, ona görə də, böyül monarxın saldırdığı şəhərin böyüklükdə ondan geri qalmayan başqa bir monarxa təslim edilməsindən daha ədalətli və doğru iş yoxdur.[7] |
Lakin qısa müddət sonra Dərbənd yenidən Səfəvilər dövlətinin tərkibinə qatılmışdır. 1747-ci ildə Dərbəndə Məhəmmədhəsən xan tərəfindən Dərbənd xanlığının əsası qoyulmuşdur. Xanlıq 1806-cı ildə general-anşef Valerian Zubovun rəhbərlik etdiyi Rusiya ordusu tərəfindən işğal edilərək imperiyanın tərkibinə qatılmışdır. Bundan sonra Narınqalada Zubovun hərbi qərargahı yerləşdirilmişdir.[8]
Narınqala ərazisində hələ də arxeoloji qazıntı işləri aparılmaqdadır. Dərbənd qalası və Narınqala UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir.[9][10]
Narınqala qəsri dənizə yaxın təpə üzərində yerləşir. Sahilboyu yolu qərbdən qəsrə birləşən, şərqdən isə dənizin dərinliklərinə gedən qoşa qala divarları ilə müdafiə olunur. Qala divarları sahilə su keçməsinə imkan verərək, qapalı liman formalaşdırır.[11] 350–450 metr boyunca uzanmış ikiqat şəhər divarları içində orta əsrlər Dərbənd şəhəri yerləşirdi. Qəsrdən qərbə doğru 40 km boyunca uzanan Dağ barısı adlı qala divarları isə dağ keçidləri və dolamalarını qoruyurdu. Yaşına baxmayaraq, Dərbənd qalası yüz illər ərzində mühüm müdafiə rolunu oynamışdır. Yeni sahibləri daima qalanı yenidən inşa etmiş və möhkəmləndirmişlər ki, bunun da sayəsində Dərbəndin tarixini ilbəil izləmək mümkündür[12].
Qeyri-düzgün formaya malik qəsr 4.5 hektar sahəyə malikdir.[4] Qəsr 180 metr enə və 280 metr uzunluğa malikdir; qəsr divarları bir-birindən 20–30 metr aralıda yerləşən kiçik qüllələrlə möhkəmlənmişdir; qəsrin cənub-qərbində silah qülləsi yerləşir. Bundan əlavə qəsri üç tərəfdən əhatə edən dik dağ yamacları da əlavə müdafiə rolunu yerinə yetirir.
Qəsrin daxilində vaxtilə burdakı bütün binaları su ilə təmin etmiş saxsı borularla çəkilmiş sus sistemi, hamam və xan sarayının xarabalıqları (təntənəli giriş portalı və divar qalıqları) dövrümüzə çatmışdır. Qəsr ərazisində vaxtilə IV–V əsrlərə aid erkən xristian məbədinin (Rusiya Federasiyası ərazisində bilinən ən qədim xristian məbədi) olması haqqında müxtəlif fikirlər vardır. Bəzi tədqiqatçılar qəsrdəki xaç-günbəz formalı tikilini su anbarı hesab edirlər; digərləri isə aşağıda su ötürücüsünün olmaması, tikilinin tamamilə yerüstündə olması (su anbarları adətən tamamilə yer altında və ya yarım yer altında inşa edilirdi), formasının su anbarı üçün rahat olmaması (Dərbənddə su anbarları adətən düzbucaq və ya kvadrat formaya malikdir) və tikilinin işığa doğru istiqamətlənmiş olmasını əsas gətirərək onu xristian məbədi hesab edirlər.[9] Qəsrin hər divarında üç qapı yerləşir ki, onlardan da ən qədimi Orta qapıdır.[6]
3 metr qalınlığa malik xarici divarlar isə perimetr boyunca qəsrin divarlarını əhatə edirlər.