Nasist ovçuları — holokostda iştirak edən keçmiş nasistlərin, SS üzvlərinin və onlarla əməkdaşlıq edənlərin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə məhkəmədə ittiham edilmələrini təmin etmək məqsədilə onların izinə düşən və barələrində məlumat toplayan şəxslər. Simon Vizental,[1] Tuvya Fridman, Serj və Beata Klarsfeld, Yen Sayer, Yaron Svoray, Elliott Uelles və Efraim Zuroff nasist ovçularının tanınmış nümayəndələridirlər.[2]
İkinci Dünya müharibəsinin ardından Soyuq müharibənin başlaması ilə həm Qərb müttəfiqləri, həm də SSRİ "Sancaq" əməliyyatı kimi proqramları realizə etmək məqsədilə keçmiş nasist alimlərini öz ölkələrinə cəlb etməyə başladılar. Verner fon Braun və Raynhard Gelen kimi keçmiş nasistlər dəyərli informasiyalar və xidmətlər müqabilində zaman-zaman dövlət müdafiəsi ilə təmin olunurdular. Həmin dövrdə Gelen Almaniya Federal Kəşfiyyat Agentliyinin rəhbəri, "ODESSA-nın real versiyası"[3] olan Gelen Təşkilatının qurucusu idi. Qeyd edilən təşkilat nasistlərin Avropadan qaçmasına yardım etmişdi. Bir qrup nasist isə Avropada qalmamış və Cənubi Amerikaya üz tutmuşdu.[4][5]
Bütün bunlara cavab olaraq nasist ovçuları özləri təkbaşına və ya qrup şəklində (məsələn, Simon Vizental Mərkəzi) qaçaqları axtarmağa başladılar. Onlar informasiya müqabilində mükafat verilməsi,[6] immiqrasiya və müharibə qeydlərinin nəzərdən keçirilməsi[7] və mülki qaydada iddia qaldırılması[7] kimi metodlardan istifadə edirdilər.
Sonrakı onilliklərdə nasist ovçuları Qərb və Cənubi Amerika hökumətləri və İsrail dövləti ilə daha geniş əməkdaşlığa nail oldular. XX əsrin sonlarına doğru nasistləri təqib edənlərin sayında azalma baş vermişdi ki, bu da nasist rəhbərliyinin fəal nümayəndələrinin bir çoxunun dünyasını dəyişməsi ilə əlaqəli idi.[7]
Simon Vizental Mərkəzi nasist cinayətkarlar barədə illik hesabat dərc edir.[8] Nasist ovçularının fəaliyyətində ən nəzərəçarpan uğurları isə aşağıdakılardır:
- "Lion qəssabı" adı ilə məşhur olan Klaus Barbi Serj və Beata Klarsfeldin onun izinə düşməsindən sonra 1983-cü ildə Boliviyadan Fransaya ekstradisiya olunur. Boliviyada demokratik rejim qurulanadək Klaus anti-sovet kəşfiyyatı məqsədilə ABŞ və Almaniya kəşfiyyat orqanları tərəfindən himayə edilirdi. Başqa ad altında Boliviya ordusunda xidmət edən Klaus 1987-ci ildə ömürlük azadlıqdan məhrum edilmiş və 1991-ci ildə vəfat etmişdir.
- "Riqa qəssabı" Herbert Tsukurs 1965-ci ildə Uruqvayın Montevideo şəhərində Mossad agentləri tərəfindən qətlə yetirilib.
- Daha əvvəl Vizental tərəfindən təqib olunan Adolf Ayhman 1960-cı ildə Mossad tərəfindən Argentinada tutularaq qaçırılır və İsraildə mühakimə olunduqdan sonra edam edilir.
- Uelles latviyalı nasist Boleslav Maykovskini Miniolaya qədər təqib etmişdi. 1987-ci ildə Qərbi Almaniyaya mühacirət edən Maykovski yaşı səbəbilə mühakimə edilməmişdi.
- "Ölüm mələyi" Yozef Mengelenin axtarışında Mossad, Vizental və Klarsfeldlər iştirak etmişdi. Uzun müddət Cənubi Amerikada təqib edilən Mengele yaxasını qurtara bilsə də, 1979-cu ildə Braziliyada vəfat etmişdi. Onun kimliyi 1985-ci ildə müəyyən edilmişdi.
- İtaliyanın mülki əhalisinin kütləvi qətlə yetirilməsində təqsirli olan SS zabiti Erix Pribke 1994-cü ildə Argentinada ABC kanalında Sem Donaldsonun təqdimatında yayımlanan "Primetime live" verilişinə müsahibə verir. Daha sonra İtaliyaya ekstradisiya olunan Pribke 1998-ci ildə ömürlük ev həbsinə məhkum edilir.
- Edvard Roşman Argentinada Vizental tərəfindən təqib edilib. Onun ekstradisiyası üçün planlar quran Argentina hökuməti Roşmanın 1977-ci ildə Paraqvaya qaçmasına icazə verir. Elə həmin il dünyasını dəyişsə də, Vizental cəsədin Roşmana məxsus olmasına şübhə ilə yanaşırdı.
- Dinko Şakiç Zuroff tərəfindən Argentinada təqib edilirdi. Gizlənməyə cəhd göstərməyən Şakiç hətta bir neçə dəfə mediyada görünmüşdü. 1998-ci ildə Xorvatiyaya ekstradisiya olunan Şakiç 20 il müddətinə azadlıqdan məhrum edilir və 2008-ci ildə vəfat edir.
- Yozef Şvammberger Simon Vizental Mərkəzi və Uelles tərəfindən Argentinada izlənilirdi. 1990-cı ildə Qərbi Almaniyaya ekstradisiya olunan Şvammberger 1992-ci ildə ömürlük azadlıqdan məhrum edilir və 2004-cü ildə dünyasını dəyişir.
- Sobibur və Treblinka ölüm düşərgələrinin komendatı Frans Ştanql 1967-ci ildə San-Pauluda Vizental tərəfindən ələ keçirilir. 1970-ci ildə Almaniyaya ekstradisiya olunur, ömürlük azadlıqdan məhrum edilir və bir il sonra vəfat edir.
- Vizental 1978-ci ildə Braziliyada "Canavar" ləqəbli Qustav Vaqneri aşkar edir. Tutulsa da, Braziliya hökuməti onu Qərbi Almaniyaya ekstradisiya etməkdən imtina edir. Vaqner 1980-ci ildə San-Pauluda intihar edir.
Nasistlərin müharibədən sonra qaçışı |
---|
Qaçaqlar | Alman / Avstriyalı | |
---|
Xorvat | |
---|
Belçikalı | |
---|
Ukraynalı | |
---|
Danimarkalı | |
---|
Eston |
- Aleksander Laak • Karl Linnas
|
---|
Latış | |
---|
Digər millətlər | |
---|
|
---|
Kömək | Təşkilatlar | |
---|
Dövlətlərin iştirakı | |
---|
Digər şəxslər | |
---|
|
---|
Nasist ovçuları | |
---|
Mübahisəli / Şübhəli | |
---|