Eli Rozenbaum

Eli M. Rozenbaum (ing. Eli M. Rosenbaum; 8 may 1955) — ABŞ Ədliyyə Nazirliyinin İnsan Hüquqlarının Mühafizəsi Strategiya və Siyasət Şöbəsinin Direktoru.[1] Onu "əfsanəvi nasist ovçusu" adlandırırlar.[2] 1994-cü ildən 2010-cu ilə qədər o, ABŞ Ədliyyə Nazirliyinin Xüsusi Təhqiqatlar Ofisinin (XTO) direktoru vəzifəsini daşıyıb. Rozenbaum əsasən nasist müharibə cinayətkarlarının müəyyən edilməsi, denaturalizasiyası və deportasiyasına cavabdeh olub.

Eli Rozenbaum
Doğum tarixi 8 may 1955(1955-05-08) (69 yaş)
Təhsili
Fəaliyyəti hüquqşünas, vəkil
Fəaliyyət illəri 1980-ci ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eli Rozenbaum 8 may 1955-ci ildə İrvinq və Hanni Rozenbaumun ailəsində anadan olub.[3] Onun atası, 1938-ci ildə nasist rejimindən qaçan yəhudi, İkinci Dünya müharibəsi veteranı idi. Müharibədən sonra, hələ də ABŞ Silahlı Qüvvələrində xidmət edərkən, o, keçmiş nasistləri və onlarla əməkdaşlıq edənləri (məsələn, rejissor Leni Rifenştal) sorğu-sual edirdi. Onlardan bəziləri sonradan Nürnberqdə və başqa yerlərdə mühakimə olundu.[4] Daha sonra İrvinq Rozenbaum xeyriyyəçi və keçmiş "S. E. Nichols Corp"un sədri oldu. "S. E. Nichols Corp" İrvinqin atası tərəfindən təsis edilib. "S. E. Nichols Corp" ABŞ-da "Kmart", "Walmart" və s. ilə rəqabət aparan endirimli mağazaların ilk sahibi və operatoru idi.[5] İlk mağazasını 1960-cı ildə (Lankaster, Pensilvaniyada) açan şirkət,[6] ilk "Kmart", "Walmart", "Target" və "Woolco" mağazalarının açılmasından iki il əvvəl, 1969-cu ildə ictimaiyyətin üzünə açılmışdır. 1977-ci ildə illik satışlarına görə ABŞ-də pərakəndə satı olaraq birinci (204 milyon dollar) yerdə idi.[7][8]

Ely Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini əvvəl bakalavr, sonra isə maliyyə üzrə magistr dərəcəsi ilə bitirdi. O, həmçinin Harvard Universitetinin Hüquq fakültəsində də təhsil alıb.[9]

Eli Rozenbaum 1980–1984-cü illərdə Ədliyyə Departamentində məhkəmə vəkili olub. 1984-cü ildə o, "Simpson Thacher & Bartlett" Manhetten hüquq firmasında korporativ hüquqşünas kimi işləmək üçün Ədliyyə Departamentini tərk etdi. Sonra Eli Dünya Yəhudi Konqresinin baş məsləhətçisi kimi çalışdı. 1988-ci ildə o, Ədliyyə Departamentinə geri döndü və burada Direktorun birinci müavini,[2] sonra isə direktor vəzifəsinə yüksəldi. 20 iyul 2009-cu ildə senator Riçard Durbin (İllinoys ştatı) Senatda çıxış edərək dedi: "Ədliyyə Departamentinin görkəmli işi sayəsində və nasist müharibə cinayətkarlarının ədalət qarşısında cavab verməsinə görə Birləşmiş Ştatlar dünyada Simon Vizental Mərkəzindən ən yüksək bal alan yeganə ölkədir. Mən xüsusilə iyirmi ildən artıq Ədliyyə Departamentində çalışan və 1995-ci ildən Ədliyyə Departamentinin direktoru olan Eli Rozenbauma təşəkkür etmək istəyirəm. Cənab Rozenbaumun liderliyinə və nasist cinayətkarlarını ədalət qarşısına çıxardığı üçün şəxsi fədakarlığına böyük ölçüdə təşəkkür edirəm."[10]

Rozenbaum peşəkar karyerasında və şəxsi həyatında "nasist ovçusu" sayılırdı. İngilis tarixçisi Qay Uolters Rozenbaumu "dünyanın ən uğurlu nasist ovçusu" adlandırıb və əlavə edib ki, o heç vaxt "nasist ovçu"luğunu reklam və geniş təbliğ etməyib: "Maraqlıdır ki, onun və təşkilatının yüzdən çox nasist "başı" olmasına baxmayaraq, əksər oxucular onun haqqında heç vaxt eşitməyiblər. Onun rəhbərlik etdiyi təşkilatın aşkar etdiyi nasist sayı, Simon Vizental və hər hansı digər nasist ovçularının sayından xeyli çoxdur".[11]

Codi Pikoultun 2013-cü ildə yazdığı "Hekayə danışan" (New York Times qəzetinin ən çox satılan besellerlər siyahısında 1-ci yeri tutub) romanında Yeni İngiltərədə nasist hərbi cinayətkarın təqibi ilə məşğul olan Ədliyyə Departamentinin "Nasist ovçusu" obrazı Eli Rozenbaumun protatibi idi. "The Washington Post" qəzetinə verdiyi müsahibədə Pikoult onu "zəmanəmizin super qəhrəmanı" adlandırıb.[12] Onun rəhbərliyi altında Ədliyyə Departamenti "dünyanın ən uğurlu hökumət nasist ov təşkilatı" (ABC-TV News, 25 mart 1995) və "dünyanın ən aqressiv və effektiv nasist ov əməliyyatçıları" ("Washington Post", 27 avqust 1995-ci il) elan edilib. Simon Viezental Mərkəzi Ədliyyə Departamentini nasist işlərində dünyada yeganə "yüksək uğurlu qabaqlayıcı təqib proqramı" kimi təsvir edib. USA Today (29 yanvar 1997-ci il) qəzeti xəbər verir ki, Ədliyyə Departamenti "dünyada nasistlərin ovlanması üzrə hər hansı digər əməliyyatdan daha çox işi həll edərək böyük uğur qazanıb".

1997-ci ildə Rozenbaum, Pensilvaniya Universitetinin Hüquq fakültəsi tərəfindən Məktəbin Fəxri Təqaüdü almaq üçün seçildi. Bu təqaüd hər il "məqsədlərə əhəmiyyətli töhfə verməklə" "dövlət xidmətinə sadiqliyi ilə fərqlənən" bir vəkilə tədqim edilir. O, həmçinin Anti-Diffamasiya Liqasının Qəhrəmanları Mavi Mükafatını, Baş Prokuror Köməkçisinin İnsan Hüquqları Mükafatını və Cinayət Bölməsinin Xüsusi Təşəbbüs Mükafatını alıb.[13]

Eli Rozenbaumun rəhbərliyi altında araşdırılan və mühakimə olunan işlər, Holokost zamanı törədilmiş on minlərlə qətldə iştirak etdikləri üçün orada sonradan məhkum edilmiş nasist cinayətkarlarının Avropaya deportasiyasına səbəb oldu. 11 yanvar 2008-ci ildə "NBC Nightly News"da Brayan Uilyamsla həftəlik "Dünyanın Dəyişməsi" məqaləsində onun haqda geniş yazı yer almışdır.[14]

Kurt Valdhaymın ifşası

[redaktə | mənbəni redaktə et]

Eli Rozenbaum 1986-cı ildə Birləşmiş Millətlər Təşkilatının keçmiş Baş katibi Kurt Valdhaymın nasist keçmişinin dünya miqyasında ifşa edilməsinə səbəb olan Ümumdünya Yəhudi Konqresinin təhqiqatına rəhbərlik etdi. Bu da müharibədən sonrakı tarixdə ən "sensasiyalı" nasist ifşası oldu. Rozenbaum 1993-cü ildə "The New York Times"ın "Beseller kitablar"ı siyahısına və 1993-cü ildə "The San Francisco Chronicle"ın "Ən Yaxşı Kitabları" siyahısına daxil edilmiş "Xəyanət: Kurt Valdhaymın təhqiqat və gizlədilmiş hekayəsi"nin əsas müəllifi idi. O, Kurt Valdhaymın nasist rejimi zamanı zabit kimi Alman ordusunda xidmət edərkən nasist müharibə cinayətlərində iştirak etdiyini və tərcümeyi halında bu hissəni gizlətmək üçün bu fikirlərin Sovet-Yuqoslaviya uydurması olduğunu iddia edirdi.[15] Müharibədən sonra Kurt Valdhaym Avstriyanın xarici işlər naziri və Birləşmiş Millətlər Təşkilatındakı səfiri oldu.

Eli Rozenbaumun ifşası zamanı Kurt Valdhaym Birləşmiş Millətlər Təşkilatının Baş Katibi vəzifəsini tuturdu. O, həmçinin Avstriya prezidentliyinə namizəd idi. Kurt Valdhaym 1987-ci ildə nasist keçmişinin ifşa olunmasına baxmayaraq, seçkidə qalib gəldi. Avstriya hökuməti onu heç vaxt rəsmi olaraq hər hansı hərbi cinayətlərdə şübhəli hesab etmirdi, lakin 1986–1987-ci illərdə ABŞ hökuməti tərəfindən aparılan araşdırma nəticəsində onun nasist cinayətlərində əli olduğu qənaətinə gələn Amerika hökuməti onun Birləşmiş Ştatlara girişinə qadağa qoydu.[16] 16 fevral 2014-cü il tarixində "The New York Times" üçün yazan Yozef R. Estrayx, Avstriyanın Alman nasist rejiminin qurbanı kimi imicinə "son zərbə"nin Valdhaymın 1986-cı ildə nasist müharibə cinayətlərində şərik olduğu barədə yalan danışdığı məlum olduqdan sonra Avstriya prezidenti seçilməsi olduğunu bildirdi.

Ukraynaya hücum zamanı cinayətlərin ifşası

[redaktə | mənbəni redaktə et]

21 iyun 2022-ci ildə ABŞ Baş prokuroru Merrik Qarland Rusiyanın Ukraynaya hücumu zamanı törədilən hərbi cinayətləri araşdırmaq üçün qrup yaratdı və Eli Rozenbaum onun rəhbəri təyin edildi.[17] Rozenbauma Ukraynada hərbi cinayətlər törətməkdə təqsirli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün federal hökumətin səylərini əlaqələndirmək tapşırıldı. Ona Ədliyyə Departamentinin İnsan Hüquqları və Xüsusi Prokurorluq şöbəsinin prokurorlarının kömək edəcəyi açıqlanıb. Komanda həmçinin Ədliyyə Departamentinin Rusiya işğalını işıqlandıran amerikalı jurnalistlərin yaralanması və öldürülməsi də daxil olmaqla, ABŞ-ın yurisdiksiyasına malik olduğu potensial müharibə cinayətləri ilə bağlı davam edən təhqiqatını dəstəkləyəcək.[18]

Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ-yə müharibə cinayətkarları və ya onların qurbanları amerikalı olmasa belə, hərbi cinayətkarları mühakimə etməyə imkan verən Konqres qanun layihəsi ilə bağlı Rozembaum bunları deyib: "Bizi istiqamətləndirən söz budur: biz amansız olacağıq. Cinayəti törədənlərə və ya törətmək ehtimalı olan şəxslərə mesaj budur: əgər cinayət əmri ilə hərəkət edirsinizsə və ya cinayət əmri verirsinizsə, həyatınızın qalan hissəsini arxanıza baxmaqla keçirməli ola bilərsiniz. Müharibədən sonra turist olmağı düşünməyin. Avropanın çox hissəsi, biz amerikalılar, ukraynalılar da sizin haqqınızda bilsə, qrupumuzun haqqınızda məlumatı olsa, sadəcə həbs oluna və ekstradisiya oluna bilərsiniz".[19]

  1. "About the Section". www.justice.gov (ingilis). 2015-05-26. 2019-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-12.
  2. 1 2 Never Forget: Eli Rosenbaum '80 is driven to bring Nazis to justice before it's too late, Harvard Law School, 2002, 2018-01-23 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2023-06-08
  3. "Real-life Nazi hunter Eli Rosenbaum reflects on 40 years of service". Jewish Insider. 13 March 2020. 20 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2023.
  4. "Hitler's Women: Leni Riefenstahl". The History Channel. October 28, 2001.
  5. Macgowan, Carl. "I. Rosenbaum, WWII Veteran, of Great Neck". Newsday (Long Island, NY). July 25, 2007. səh. A38.
  6. Alexa Freyman. "Nichols Discount City". Berks Nostalgia. 22 February 2018. 22 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2023.
  7. "Nichols Discount City: 'We Believe in Total Merchandising'". The Discount Merchandiser: cover story. July 1968.
  8. Brecker, Manfred. The American Dream Comes True. Pittsburgh, PA: Dorrance Publishing. 2015. ISBN 978-1-4809-1834-4.
  9. "Eli Rosenbaum". ru:Общество федералистов (ingilis). 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-23.
  10. Text of Senator Durbin’s remarks in the Senate upon introducing the Human Rights Enforcement Act, The Congressional Record, July 20, 2009, page S7702, available at: [1] Arxivləşdirilib 2018-05-29 at the Wayback Machine
  11. Walters, Guy. "Old Nazis May Be Dying Off But Nazi Hunting Continues to Thrive" (ingilis). 2013-08-14. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-13.
  12. "Jodi Picoult wrestles with questions of guilt, forgiveness in 'The Storyteller'". The Washington Post. 26 February 2013. 25 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2023.
  13. Rd, Bijou Theater4522 Fredericksburg; Mall, Crossroad; Antonio, San; Tx 78201; USA. "Bringing Human Rights Violators To Justice | Buy Tickets in San Antonio | Ticketbud". www-mazalevents-org.ticketbud.com. 2020-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-12.
  14. VideoYouTube platformasında
  15. Eli Rosenbaum, Betrayal: The Untold Story of the Kurt Waldheim Investigation and Cover-Up, St. Martin's press, 1993
  16. "In the Matter of Kurt Waldheim" (PDF). justice.gov. 9 April 1987. 29 October 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 June 2023.
  17. "США создали группу для расследования военных преступлений в Украине. Её возглавил охотник за нацистами". 2022-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-16.
  18. Gans, Jared. "'Nazi hunter' Eli Rosenbaum to Lead DOJ Team Investigating War Crimes in Ukraine". The Hill. June 21, 2022. 17 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2022.
    Rabinowitz, Hannah. "Top US 'Nazi hunter' to lead Justice Department effort to uncover war crimes in Ukraine". CNN.com. June 21, 2022. 18 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2022.
    Thrush, Glenn. "U.S. Taps a Hunter of Ex-Nazis to Help Ukraine Track Russian War Criminals". The New York Times. June 22, 2022. səh. A 9.
  19. Borger, Julian. "'We will be relentless': top US Nazi hunter turns to Ukraine war crimes". en:The Guardian. 2 November 2022. 15 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 November 2022.