Efraim Zuroff (ing. Efraim Zuroff; 5 avqust 1948[1][2], Nyu-York, Nyu-York ştatı) — ABŞ əsilli İsrail tarixçisi, nasist ovçusu Simon Vizental Mərkəzinin Qüds şöbəsinin rəhbəri. Nasist cinayətkarlarının axtarışında fəal fəaliyyəti ilə tanınıb. O, Baltikyanı ölkələrin Holokosta dair tarixi qiymətləndirmələri pozmaq və nasist və kommunist cinayətlərinin ekvivalentliyini təşviq etmək üçün bir sıra nasistləri məhkəməyə verməkdən imtina etdiklərinə görə tənqid edir.[3][4][5]
Efraim Zuroff | |
---|---|
ing. Efraim Zuroff | |
Doğum tarixi | 5 avqust 1948[1][2] (76 yaş) |
Doğum yeri | |
Uşağı | 4 |
Təhsili | |
Fəaliyyəti | Nasist ovçuları, yazıçı |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Nyu-York şəhərində anadan olan Efraim Zuroff 1970-ci ildə İsrailə köçüb. Yeşiva Universitetində tarix üzrə bakalavr dərəcəsi alıb və Yeşiva Universitetinin Oğlan Liseyində oxuyub. O, Yerusəlim Yəhudi Universitetinin Müasir Yəhudilik İnstitutunda Holokost Tədqiqatları üzrə magistr dərəcəsi alıb və burada o, eyni zamanda ABŞ-dakı ortadoksal yəhudilərinin Holokosta reaksiyası haqqında doktorluq dissertasiyasını tamamlayıb. Dissertasiyada o, diqqətini ABŞ-də ortadoksal yəhudilərinin başlatdığı yəhudilərin xilasetmə cəhdlərinə həsr edir.[6] 1939-cu də Amerika ortadoksal yəhudi ravvinləri tərəfindən yaradılan "Vaad ha-Hatzala"nın xilasetmə komitəsinin fəaliyyətini araşdırır.
2000-ci ildə Yeşiva Universiteti Nəşriyyatı və KTAV Nəşriyyatı "Vaad ha-Hatzala" tarixinə dair onun araşdırmasını nəşr edirlər. O, 1999-cu ildə İsrail Ümumi Əmək Federasiyası (Histadrut) tərəfindən Holokost və Yəhudi Müqavimət Ədəbiyyatı nominasiyasında "Egit Qrantı"na layiq görülmüşdür. Həmçinin 2000-ci ildə Yeşiva Universitetinin nəşriyyatı tərəfindən yəhudişünaslıq sahəsində nəşr olunan əsərinə görə ən yaxşı kitab nominasiyasında "Samuel Belkin Ədəbiyyat Mükafatı" alıb.
Efraim Zuroff 1978-ci ildə Los-Ancelesdəki Simon Vizental Mərkəzinin ilk direktoru vəzifəsinə dəvət edildi. Burada o, mərkəzin kitabxanasının və arxivinin yaradılmasında aparıcı rol oynadı və mərkəzin Akademiya mükafatına layiq görülən "Soyqırım" sənədli filminin tarixi məsləhətçisi oldu. O, 1980-ci ildə İsrailə qayıtdı və burada ABŞ Ədliyyə Departamentinin Xüsusi Təhqiqatlar Ofisində tədqiqatçı vəzifəsində işləmişdir. Onun fəaliyyətinin nəticəsi Birləşmiş Ştatlarda yaşayan çoxsaylı nasist hərbi cinayətkarlarına qarşı məhkəmə işlərinin hazırlanmasına kömək etdi.
O, 1986-cı ildə yenidən Vizental Mərkəzinə geri döndü və müharibədən sonra yüzlərlə nasist müharibə cinayətkarının Avstraliya, Kanada, Böyük Britaniya və digər ölkələrə qaçmasını aşkar etdi. O, Holokost günahkarlarının ədalət qarşısında cavab verməsi üçün mərkəzin beynəlxalq fəaliyyətini əlaqələndirməyə davam etdi. Bu fəaliyyət Kanadada (1987), Avstraliyada (1989) və Böyük Britaniyada (1991) nasist hərbi cinayətkarlarının həmin ölkələrdə mühakimə olunmasına imkan verən xüsusi qanunların qəbuluna təsir göstərdi.
Kommunizmin süqutundan və Sovet İttifaqının dağılmasından sonra Zuroff Litva, Latviya, Estoniya və digər post-kommunist cəmiyyətlərini öz vətəndaşlarının Holokost cinayətlərində geniş miqyasda iştirakının üzə çıxarılması və yerli nasist əməkdaşlarını mühakimə etməyi inandırmaq fəaliyyətində böyük rol oynadı. Onun bu məsələlərlə bağlı ictimai vəkilliyi Litva və Latviya tərəfindən yerli hopetlokaslara qarşı ittiham aktlarının (Aleksandras Lileikis, Kazys Gimžauskas və Algimantas Dailidė) və ya ekstradisiya tələblərinin (Konrads Kalējs və Antanas Gecevičius) təqdim edilməsində mühüm rol oynayıb.
1993-cü ildə Zuroff o vaxtkı xarici işlər naziri Şimon Peres tərəfindən müstəqilliyini təzəcə bərpa etmiş Litvanın hakimiyyət orqanları tərəfindən nasist hərbi cinayətlərində şübhəli bilinən şəxslərə verilən əfv fərmanları ilə məşğul olmaq üçün yaradılmış İsrail-Litva birgə təhqiqat komissiyasına üzv təyin edildi. Komissiya holokost zamanı yəhudilərin qətlində iştirak etmiş şəxslərə verilən təxminən 200 reabilitasiyanın Litva hakimiyyəti tərəfindən ləğv edilməsinə nail olmuşdur.[7] 2000-ci ildə o, Latviya hökumətinin nasist hərbi cinayətkarlara verdiyi reabilitasiyaları ifşa etdiyini iddia etdi və bu əfvlərin ləğvi üçün mübarizəyə rəhbərlik etdi.
Zuroff Ustaşa konsentrasiya düşərgəsinin keçmiş komendantı Dinko Şakiçin ifşası, həbsi, ekstradisiyası və mühakimə olunmasında mühüm rol oynayıb. 1999-cu il oktyabrın əvvəlində Argentinada 50 ildən çox yaşamış Şakiç Zaqrebdə 20 il həbs cəzasına məhkum edildi (o vaxt Xorvatiya qanunvericiliyinə görə bu, ən yüksək cəza idi).
2009-cu ildə Zuroff Praqa Bəyannaməsini tənqid etdi.[8][9] Zuroffun fikrincə, Holokost digər faciələrlə eyniləşdirilməməlidir.[10] O, bəyannaməni "yalançı ekvivalentlik hərəkatının əsas manifestosu" kimi təsvir edib və onun Şərqi Avropa ölkələrində sağçı partiyalar tərəfindən dəstəkləndiyini bildirdi.[11][12]
4 mart 2020-ci ildə Zuroff Tennessi ştatının Grinvill şəhərindəki Birinci Baptist Kilsəsində Tennessi Holokost Konfransına dəvət edildi və təxminən min uşağa Holokostun dəhşətləri və müharibədən sonra qaçan nasistlərin həbsinə, onların cəzalandırılmasına necə kömək etdiyi haqqında mühazirə oxudu.