Nils Kay Yerne

Nils Kay Yerne (23 dekabr 1911[1][2][…], London7 oktyabr 1994[1][2][…]) — Danimarka immunoloqu. Nobel mükafatı laureatı.

Nils Kay Yerne
dan. Niels Kaj Jerne
Doğum tarixi 23 dekabr 1911(1911-12-23)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 7 oktyabr 1994(1994-10-07)[1][2][…] (82 yaşında)
İş yeri
  • Pittsburq Universiteti[d]
Təhsili
Üzvlüyü
Mükafatları Nobel mükafatı Fiziologiya və tibb üzrə Nobel mükafatı (1984-cı il)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kopenhagen Universitetində tibb təhsili və 1947-ci ildə tibb doktoru dərəcəsi almışdır. 1943–56-cı illərdə Danimarka Milli Zərdab İnstitunda işləmiş, həmin dövrdə özünün əks-cisimlərin əmələ gəlməsi nəzəriyyəsini yaratmışdır. Bu nəzəriyyə məşhur alim kimi tanınmasında əsas rol oynamışdır. 1956-cı ildən ÜST-ün Cenevrәdəki bioloji standartların və immunologiyanın baş seksiyasında çalışmışdır. 1962–66-cı illərdə ÜST-də ekspert, eyni vaxtda Pittsburq Universiteti tibb məktəbinin mikrobiologiya şöbəsinin professou və müdiri olmuşdur. 1966-cı ildə Avropaya qayıtmış və Frankfurtda İohann Volfqanq Göte Universitetində professor adını almışdır. 1969-cu ildən Bazel İmmunologiya İnstitunun direktoru işləmişdir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Niels K. Jerne // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 5 6 Niels K. Jerne (ing.). 2002.