Nino Ananiaşvili

Nino Qedevanovna Ananiaşvili (gürc. ნინო ანანიაშვილი; 19 mart 1963, Tbilisi) — Sovet, gürcü, rus balerinası, Gürcüstan SSR xalq artisti (1988), Rusiyanın xalq artisti (1995). Gürcüstanın Xarici İşlər Naziri (6 dekabr 2008-25 oktyabr 2012) Qriqol Vaşadzenin həyat yoldaşı.[1]

Nino Ananiaşvili
gürc. ნინო ანანიაშვილი
Doğum adı ნინო ანანიაშვილი
Doğum tarixi 19 mart 1963(1963-03-19) (61 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı
Uşağı 2
Fəaliyyəti aktrisa, xoreoqraf, balerina
Təhsili
  • Moskva Dövlət Xareoqrafiya Akademiyası[d]
Mükafatları 4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni
"Şəfəq" ordeni
"Şərəf" ordeni
RSFSR əməkdar artisti Rusiyanın xalq artisti
ananiashvili.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nina Ananiaşvili 1963-cü il martın 19-da Gürcüstanın Tbilisi şəhərində anadan olub. 10 yaşında Tbilisi Xoreoqrafiya Məktəbinə daxil olmamışdan əvvəl fiqurlu konkisürmə üzrə respublika çempionatını qazanıb. O, məşhur müəllim N.V.Zolotovanın rəhbərliyi altında Moskva Xoreoqrafiya Məktəbində təhsilini davam etdirib.

Nina Ananiaşvilinin beynəlxalq balet müsabiqələrində dörd mükafatı var:

  • Varnada (Bolqarıstan) X balet müsabiqəsinin qızıl medalı, 1980;
  • IV Moskva Balet Müsabiqəsinin Qran Prisi, 1981;
  • V Moskva Balet Müsabiqəsinin qızıl medalı, 1985;
  • III Beynəlxalq Balet Müsabiqəsinin Qran Prisi, Cekson, ABŞ, 1986.

1981-ci ildə Nina Ananiaşvili Moskvada Dövlət Akademik Böyük Teatrın truppasına qəbul edilib. Bütün bu illər ərzində o, Raisa Struçkova və Marina Semyonova kimi əfsanəvi balerinaların rəhbərliyi altında təhsil alıb. “Koppeliya”da Svanilda, “Qu gölü”ndə Odette-Odil (o, 17 yaşında Hamburqda qastrol səfərində Böyük Teatrın balerinası kimi çıxış etmiş, tamaşa 30 dəqiqəlik alqışlarla müşayiət olunmuşdur) rolları üzərində onlarla birlikdə çalışıb. Onun teatrda uğurla oynadığı rollar arasında “Yatmış gözəl”də “Avrora”, “Romeo və Cülyetta”da Jizel (L.Lavrovski və Y.Qriqoroviçin quruluşunda), Raymonda, Kitri “Don Kixot”da, "Korsar"da Medora, “Şelkunçik”də Mari (rejissor Yu.Qriqoroviç) obrazları var. Dövlət Akademik Böyük Teatrda Nikolay Rimski-Korsakovun “Mlada” tamaşasında baş rol xüsusi olaraq onun üçün səhnələşdirilib.[2]

Nino Ananiaşvili - "Qu gölü" baletində

Nino Ananiaşvili "Nyu York Siti Balet"ində "Raymondinin variasiyaları", "Apollon", "C majördə simfoniya" baletlərində çıxış edib. Nina tez-tez London Kral Baleti səhnəsində performans göstərib. Burada Ananiaşvili 1990-cı ildən K.Makmillanın “Paqodaların şahzadəsi” baletində Şahzadə Rouz, “Boşuna ehtiyat” baletində Liza, K.Makmillanın “Romeo və Cülyetta” tamaşasında baş rolları, F.Eştonun “Zoluşka” və M.Fokinin “Simurq quşu”, P.Raytın “Şelkunçik” əsərindəki "Şəkər pərisi" və s. obrazları canlandırıb. İngilis tənqidçiləri balerinanın "sadəcə möhtəşəm" olduğunu qeyd edirdilər. Nina Ananiaşvili Danimarka Kral Baleti ilə Kopenhagenə A. Burnonvilin baletlərində rəqs etmək üçün dəvət edilən ilk rus balerina olub. Kopenhagendə o, H.S. Lövenskjöldün musiqisinə yazılmış “Silfida” baletində baş rol, “Neapol və ya balıqçı və onun gəlini” baletində Teresina, “Genzanoda çiçək bayramı” baletində Pas de de və digər baletlərdə səhnəyə çıxıb. Nina Ananiaşvili L.Lavrovskinin əfsanəvi “Romeo və Cülyetta” əsərinin yeni quruluşda premyerasında, həmçinin “Don Kixot”, “Qu gölü” və “Yatmış gözəl” tamaşalarında çıxış etdiyi Mariinski baleti ilə rəqs edib.[2]

1992-ci ildən Nina Ananiaşvili Amerika Balet Teatrının solisti olub. “Qu gölü”, “Silfida”, “Don Kixot”, “Yatmış gözəl”, “La Bayadere” (N.Makarova versiyası), K.Makmillanın “Romeo və Cülyetta” və “Manon”, R.Hindin “Şən dul”, B.Stivensonun “Zoluşka” baletlərində yadda qalan performans göstərib.

Nina Ananiaşvili İsveç Kral Baleti, Norveç Milli Baletində qonaq solist kimi çıxış edib. Bundan əlavə o, Portuqaliya Milli Baleti, Finlandiya Milli Baleti, Bavariya Milli Baleti, Monte Karlo Böyük Baleti, Birmingem Milli Baleti, Boston Baleti, Tokio Baleti və s. məşhur teartlarda səhnəyə çıxıb. Nina Ananiaşvili dostları olan dünyanın aparıcı truppalarının rəqqasları ilə birlikdə o, Moskvada, Sankt-Peterburqda, Danimarkada, ABŞ-da, Norveçdə, ÇindəFransada böyük uğurla qastrol səfərlərində olan qrup yaratdı.

Nina Ananiaşvili Rusiya və Gürcüstanın xalq artistidir. O, xoreoqrafiya sahəsində yüksək nailiyyətlərə görə Rusiya Milli Triumf Mükafatına, eləcə də gürcü mədəniyyətinə böyük töhfəsinə görə Gürcüstan Dövlət Mükafatına layiq görülən ilk balerina olub.[2]

2004-cü ildə Nina Z.P.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının bədii rəhbəri təyin edilib.[1] 2013-cü ildə Prix de Lozanna balet müsabiqəsinin münsiflər heyətinin üzvü olub.

2021-ci ilin əvvəlində Nina Ananiaşvili Novosibirsk Opera və Balet Teatrının balet truppasına rəhbərlik etməyi planlaşdırdığını bildirdi.[3] Onun bu xəbərlə müsahibəsi dərc edildikdən sonra teatr rəhbərliyi yeni rejissoru truppaya təqdim etməzdən əvvəl qarşıdan gələn təyinatı elan etməyin qeyri-etik olduğunu əsas gətirərək müqaviləyə xitam verdiyini açıqladı.[4]

Nino Ananiaşvili 2021-ci ildən yenidən Zakariya Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının balet truppasının baş xoreoqrafdır.

Nino Ananiaşvili 1988-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin diplomatı Qriqol Vaşadze ilə ailə həyatı qurub.[2] Vaşadze 2008-2012-ci illərdə Gürcüstanın Xarici İşlər Naziri olub. 2006-cı ilin fevralında onların Yelena adlı qızları dünyaya gəlib. Elə həmin il Nina Mixail Saakaşvilinin oğlunun xaç anası olub.

Nina Ananiaşvilinin gənclik fotosu, aprel 1994, foto: Lev Medvedev
  • RSFSR əməkdar artisti (3 noyabr 1986);
  • Gürcüstan SSR xalq artisti (1988);
  • Rusiyanın xalq artisti (17 mart 1995) - incəsənət sahəsində böyük nailiyyətlərinə görə;[5]
  • IV dərəcəli “Vətənə xidmətə görə” ordeni (22 mart 2001) - yerli musiqi və teatr sənətinin inkişafındakı böyük xidmətlərinə görə;[6]
  • Şərəf ordeni (Gürcüstan, 22 yanvar 2003);[7]
  • Prezidentin "Parlaq" Ordeni (Gürcüstan, 26 may 2010-cu il);[8]
  • İtaliya Ulduzu ordeninin komandiri (İtaliya, 12 oktyabr 2010);[9]
  • Doğan Günəş ordeni (Yaponiya, 2017).[10]
  • Gürcüstan mədəniyyətinə görkəmli töhfəsinə görə Gürcüstanın Dövlət Mükafatı.
  • Triumf Mükafatı (1992).
  1. 1 2 Большая Российская энциклопедия: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред С. Л. Кравец. Т. 1. А — Анкетирование. — М.: Большая Российская энциклопедия, 2005. — 766 с.: ил.: карт.
  2. 1 2 3 4 Майя Крылова. Балерина без лимузина Arxivləşdirilib 2017-08-08 at the Wayback Machine. — Независимая газета, 28.02.2003
  3. "Нино Ананиашвили возглавит балетную труппу Новосибирского театра оперы и балета". Эхо Кавказа (rus). 2021-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-07.
  4. "Знаменитая балерина Ананиашвили поруководила Новосибирским театром рекордно короткий срок". www.mk.ru (rus). 2021-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-07.
  5. Почётное звание присвоено указом президента России № 284 от 17 марта 1995 года
  6. Указ Президента РФ от 22 марта 2001 г. № 325 Arxivləşdirilib 2012-01-05 at the Wayback Machine
  7. Дама стала кавалером грузинского ордена чести
  8. Саакашвили вручил ордена деятелям культуры, чиновникам, военным и бизнесменам Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine
  9. "Le onorificenze della Repubblica Italiana". 2020-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-04.
  10. Граждане России награждены японским орденом Восходящего солнца

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]