Qaraçayevsk

Qaraçayevsk (abq. Карачаевск, Къарча къала, kab.-çərk. Карачаевск[2][3]qaraç.-balk. Къарачай шахар, noq. Карачаевск) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasında respublika tabeli şəhər. Qaraçay rayonunun inzibati mərkəzi (rayon ərazisinə daxil deyildir).

Qaraçayevsk
abq. Карачаевск, Къарча къала[1],
kab.-çərk. Карачаевск[2][3],
qaraç.-balk. Къарачай шахар[4],
noq. Карачаевск[5]
Gerb
Gerb
43°46′20″ şm. e. 41°54′50″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1927
Sahəsi
  • 11,84 km²
Mərkəzin hündürlüyü 900 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 23.728 nəf. (2023)[6]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 87879
Poçt indeksi 369200, 369201, 369221, 369238, 369241
Digər
karachaevsk.info
Qaraçayevsk xəritədə
Qaraçayevsk
Qaraçayevsk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaraçayevsk şəhəri üç çayın birləşdiyi yerdə: Kuban, Teberda və Marı, dəniz səviyyəsindən təxminən 870 metr yüksəklikdə yerləşir. Qaraçaevskin sahəsi 1184 ha-dır. Şəhərin iqlimi mülayimdir. Günəşli günlərin çox olması ilə xarakterizə olunur. Orta illik rütubət 70 %-dir. Şaxtasız dövr 175 gün davam edir. Küləklər və dumanlar nadir görülür. Orta illik temperatur +8 °C təşkil edir. Qış isti, az qar keçir. Qışda orta temperatur −2,2 °C-dir. Yayda güclü istilər müşahidə edilmir, orta temperatur + 16.9 °C təşkil edir. Payız isə isti, quru, günəşli və sakit keçir. Payızda orta temperatur +9 °C təşkil edir.

Dağlıq Qaraçayda şəhər quruculuğunun təşəbbüskarı Qaraçay-Çərkəz Muxtar Vilayəti Regional Şurasının İcraiyyə Komitəsinin sədri (1922-1926-cı illərdə rayon icra komitəsinə rəhbərlik etmişdir) Qurman Kurdciyev olmuşdur. Təşəbbüs bəzi məlumatlara görə Qaraçay kəndlərinin nümayəndələrindən olan ağsaqqallar şurası tərəfindən təsdiqlənmişdir. Sonra Qaraçay-Çərkəz MV-nin daxil olduğu Şimali Qafqaz diyarının icraiyyə komitəsinin birinci katibi Anastas Mikoyan[7] tərəfindən dəstəklənmişdir (o, 1926-cı ilin avqustuna qədər diyara rəhbərlik etmişdir). Yeni şəhərin təməlində ilk atılan ilk daş guya 1926-cı ildə indiki şəhər xəstəxanasının yerləşdiyi ərazidə olmuşdur[8].

1926-cı ilin aprelində qaraçay-Çərkəz MV-dən Qaraçayev Muxtar Vilayətinin ayrılması nəticəsində yeni şəhər regional mərkəzinə çevrilməli idi. 17 dekabr 1926-cı il siyahıyaalınmasına əsasən, mərkəzinin inşasında 117 ailədə 157 nəfər (116 kişi və 41 qadın) yaşayırdı, onlardan 120 nəfəri rus (76.4%), 8 nəfər alman (5.1%), 8 nəfər ukraynalı (5.1%), 21 nəfər isə digər millətlərin (13.4%) nümayəndələri olmuşdur. Tikinti sahəsi inzibati cəhətdən Kamennomost Kənd Sovetliyinə daxil ərazi olmuşdur.

Urbanizasiya

2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 644-ci yerdədir. Əhalisinin sıxlığı — 1777,62 nəf./km².

Milli tərkib

2002-ci il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[9]:

xalq say,
nəf.
ümumi
əhaliyə olan nisbət, %
qaraçaylılar 16 077 72,7 %
ruslar 3 610 16,3 %
osetinlər 658 3,0 %
çərkəzlər 299 1,4 %
noqaylar 239 1,1 %
tatarlar 209 0,9 %
ermənilər 152 0,7 %
abazinlər 144 0,7 %
ukraynalılar 130 0,6 %
digərləri 595 2,7 %
ümumi 22 113 100 %

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[10]:

xalq say,
nəf.
ümumi
əhaliyə olan nisbət, %
qaraçaylılar 17 546 81,67 %
ruslar 2 434 11,33 %
osetinlər 386 1,80 %
çərkəzlər 179 0,83 %
tatarlar 163 0,76 %
ukraynalılar 102 0,47 %
ermənilər 95 0,44 %
digərləri 495 2,30 %
bildirməyənlər 83 0,39 %
ümumi 21 483 100 %
  1. Абазинско-русский словарь. Около 14 000 слов / Под ред. Тугова В. Б. М.: «Советская Энциклопедия», 1967. 536 с. С. 472.
  2. 1 2 "Тхыдэ бейм и щӏыналъэ // РИА «Карачаево-Черкесия», 21.08.2015". 2018-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
  3. 1 2 "Архиепископ Феофилакт Къэрэшей-Шэрджэс къэрал университетым щыӏащ // Благословенный Кавказ, официальный сайт Пятигорской и Черкесской епархии, 9 июня 2018". 2018-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-29.
  4. Суюнчев Х. И., Урусбиев И. Х. Русско-карачаево-балкарский словарь. Около 35 000 слов. М.: «Советская Энциклопедия», 1965. 744 с. С. 736, 744.
  5. Калмыкова С. А. и др. Ногайско-русский словарь. Около 15 000 слов / Под ред. Баскакова Н. А. М.: Государственное издательство иностранных и национальных словарей, 1963. 562 с. С. 478.
  6. https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
  7. "Домбай-инфо. Строительство и освоение Карачаевска". 2018-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
  8. "А. Джаубаева. «Сохрани, художник, город, сбереги его для всех…» // День республики, 02.11.2017". 2019-09-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.
  9. Данные Всероссийской переписи населения 2002 года: таблица 02c. М.: Федеральная служба государственной статистики, 2004. (2002zip Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine, см. прим. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine)
  10. "База данных Всероссийской переписи населения 2010 года". 2014-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-30.