Ust-Cequtinski rayonu

Ust-Cequtinski rayonu (abq. Усть-Джьгваты район, kab.-çərk. Усть-Жэгуэтэ район / Усть-Жэгуэтэ куей, qaraç.-balk. Джёгетей Аягъы район, noq. Усть-Джегута район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Ust-Cequta şəhəridir.

Ust-Cequtinski rayonu

44°17′ şm. e. 42°02′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Cökətəy Ayağı
Tarixi və coğrafiyası
Yaradılıb 1957
Sahəsi
  • 992 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 50.777 nəf. (2023)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 87875
Poçt indeksi 369300-304, 314, 316, 317, 319-321, 323, 324, 328, 329
Rəsmi sayt
Ust-Cequtinski rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaraçay rayonu Qaraçay-Çərkəz Respublikasının şimal-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir:qərbdə Abazin rayonu, cənubda Qaraçay rayonu, şərqdə Maloqaraçayevsk rayonu, şimal-şərqdə Stavropol diyarı, cənub-qərbdə Xabez rayonu, şimalda Prikuban rayonu. Rayonun ərazisi 890,15 km²-dir (2010-cu ildən bəri)[3].

Ust-Cequtinski rayonu 23 yanvar 1935-ci il tarixli Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə təşkil edilir. 1943-cü ildə Qaraçay Muxtar Vilayətinin ləğvi və qaraçayların sürgün edilməsi ilə əlaqədar Ust-Cequtinski rayonu, bütün yaşayış məntəqələri ilə birlikdə Stavropol diyarına birləşdirilir.

12 yanvar 1957-ci ildə Çərkəz Muxtar Vilayəti Stavropol diyarının bir hissəsi olaraq Qaraçay-Çərkəz Muxtar Vilayətinə çevrildi. Bu zaman Stavropol diyarının Zelençuk, Qaraçay və Ust-Cequtinski rayonları muxtar vilayətə birləşdiridi[4].

1 fevral 1963-cü ildə Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Şurası Rəyasət Heyətinin qərarı ilə Ust-Cequtinski rayonu ləğv edildi.

RSFSR Ali Sovetinin Rəyasət Heyətinin 1 fevral 1963-cü il tarixli qərarı ilə Stavropol diyarının Qaraçay-Çərkəz Muxtar Vilayətində Prikubanski kənd rayonu yaradıldı. 1 fevral 1963-cü ildən etibarən Prikubanski kənd rayonunun mərkəzi Ust-Cequtinski aulu olmuşdur. Ləğv edilmiş Ust-Cequtinski rayonunun Cequtinski və Ust-Cequtinski kənd sovetlikləri Prikubanski kənd rayonuna verilir.

23 mart 1977-ci ildə RSFSR Ali Şurası Rəyasət Heyətinin Fərmanı ilə mərkəzi Ust-Cequta şəhəri olan Ust-Cequtinski rayonu yenidən təsis edilmişdir.

Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə əhalinin sayı belə olacaqdır[5]:

  • 2024 — 52,1 min nəf.
  • 2035 — 52,41 min nəf.
Urbanizasiya

Şəhər şəraitində (Ust-Cequta şəhəri) rayon əhalisinin 60,75 % yaşayır.

Milli tərkib
Xalq 2002[6] 2010[7]
qaraçaylılar 31 697 (60,7 %) 34 938 (69,31 %)
ruslar 12 804 (24,5 %) 11 047 (21,92 %)
abazinlər 4 666 (8,9 %) 2 252 (4,47 %)
Çərkəzlər 669 (1,3 %) 438 (0,87 %)
qaraçılar 281 (0,5 %) 340 (0,67 %)
tatarlar 326 (0,6 %) 235 (0,47 %)
ukraynalılar 241 (0,5 %) 121 (0,24 %)
türklər 57 (0,1 %) 98 (0,19 %)
noqaylar 116 (0,2 %) 76 (0,15 %)
osetinlər 95 (0,2 %) 74 (0,15 %)
ləzgilər 126 (0,2 %) 74 (0,15 %)
ermənilər 107 (0,2 %) 71 (0,14 %)
gürcülər 86 (0,2 %) 70 (0,14 %)
azərbaycanlılar 100 (0,2 %) 61 (0,12 %)
çeçenlər 167 (0,3 %) 58 (0,12 %)
milliyyətini bildirməyənlər 658 (1,3 %) 454 (0,90 %)

1959-cu il siyahıyaalınmasına görə Qaraçay-Çərkəz Muxtar Vilayətinin Ust-Cequtinski rayonunda qaraçaylılar 46.9 %, ruslar - 41.8 %, abazinlər - 7.5 % təşkil etmişdir[8]

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
  3. "База данных показателей муниципальных образований Федеральной службы государственной статистики. Карачаево-Черкесская Республика". 2018-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.
  4. "Сборник «Промышленность Ставропольского края в архивных документах (1945—1991 гг.)" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-24.
  5. "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-24.
  6. Данные Всероссийской переписи населения 2002 года: таблица 02c. М.: Федеральная служба государственной статистики, 2004. (2002zip Arxivləşdirilib 2014-10-06 at the Wayback Machine, см. прим. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine)
  7. "Итоги Всероссийской переписи населения 2010 года. Том 3. Национальный состав и владение языками, гражданство". 2017-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-02.
  8. "Этнокавказ. Национальный состав населения КЧР по переписям 1926—2010 годов". 2018-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.