Oisodix

Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi.

Söyüd
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir. Tez böyüyən, dekorativ bitki olmaqla geniş areala malikdir.

Söyüd ağaclarının xalq təsərrüfatında da böyük əhəmiyyəti vardır. Səbət söyüdləri (üç erkəkcikli söyüd, qonur və ya purpur söyüdü və s.) toxunma avadanlıqlar (səbət, toxunma mebel və s.) üçün gözəl materialdır. Bəzi söyüd növləri qabıqlarında aşı maddələrinin xeyli çox olması ilə digər bitkilərdən fərqlənir. Müxtəlif səbət söyüdlərinin birillik çubuqlarının qabığı ağaclara göz calağı vurulduqda bir sarğı materialı kimi də işlədilir. Söyüd ağacları həm tikinti, həm də yanacaq, bəzək və dərman xammalı (qlükozid salisin) kimi də qiymətlidir. Söyüd qabığından hazırlanan preparatlar büzücü maddə kimi, qızdırmanı salan və qankəsici vasitə kimi işlədilir. Xalq təbabətində bu ağacın qabığından (ağ söyüd, keçi söyüdü və ya kolvarı söyüd, qırmızı söyüd) malyariyaya qarşı istifadə olunur. Söyüd qabığından alınan tozu isə irinli yaraların üzərinə səpirlər.

Bir çox söyüd növlərinin qabığı parçaları sarı, qəhvəyi və qırmızı rəngə boyamaq üçün işlədilir. Söyüdlüklər arıçılıq üçün çox qiymətlidir, yazın əvvəllərində söyüd ağacları çiçəkləmə dövründə çiçək balı (nektar) və tozcuq verir. Arıçılıq üçün ən qiymətli söyüd növləri keçi söyüdü, kolvari söyüd, küllü söyüd, ağ söyüd, nisbətən az qiymətli olan növlər isə beşerkəkcikli söyüd, üç erkəkcikli söyüd, pu rpur söyüdü və s. Bəzi hallarda yaz əlverişli keçdikdə və arı ailələri gümrah olduqda söyüd ağaclarının hər hektarından 150 kq-a qədər bal almaq olur.

Ağac formalı söyüdlərin oduncağı yumşaq və yüngüldür. Ondan dülgərlik və tokarlıq işində, ev əşyaları, sadə kənd təsərrüfatı alətləri və s. hazırlanmasında istifadə edilir. Çubuqlarından cürbərür səbətlər, əl ağacları və s. düzəldilir.

Oduncağından sellüloza istehsal etmək və plastik kütlələr hazırlamaq üçün də istifadə etmək olar.

Söyüd yaşıllaşdırma məqsədilə ən çox əkilən ağacdir. Bağlarda və parklarda, göllərin ətrafında, xiyabanların, meşəliklərin kənarında əkilib-becərilən bəzək söyüdləri (xüsusilə də salxım söyüdlər) bütün dünyada məşhurdur.

Küçələrdə, yol kənarlarında, evlərin qabağında və həyətlərdə də söyüd əkilir. Söyüd növlərinin bir çoxunun böyük meliorativ əhəmiyyəti var, bəzi söyüd növləri qoruyucu meşə zolaqlarında əkilir, bəzilərindən qumluqlarda, suvarılan torpaqlarda və ya göllərin ətrafında meşə salmaq, yarğan və uçurumları bərkitmək üçün istifadə edilir. Söyüd ağaclıqlarında bəzi ov heyvanları və quşlar yaşayıb qidalanır. Budaqları qışda ev heyvanları üçün yemdir.

Söyüd növlərinin çoxusu sürətlə böyüməsi (xüsusilə də cavan ikən) və işıq sevməsi ilə fərqlənir. 20-30 illik söyüd ağaclarının istehsalat əhəmiyyəti daha böyükdür.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Pleiarina (L.) Raf.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Amerina Raf.
  • Amerix Raf.
  • Argorips Raf.
  • Biggina Raf.
  • Capraea Opiz
  • Chalebus Raf.
  • Chamitea A.Kern.
  • Chosenia Nakai
  • Diamarips Raf.
  • Diplima Raf.
  • Diplopia Raf.
  • Diplusion Raf.
  • Disynia Raf.
  • Gruenera Opiz
  • Knafia Opiz
  • Lusekia Opiz
  • Melanix Raf.
  • Nectolis Raf.
  • Nectopix Raf.
  • Nectusion Raf.
  • Nestylix Raf.
  • Oisodix Raf.
  • Opodix Raf.
  • Psatherips Raf.
  • Ripselaxis Raf.
  • Ripsoctis Raf.
  • Sokolofia Raf.
  • Telesmia Raf.
  • × Toisochosenia Kimura
  • Toisusu Kimura
  • Urnectis Raf.
  • Usionis Raf.
  • Vetrix Raf.
  • Vimen Raf.