Olimpiya talismanı

Olimpiya talismanıOlimpiya oyunlarının simvollarından biridir.

İlk əvvəllər Olimpiya Oyunlarının simvolları gerb (beş bütöv halqa ) və Olimpiya məşəli idi. Olimpiya talismanının yaradılması ideyası isə rəsmən 1972-cü ilin yayında Almaniyada Münhen şəhərində keçirilmiş Beynəlxalq Olimpiya Komitəsinin 73-cü sessiyasında təsdiqlənib. Olimpiya oyunlarının ilk talismanı ilə bağlı bir neçə fikir olsa da, insanların əksəriyyəti ilk Olimpiya talismanının 1968-ci ildə Fransada Qrönobl Qış Olimpiya Oyunlarında istifadə olunduğunu qəbul edir. Ancaq ilk rəsmi Olimpiya talismanı 1972-ci il Münhen Yay Olimpiya Oyunlarındakı Taksa it cinsini simvolizə edən Valdi qəbul olunur.[1] 1968-ci il Yay və Qış Olimpiya oyunlarının talismanları isə qeyri-rəsmi talismanlardır. Olimpiya oyunlarının talismanı Oyunları populyarlaşdırmaq və Olimpiya Hərəkatının prinsiplərini təbliğ etmək üçün nəzərdə tutulub. Talisman Olimpiya oyunlarını qəbul edən ölkənin mədəniyyət xüsusiyyətlərini əks etdirən və müasir Olimpiya Hərəkatının dəyərlərini təmsil edən insan, heyvan və ya uydurulmuş bir obraz ola bilər.

Olimpiya talismanları

[redaktə | mənbəni redaktə et]
Games Şəhər Talisman Obraz Tərtibatçı Haqqında Şəkil
1968 Qış Olimpiya Oyunları Qrönobl Schuss Stilizə edilmiş dağ xizəkçisi Madam Lafargue Dağ xizəngçisi Schuss ilk olimpiya talismanı idi. O 1968-ci il Qrönobl Qış Olimpiya Oyunlarının talismanı kimi yaradılmışdı. Schuss-un döş nişanları və şəkilləri o qədər populyar olub ki, o, Oyunların qeyri-rəsmi talismanı olub.
1968 Yay Olimpiya Oyunları Mexiko El Jaguar Rojo de Chichen-Itza Qırmızı yaquar
Paloma de la Paz Göyərçin Eduardo Terrazas və Lens Wyman Ağ göyərçin "Los juegos de la Paz" (Sülh oyunları) şüarını təsvir edirdi.
1972 Yay Olimpiya Oyunları Münhen Waldi Taksa (it cinsi) Otl Aicher Taksa Bavariyada məşhur it cinsidir. Bu talisman idmançılar üçün tələb olunan atributları - mübarizə, inadkarlıq və cəldliyi təmsil edib.
1976 Qış Olimpiya Oyunları İnsbruk Schneemann Qaradam Valter Pötsch
1976 Yay Olimpiya Oyunları Monreal Amik Qunduz İvona Laroş,
Pyer-İv Pelletye,
Qay StArno,
Corc Huel
Kanadanın milli simvollarından biri.
1980 Qış Olimpiya Oyunları Leyk-Plesid Roni Amerika yenotu Donald Moss Onun sifətinin tərtibatı olimpiyaçılar tərəfindən istifadə olunan eynəyi və papağı xatırladırdı.
1980 Yay Olimpiya Oyunları Moskva Mişa Ayı balası Viktor Çiznikov Ayı SSRİ-nin milli simvolu idi. Mişa talismanı bütün dünyada çox populyar olub.
1984 Qış Olimpiya Oyunları Sarayevo Vuko Balaca canavar Joze Trobec Vuko üç məşhur Yuqoslaviya qəzetinin oxucuları tərəfindən altı namizəd arasından səsvermə ilə seçilib.
1984 Yay Olimpiya Oyunları Los-Anceles Sam Ağbaş dəniz qartalı Robert Mur
(The Walt Disney Company-dan)
ABŞ-nin simvollarından biridir.
1988 Qış Olimpiya Oyunları Kalqari Haydi və Hoydi İki ağ ayı Şila Skott Haydi və Hoydi birinci cüt Olimpiya talismanları idi. Hər ikisi Qərbi Kanadanın qonaqpərvərliyini təsvir edirdi.
1988 Yay Olimpiya Oyunları Seul Xodori Amur pələngi Hyun Kim Seul Olimpiadasının talismanı Koreyalıların mehriban və qonaqpərvər ənənələrini təsvir edirdi. Adının mənşəyi Koreya dilində pələng sözünün "Xo" ilk hecasından və Koreyada bəstəboy oğlanlara verilən "Dori" adının birləşməsindən əmələ gəlir. Talismanın boynundan daha çox medalı xatırladan Olimpiya halqaları asılmışdı və başına isə ənənəvi Koreya rəqsini simvolizə edən papaq qoyulmuşdu.
1992 Qış Olimpiya Oyunları Albertvil Magique insan şəkilli ulduz Filipp Mairesse Magique talismanı ulduz fomasında idi və Fransanın milli rənglərini özündə əks etdirirdi.[2]
1992 Yay Olimpiya Oyunları Barselona Kobi Kataloniya Qoyun iti Xavyer Mariscal Oyunların talismanı xüsusi olaraq televiziya seriyalarında tamaşaya qoyulan iti idi. Talisman Kubizm üslubunda tərtib olunmuşdu.

1994 Qış Olimpiya Oyunları Lillehammer Hakon və Kristin iki norveçli uşaq Lillehammerdə oyunların talismanları ilk dəfə idi ki, insanlar idi. Hər iki talisman vikinq paltarında idilər.
1996 Yay Olimpiya Oyunları Atlanta İzzy abstrakt fiqur Con Rayan Atlantada 1996 Olimpiadanın talismanı mücərrəd fantaziyanın göstərici idi. Talisman bu nədir? sözü əsas götürülərək İzzy adlandırılmışdır, çünki heç kim onun real olduğu barədə dəqiq heç nə bilmirdi. Bu həm də ilk kompüter tərəfindən yaradılmış talisman idi.
1998 Qış Olimpiya Oyunları Naqano Sukki
Nokki
Lekki
Tsukki
Dörd bayquş Yaponiyanın dörd əsas adasını təsvir edirdi.
2000 Yay Olimpiya Oyunları Sidney Syd
Olly
Millie
Kokaburra
Ördəkburun
Yexidna
Yuzef Sekerş, Metyu Hatton Sidney Olimpiya Oyunlarının talismanları Avstraliya materikində yaşayan üç heyvan idi. Onların adları Olimpiya, Sidney və Minilliyin qısaldılmış formalarıdır. (ing. Olympic, Sydney and Millennium)
2002 Qış Olimpiya Oyunları Solt Leyk Siti Powder
Copper
Coal
Amerika dovşanı
Koyot
Baribal
Stiv Small, Landor Associates[3] Hər üç talisman ABŞ-nin Yuta ştatının yerli heyvanlarıdır. Bu talismanlar həm də Olimpiya şüarını da simvolizə edirlər.

2004 Yay Olimpiya Oyunları Afina Afina və Phevos Qardaş və bacı Spiros Gogos Qədim Yunan kuklalarını xatırladan iki müasir uşaq.
2006 Qış Olimpiya Oyunları Turin Neve and Gliz qartopu və buz kristallarından hazırlanmış insanlar Pedro Albukerke Talismanların əsas keyfiyyətlərinə ətraf mühitə və idmana qayğı, ruh yüksəkliyi daxil idi. Onlar Turin 2006 Təşkilat Komitəsi tərəfindən həyata keçirilən beynəlxalq layihə müsabiqədəsində qalib gələn dizayner Pedro Albukerke tərəfindən yaradılıb.
2008 Yay Olimpiya Oyunları Pekin Beibei,
Jingjing,
Huanhuan,
Yingying
Nini
Balıq,
Böyük panda,
Olimpiya məşəli,
Tibet antilopu,
Qaranquş
Han Meilin Bu beş ad "Beijing huan ying ni" (北京欢迎你) ("Pekin sizi salamlayır") Çin ifadəsindən formalaşıb. Hər biri Olimpiya halqası və Shui feng elementini təsvir edir.
2010 Qış Olimpiya Oyunları Vankuver Miga,
Quatchi,
Sumi
Mukmuk
mifik dəniz ayısı, sasquatch,
heyvan ruhunun himayəçisi,
Vankuver marmotu
Meomi Dizayn (Viki Vonq və Maykl Mörfinin qrupu) Təşkilatçıların sözlərinə görə, talismanlar, mifologiyanın təcəssümü kimi, fərqli etnik qrupların yaşadığı ölkə olan Kanada haqqında dünyaya dolğun məlumat verib.
2012 Yay Olimpiya Oyunları London Wenlock and Mandeville Iris ( kreativ agentlik) Bu iki məzəli karikatura animasiyasının London Olimpiya Stadionu üçün son dayaq tirinin inşasından qalan poladın son hissəsindən yaradılacağı deyilmişdi.
2014 Qış Olimpiya Oyunları Soçi Ağ ayı, Bəbir, Dovşan Silvia Petrova,
Vadim Pak,
Oleg Serdechny
Bunlar ilk talismanlar idi ki, onlar ümumxalq səsverməsi yolu ilə seçilmişdi. 2012-ci ildə Rusiya üzərində talismanların təsviri olan yeni 25 rublluq sikkələrini təqdim etmişdi.[4][5]
  1. "Olympic Games Mascots". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 İyun, 2014.
  2. "The History of Mascots". 2014-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 İyun, 2014.
  3. "Emblems and Mascots". 2010-11-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 İyun, 2014.
  4. "25 rouble Coin Features Sochi 2014 Olympic Mascots". 21 Fevral, 2012. 2014-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 İyun, 2014.
  5. "2014 Winter Olympics, Sochi". 2017-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 İyun, 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]