Bu məqalə "On dörd" rəqsi haqqındadır. Digər mənalar üçün On dörd (dəqiqləşdirmə) səhifəsinə baxın. |
On dörd — mahnı ilə müşayiət olunan çox geniş yayılmış rəqs.
On dörd | |
---|---|
Tempi | orta cəld |
Mənşəyi | Azərbaycan |
Belə fərziyyə də var ki, qədim el şənliklərində musiqiçilər ekspromt (bədahətən) rəqslər yaradırlarmış, onları unutmamaq üçün sıra nömrələri ilə nömrələrlərmiş, məs.: üç, dörd, beş, on dörd.
Rəqsi kişilər və qadınlar oynayırlar. Rəqs mulayim, aram tempdə, həzin tərzdə gedir.[1]