Qıtqılıda — tarixi Azərbaycan qadın rəqslərindən biri. Melodiyası bir qədər "Nəlbəki" rəqsininkinə bənzəyir.
Qıtqılıda | |
---|---|
Tempi | Asta |
Mənşəyi | Azərbaycan |
Yaranma tarixi | ≈ 1860-1870 |
Onun yaradıcısı və ilk ifaçısı ünlü qarmonçalan Teyyub Dəmirov olmuşdur. Məşhur qarmonçalan Qızxanım Dadaşovanın ifasında yadda qalıb.
Bu rəqs ilk dəfə 1937-ci ildə Səid Rüstəmov tərəfindən nota salınıb.[1]
Qadın dəstəsi ilə ifa edilir. Qadınların məişət durumunu əks etdirən xalq yumoru, yreinə düşən məzəli hərəkətlərlə boldur. Qızlar bir-birinin ardınca səhnəyə çıxaraq öz rəqsləri ilə deyingən qaynananı, kələkbaz cavan qadını, gah da qız-gəlini təsvir edirlər. Bu rəqsin əsas xüsusiyyəti ağır və mülayim hərəkətlərin birdən birə cəld və coşğun hərəkətlərlə əvəz edilməsindədir. Həmçinin burcutma, əl və çırtıq çalma hərəkətlərindən, göz-qaş ilə incə mimikalardan də geniş istifadə olunur. Rəqs vaxtı ifaçıya istədiyi qədər sərbəst hərəkət etməyə imkan verilir.[2]
Üzeyir Hacıbəyov bu rəqsi "O olmasın, bu olsun" operettasında (1911) Gülnazın toy səhnəsinə salıb.
Rəqs haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |