Mirzəyi

MirzəyiAzərbaycanın qədim rəqslərindən biri. Musiqisi vağzalı rəsqinə çox oxşayır, fərqli cəhəti isə daha aram olmağıdır. Təkcə Azərbaycanda deyil, Cənubi Qafqaz musiqiçilərinin repertuarına daxildir.

Mirzəyi
Tempi Asta
Mənşəyi Azərbaycan
Müəllifi Ney ustası Mirzə
Yaranma tarixi 1860-1870

Adından məlum olduğu kimi qarabağlı ney ustası Mirzə tərəfindən təqribən 1860-1870-ci illərdə yaradılıb. Bir əsrdən də artıq vaxt keçməsinə baxmayaraq bu rəqs hələ də öz təravətini itirməmişdir. Xalq arasında tanınan məşhur rəqqasların repertuarlarında bu rəqs daim öz layiqli yerini almışdır. Müəllifi rəqsin melodiyasını ney alətində yaratsa da tarkamança ifasında da gözəl səslənir.

Ancaq təntənəli şənliklərdə, toylarda ifa edilir. Çox vaxt əldə dəsmal olmaqla, həm kişilər, həm də qadınlar tərəfindən oynanılır.[1] Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında (1911) dördüncü məclisdə toy səhnəsində Meşədi İbad bu rəqsi şabaş (pul) yığa-yığa ifa edir.

Əlibaba Abdullayevin quruluşunda isə onu bir neçə, əllərində çayla doldurulmuş stəkanlı qızlar ifa edib.

  1. Qəmər Almaszadə. Azərbaycan xalq rəqsləri (metodik vəsait) Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine. Bakı: "Birləşmiş nəşriyyat", 1959.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]