Uzundərə — Azərbaycanın qədim xalq rəqslərindən biri.
Uzundərə | ||||
---|---|---|---|---|
| ||||
Tempi | Aramla | |||
Mənşəyi | Azərbaycan | |||
Audio nümunəsi | ||||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
Qarabağda Ağdam ilə Göytəpə arasında bir dərə var. Adına "Uzundərə" deyilir. Deyilənə görə bu rəqs məhz həmin dərəyə həsr olunub. Rəvayətə görə, Uzundərə tərəkəmələrin düşərgəsi olmuş, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edər, şənlənər və dincələrmişlər.
Başqa bir rəvayətə görə isə gəlin apararkən yol dərənin içərisindən keçirmiş. Yol çoх uzun olduğundan, musiqiçilər gəlini lirik bir musiqi ilə müşayiət edirmişlər. Oğlan evindən olan qadınlar gəlinin önündə oynayıb ona xeyir dua verərmişlər.
O zamandan başlayaraq toylarda həmin musiqiyə oynamaq istədikdə "gəlini o uzun dərənin içindən apardığımız zaman başlanan musiqini çalın" deyilir. Beləliklə də, "Uzundərə" oyun havası yaranır. Bu oyun havası bir qədər Vağzalıya bənzəyir.
Çox incə və lirik bir melodiyadır.
Uzundərə rəqsinin musiqisi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən "O olmasın, bu olsun" operettasında Məşədi İbadın "Mən nə qədər qoca olsam da…" mahnısında istifadə edilmişdir. Uzundərəyə həmçinin erməni incəsənət adamları müraciət etmişlər. Məsələn, Aram Xaçaturyanın "Qayane" baletində IV pərdədə[1][2], Lev Atamanovun "İt və pişik" (1955) cizgi filmində.
Rəqs haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |